Təhsil işçilərinin 2017-ci il sentyabr
konfranslarının
keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
2017-2018-ci dərs ilində
ümumi təhsil sahəsində qarşıda duran aktual vəzifələri
müzakirə etmək və müvafiq təkliflər
hazırlamaq məqsədilə “Azərbaycan
Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin
13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2017-ci il 05-12 sentyabr tarixlərində
ümumi təhsil sistemində çalışan pedaqoji
işçilərin rayon (şəhər) konfransları təşkil
olunsun.
2. Konfransların keçirilmə
tarixləri və yerlərə ezam olunacaq əməkdaşlar
barədə qrafik təsdiq edilsin (əlavə olunur).
3. Konfranslar plenar və metodik
bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində
keçirilsin.
4. Konfransların plenar
iclaslarında “2016-2017-ci dərs ilinin yekunları və
qarşıda duran vəzifələr” mövzusunda rayon (şəhər)
təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi
dinlənilib müzakirə edilsin.
5. Rayon (şəhər) təhsil
şöbələri (idarələri):
5.1. Plenar iclaslarda məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş, qızıl və gümüş medalla təltif olunmuş, yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların, eləcə də QHT-lərin nümayəndələrinin iştirakını təmin etsinlər.
5.2. Plenar və metodik bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib sentyabrın sonunadək Təhsil İnstitutuna göndərsinlər.
5.3. Metodik bölmə iclasları aşağıdakı təhsil işçiləri üçün təşkil olunsun:
- məktəb direktorları;
- təlim-tərbiyə işləri üzrə direktor müavinləri;
- məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
- fənlər üzrə metodbirləşmə rəhbərləri;
- məktəb kitabxanaçıları;
- praktik məktəb psixoloqları;
- uşaq birliyi təşkilatı rəhbərləri.
6. Təhsil İnstitutu (E.Əmrullayev):
6.1. Metodik bölmə iclaslarının səmərəli keçirilməsində yerli təhsili idarəetmə orqanlarına köməklik məqsədilə tövsiyələr hazırlayıb konfrans başlananadək pedaqoji mətbuatda dərc etdirsin.
6.2. Yerlərdən alınmış təkliflərin təhlilini aparsın və ümumiləşdirilmiş material hazırlayıb Nazirliyə təqdim etsin.
7. Maliyyə şöbəsi (R.Orucov) əməkdaşların ezamiyyə xərclərinin ödənilməsini konfransların keçirilmə tarixi nəzərə alınmaqla təmin etsin.
8. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və konfransların gedişinin KİV-lərdə işıqlandırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
28 avqust 2017-ci il
Azərbaycan müəllimi.- 2017.-
1 sentyabr.- S.3.