İstedadlı şagirdlər
üçün xüsusi lisey siniflərinin 2017-2018-ci
dərs ilinə aid tədris
planının təsdiqi haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR
EDİRƏM:
1. “İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2017-2018-ci dərs ilinə aid tədris planı” və “Tədris planına dair qeydlər” təsdiq edilsin (əlavə olunur).
2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) tədris planının həmin siniflərin fəaliyyət göstərdiyi təhsil müəssisələrinə vaxtında çatdırılmasını təmin etsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavələri ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
7 sentyabr 2017-ci il
¹275
Azərbaycan müəllimi.- 2017.- 8
sentyabr.- S.3.