Xarici dillər təmayüllü lisey və gimnaziyaların

2017-2018-ci dərsilinə aid nümunəvi tədris

planlarının təsdiqi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikasının xaricidillər təmayüllü lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “AzərbaycanRespublikası Təhsil NazirliyihaqqındaƏsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan xarici dillər təmayüllü lisey və gimnaziyalarının 2017-2018-ci dərsilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilsin.

2. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

7 sentyabr 2017-ci il

¹271

 

Azərbaycan müəllimi.- 2017.- 8 sentyabr.- S.3.