ləbə və dekanlar Naxçıvan Dövlət Tarix Muzeyində olublar

 

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universiteti tibb fakültəsinin tibbi profilaktika ixtisası üzrə II, pedaqoji fakültənin fiziki tərbiyə və çağırışaqədərki hazırlıq, bədən tərbiyəsi və idman, texnologiya müəllimliyi ixtisası üzrə II kurs və xarici tələbələr üzrə dekanlığın tələbələri fakültə dekanları ilə birgə Naxçıvan Dövlət Tarix Muzeyində olublar.

Ziyarətçilərə məlumat verilib ki, 1924-cü ildə fəaliyyətə başlayan muzeydə qədim, orta əsrlər və müasir dövrü əhatə edən 49 minə yaxın eksponat qorunub saxlanılır. Qeyd edilib ki, muzeyin ekspozisiyası qədim, orta əsrlər, müasiryeni dövrü əhatə edir. Bir neçə şöbədən ibarət olan muzeydə müxtəlif çeşidli əmək alətləri, PaleolitNeolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, muxtar respublika ərazisində aşkar olunan misgümüş pullar nümayiş etdirilir. Bildirilib ki, eyni zamanda muzeydə orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ-tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq sənəti nümunələri, xalq ustalarının müxtəlif əl işləri sərgilənir. Muzeyin fəaliyyəti ilə ətraflı tanışlıqdan sonra kollektivlə birgə xatirə şəkli çəkilib.

 

Azərbaycan müəllimi.- 2017.- 22 sentyabr.- S.6.