Milli Musiqi Gününə həsr olunmuş konsert
Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində 18 sentyabr-Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib.
Mətbuat şöbəsindən verilən məlumata görə, fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova tədbirdə çıxış edərək Milli Musiqi Gününün tarixindən, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb. Diqqətə çatdırılıb ki, Üzeyir Hacıbəyli irsi bu gün də layiqincə davam etdirilir.
Musiqili tədbirdə NDU-nun tələbə və müəllimlərinin ifalarında Üzeyir Hacıbəylinin “Cəngi”, “Sənsiz”, “O olmasın, bu olsun” musiqili komediyasından Məşədi İbadın mahnısı, Qara Qarayevin “Pyes”, Emin Sabitoğlunun “Sən olmuşam” əsərləri və “Ruhani” aşıq havası səslənib.
Universitetin
rektoru, AMEA-nın müxbir
üzvü Saleh Məhərrəmov
tədbir iştirakçılarını musiqi
bayramı münasibətilə təbrik edib.
Bildirilib ki, ölkəmizdə
musiqi, xüsusilə də milli musiqi, muğam
musiqi sənəti yüksək dövlət
qayğısı ilə əhatə olunub
və milli-mədəni irsin qorunması
istiqamətində məqsədyönlü tədbirlər həyata
keçirilir.
Azərbaycan
müəllimi.- 2017.- 22 sentyabr.- S.6.