“Arşın mal alan”
məktəblilərin ifasında
Lerik rayonunun Hamarat kənd tam orta məktəbində Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib. Məktəbin direktoru Güloğlan Hadıyev dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən söz açıb.
Tədbirdə çıxış edənlərdən Hamarat kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Azad Hüseynov, kəndin ağsaqqal ziyalısı, uzun müddət müəllim işləmiş Paşa Allahverdiyev, şair Vüqar Həmati, müəllim Orucəli Şiriyev, bədii qiraətçi Hacımusa Mirzəyev Üzeyir Hacıbəylinin yaratdığı əsərlərdən, bədii yaradıcılığından söz açıblar. Qeyd olunub ki, əsası dahi sənətkar tərəfindən qoyulan milli musiqimiz hər zaman xalqın qürur mənbəyi olacaq.
Sonda Üzeyir Hacıbəylinin musiqisindən
nümunələr səslənib, məktəblilərin
hazırladığı “Arşın mal alan” əsərindən səhnəciklər
göstərilib.
Zəfər ORUCOĞLU
Azərbaycan
müəllimi.- 2017.- 22 sentyabr.- S.6.