Molla Pənah Vaqifin özü və tarixin sözü
ADPU-da respublika elmi-praktik
konfransı
Sentyabrın 28-də Azərbaycan
Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanın
böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif təsviri realizmin banisi kimi” respublika
elmi-praktik konfransı
keçirilib. Konfransda
millət vəkili, yazıçı-publisist Aqil
Abbas, AMEA-nın Əlyazmalar İnstitutunun
direktor müavini,
professor Paşa Kərimov,
ali təhsil müəssisələrinin alim-mütəxəssisləri
və gənc tədqiqatçılar iştirak
ediblər. Konfrans iştirakçıları öncə
Molla Pənah Vaqifin əsərlərindən,
eləcə də şairin həyat və yaradıcılığına
həsr olunmuş əsərlərdən ibarət
kitab sərgisi ilə tanış
olublar.
Konfransı ADPU-nun rektoru,
professor Cəfər Cəfərov
açaraq onun Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi
haqqında” 12 yanvar
2017-ci il tarixli sərəncamı və həmin sərəncamın
icrası ilə əlaqədar təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən keçirilir.
Rektor bildirib ki, Molla Pənah
Vaqifin adının
UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli
şəxslərin və
əlamətdar hadisələrin
yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın
çoxəsrlik zəngin
ədəbiyyatı tarixində
silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı
humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.
Vaqif irsinin azərbaycançılıq
məfkurəsi işığında
daha dərindən araşdırılıb öyrənilməsinin
bu gün də aktuallığını
qoruyan və həllini gözləyən
mühüm məsələlərdən
olduğunu deyən rektor çıxışının
sonunda konfransın işinə uğurlar arzulayıb.
Millət vəkili,
yazıçı-publisist Aqil
Abbas, AMEA-nın Əlyazmalar İnstitutunun
direktor müavini,
professor Paşa Kərimov
Vaqifin ədəbiyyatımızın
inkişafında, ana dilimizin zənginləşməsində
böyük xidmətləri
olduğunu vurğulayaraq
konfransın keçirilməsinə
görə ADPU-nun rəhbərliyinə
təşəkkür ediblər.
Konfransda Molla Pənah Vaqiflə bağlı videoçarx nümayiş
etdirilib.
Plenar iclasda filologiya fakültəsinin
dekanı, professor Buludxan
Xəlilovun “Molla Pənah Vaqifin özü və tarixin sözü”, Azərbaycan və dünya ədəbiyyatı
kafedrasının professoru
Təyyar Salamoğlunun
“ XX əsrin 20-30-cu illərinin
ədəbi-nəzəri fikrində
Vaqif (Salman Mümtazın tədqiqatları
əsasında)” mövzularında
məruzələri dinlənilib.
Sonra konfrans öz işini 3 bölmədə
davam etdirib. Bölmələrdə ümumilikdə 44 məruzə
dinlənilərək müzakirə
edilib. Sonda bölmə rəhbərlərinin
hesabatları dinlənilib
və müvafiq qərarlar qəbul edilib.
Azərbaycan müəllimi.- 2017.- 29 sentyabr.- S.6.