Vur, komandir
Burda yoxdu zərrə qorxu, bura döyüş cəbhəsidir.
Qisas günü gəlib artıq, düşmənin son nəfəsidir.
Erməninin səsi yalan, sənin səsin haqq səsidir.
Düşmənlərin səsini kəs: Vur, komandir, vur!
Bakıdan İrəvana yol aç, qoyub izlərini,
Düşmənin canını al, yerə vurub dizlərini,
Sıx tətiyi acımadan, qırpmadan gözlərini,
Hər canlını,
hər cansızı:
Vur, komandir, vur!
Ölkəmizin ordusu var, düşmənlərə
göz dağı,
Bircə əmr yetər bizə, geri alaq Qarabağı!
Ucaldaq biz İrəvanda bu Üçrəngli bayrağı.
Əl-qoluna sağlıq
olsun: Vur komandir, vur!
Mübariz tək oğulların, hələ
də var ana Vətən!
Sən igidlər məskənisən
ta qədimdən, əzəldən.
Tanrı sənlə bərabərdir,
qorxun yoxdu heç nədən.
Ölümün dik gözünə bax: Vur komandir, vur!
Xocalım
Bir ananın övladın yandırdılar
önündə,
Bədəni külə döndü ömrün bahar günündə.
Uşaq, qadın
demədən zülmlər
elədilər,
Öz yürdunda hər kəsi qanına bələdilər.
Hətta meyitləri
də təhqir edirdi onlar,
Axıdıldı o gecə neçə günahsız qanlar.
Uşaqların dərisi
diri-diri soyuldu,
Həmin gün soyqırımın
təməlləri qoyuldu.
Hamilə qadınları
süngü ilə yardılar,
Yarıb ana bətnini körpəsin çıxardılar.
İnsanların üstünə tufan kimi əsdilər.
Salıb havasız yerə nəfəsini kəsdilər.
Yandırdılar alovda neçə günahsız
canı,
Kürəyindən vurdular onlar Azərbaycanı.
Üşənmədən günahsız
körpələrə qıydılar,
Mismarlayıb divara dərisini soydular.
Tarix vəhşiliklərə
şahid oldu o gecə,
Axı necə unudaq o günləri, biz necə?
Yadımızdan heç
zaman silinməz həmin anlar,
Öldürülən qocalar, uşaq, qadın, cavanlar.
Ah, bu fələyin çərxi
dönsün daha tərsinə,
Bizə cəllad olanın biz dayanaq qəsdinə.
Qisas günü yetişsin düşmənimdən
öc alım,
Gözü
yollarda qalan, mənim
qərib Xocalım.
Rüfət
SABİRLİ,
ADPU-nun Cəlilabad
filialının
arix və
coğrafiya müəllimliyi ixtisası
üzrə
IV kurs tələbəsi
Azərbaycan
müəllimi.- 2017.-29 sentyabr.- S.14.