Arzum
Qərib yolçuların yolları üstə,
Gecələr nur yayan ay olaydım kaş.
Şirin
avaz olub bircə körpənin,
Həzin
laylasına pay olaydım
kaş.
Dünyada arzusun söyləyir
hərə,
Ömrüm axmayaydı xeyirsiz yerə.
Susuz səhralara, təşnə
çöllərə
Dirilik aparan çay olaydım kaş.
Səhrada bir bulaq olaydım sərin,
Bir hikmət
olaydım, göylərdən
dərin.
Titrəyən qəlblərin, donan
bəxtlərin,
Qırovun əridən yay olaydım kaş.
Ölərəm yurdumdan, obamdan gendə,
Xalqımı sevməyə ürək var məndə.
Fərruxam, vətənin, elin
qəlbində
Qalan şairlərə tay olaydım kaş.
Yəhərləyin Bozatları
Ellərimiz bir daşlanır,
Gözlərimiz bir yaşlanır,
Qarabağ sizdən başlanır,
Qubadlının elatları,
Yəhərləyin Bozatları!
Ey Tunc Vəli, Telli Qara,
Bir qıy vurun tərlanlara.
Yurd qalmasın quzğunlara,
Qubadlının elatları,
Yəhərləyin Bozatları!
Nə Zilanlı, nə Çaytumas
Bu həsrətə tutmasın
yas.
Qurd yurdunda çaqqal olmaz.
Qubadlının elatları,
Yəhərləyin Bozatları!
Ey şir yurdu, qədim Mollu,
Nəbilərin dəmir qollu.
Alaylanın sağı-sollu,
Qubadlının elatları,
Yəhərləyin Bozatları!
Xan Bərgüşad düşüb
dara,
Həkəri qan axan yara.
Ölmək üçün vətən
ara,
Qubadlının elatları,
Yəhərləyin Bozatları!
Fani dünya
Zirvələrdən yelləndirir,
Min dərd verir,
dilləndirir.
Daşqın edir, selləndirir,
Ömrümüzü fani dünya.
Bəla
verir, qada verir,
Borana, gah oda verir.
Kam almamış bada verir,
Ömrümüzü fani dünya.
Fərrux,
yolu duman kəsir,
Ümidləri zaman kəsir.
Rəhm eləmir, yaman kəsir
Ömrümüzü fani dünya.
Atamoğlan FƏRRUX,
Ağdam rayonu Zəngişalı
kənd tam orta məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Azərbaycan müəllimi.-
2017.-29 sentyabr.- S.14.