Əllərin əlimə sığındı, gülüm
Əllərin əlimə sığındı, gülüm,
Elə bir yaralı quş idi onlar,
Əllərin əlimə sığındı, gülüm,
Bir ovçu oxuna tuş idi onlar.
Çırpındı bir anlıq soyuq əllərin,
Sanki can bağımdan
can istəyirdi.
İsinib canlanıb
yaşamaq üçün,
Mənim əllərimdən an istəyirdi.
Əllərin əlimə
sığınan zaman,
Mən tuta bilmədim onu ürəklə.
Çünki hiss elədim
soyuqluğunu
Əlimə gəlmişdi başqa ürəklə.
Axı sevgi olsa, məhəbbət olsa,
Əllərin bu qədər soyuq olmazdı.
Qəlbində hərarət,
sədaqət olsa,
Üzün göz gülü tək belə olmazdı.
Əllərin əlimə
sığındı, gülüm,
Elə bir yaralı quş idi onlar,
Əllərin əlimə
sığındı, gülüm,
Bir ovçu oxuna tuş idi onlar.
Necə unudum mən səni?
Unut məni, unut dedin,
Göz yaşını
qurut dedin,
Ürəyini ovut dedin,
Necə unudum mən səni?
Sinəmdə bir qəm çağlayır,
Kirpiklərim nəm bağlayır,
Ürəyim sənsiz
ağlayır,
Necə unudum mən səni?
Yollarımı bağlamısan,
Qəlbinə daş bağlamısan,
Olub mənsiz ağlamısan
Necə unudum mən səni?
Qucaqlayıb dizlərini,
Göyə dikib gözlərini,
Eşit ürək
sözlərimi
Necə unudum mən səni?
Sənəmi qalıb...
Nə tez ağartmısan qara saçları?
Dünyanın gərdişi sənəmi
qalıb?
Dilin söz tutmayır, əlin yazmayır.
Başı qarlı dağlar sənəmi qalıb?
Çılğın baxışların
alovu sönüb,
Sevgi çələnginin
çırağı sönüb,
Deyirsən, həyatın
növrağı çönüb,
Dünyanın dərdləri sənəmi
qalıb?
“Dərdlərin belimi əydi” - söylədin,
Qəmli taleyindən giley eylədin.
O boyda sevgini söylə, neylədin?
Şair
zildən yenib, bəməmi qalıb.
Elmira RZAYEVA,
Şərur
rayonu Yengicə kənd
tam orta məktəbinin
direktoru,
Naxçıvan
Muxtar Respublikasının
əməkdar
müəllimi
Azərbaycan
müəllimi.- 2017.-29 sentyabr.- S.14.