Dünyanın beynəlmiləl universitetləri
Ali təhsildə beynəlxalq komponentlər güclənir
Müasir dünyanın yeni reallıqları ali təhsil sistemindən yan ötmür. Ali təhsildə beynəlxalq komponentlərin getdikcə daha üstünlük təşkil etməsi qabarıq müşahidə olunan hallardan biridir. Əcnəbi tələbələr daha beynəlmiləl təhsil mühiti ilə seçilən, öz təhsil və karyera inkişaflarının təmin olunması üçün əlçatan təqaüdlər vəd edən universitetləri seçirlər.
Böyük Britaniyanın “Times Higher Education”
(THE) jurnalının budəfəki
tədqiqatı dünyanın
beynəlmiləl universitetlərinin
reytinqinə (World's most
international universities 2018) həsr olunub. Reytinqin tərtib edilməsi
prosesində 4 göstərici
- xarici tələbə
və müəllimlərin
faiz tərkibi, xarici alimlərlə müştərək yazılmış
elmi nəşrlərin
sayı, universitetin beynəlxalq nüfuzu (universiteti bəyənmiş
xarici ekspertlərin səslərinin sayının
yerli ekspertlərin səslərin sayına olan nisbəti) nəzərə alınıb.
Ali məktəbin sözügedən tədqiqata
cəlb olunması üçün universitetin
THE-nin qlobal
top-500-lüyünə daxil olması şərtdir.
Bundan əlavə, ali məktəb
sorğu çərçivəsində
ekspertlərin minimum 100 səsini
(öz ölkəsindən
isə yerli ekspertlərin ən azı 50 səsini) əldə etməlidir.
Builki reytinqə
dünyanın 30 ölkəsindən
200 universitet daxil olub. Reytinqin top-5-liyində İsveçrənin Ecole
Polytechnique Federale de
Lausanne (EPFL), ETH Zurich - Swiss Federal Institute of Technology Zurich, Çinin University of Hong Kong, Sinqapuru
National University of Singapore, Böyük Britaniyanın
Imperial College London kimi ali məktəbləri
yer alıb.
Reytinqdə coğrafi
mövqeyi, dövlət
siyasəti və
ya mədəniyyət
ilə tələbələrin,
əməkdaşların və
ideyaların yerdəyişməsi
üçün açıq
olan universitetlər dominantlıq təşkil
edir. THE qeyd edir ki, İsveçrənin
reytinqdəki uğuru
təəccüblü deyil,
çünki bu ölkə beş
dövlətlə həmsərhəddir
və Avropanın mərkəzində yerləşib. Sıralamada birinci yeri tutan
EPFL xüsusən də mühəndislik,
həmçinin dinamik
inkişaf edən bioloji elmlər sahəsində güclü reputasiyaya malikdir. Reytinqin ikinci sırasında yerləşən Sürix
Federal Ali Texnik Məktəbində
120 ölkədən 19 min tələbə
təhsil alır. 21 Nobel mükafatı
laureatı yetişdirmiş
bu ali
məktəbin məzunları
arasında dahi fizik Albert Eynşteynin adını çəkmək
olar. Ali məktəb
STEM fənlərinin tədrisi
və elmi tədqiqatlar üzrə
ixtisaslaşıb. Reytinqin
3-cü sırasında yerləşən
Honkonq Universiteti öz qarşısına
“Asiyanın qlobal universiteti” olmaq hədəfini qoyub.
Ali məktəbdə 20 min tələbə təhsil
alır ki, onlardan 8 mini əcnəbidir.
Amerika universitetləri
reytinqdə ötən
ildəkinə (64 yer)
nisbətən bu il daha az,
22 yerlə təmsil olunub. Lakin bir sıra
qlobal reytinqlərdən
fərqli olaraq bu cədvəldə
ABŞ universitetləri ön
sıralarda yer ala bilməyib. Reytinqin
top-50liyinə ABŞ-ın cəmi bir ali məktəbi - Massaçusets Texnologiya İnstitutu (30-cu yer) daxil olub. Harvard Universiteti
sıralamada 51-ci, Prinston
58-ci, Stenford 59-cu, Kolumbiya
67-ci, Kornell
76-cı yerdədir. Böyük Britaniya ilk 100-lükdə 17 ali məktəblə təmsil
olunub. 200 universitet arasında Rusiyadan 7 ali
məktəb yer alıb. Onlardan ən yaxşı nəticəni
M.V.Lomonosov adına
Moskva Dövlət Universiteti (131-ci yer) göstərib.
THE qeyd edir ki, qloballaşma
şəraitində universitetlərin
çoxu multikulturalizmə
meyil göstərir. Bu, qloballaşmanın ümumi meyilləri və digər ölkələrdən mümkün
qədər çox sayda tələbə və müəllimlərin
elm və təhsilə
cəlb olunmasına əsaslanır. Xaricdə
təhsil almaq arzusunda olanlar üçün bu
göstərici çox
vacibdir. Əgər universitet
“Diversity” şüarı altında
addımlayırsa, əcnəbi
tələbənin bu
ali məktəbə qəbulu asanlaşır.
Tədqiqatdan görünür
ki, dünyanın ən beynəlmiləl universitetlərində oxumağı arzulayan gənclər
ilk növbədə İsveçrə, Honkonq, Sinqapur, Böyük Britaniya və Avstraliyanı diqqətdə saxlamalıdırlar. Universitetlər
öz mahiyyətlərinə
görə qlobal ali məktəblərdir. Bir qayda olaraq, onlar,
tələbə
icmaları
və bütün
dünyadan olan alimlər üçün elmi məkandır və tədqiqatlar vasitəsilə ən qlobal problemlərin həlli ilə məşğul
olurlar.
2018-ci ilin reytinq
cədvəli göstərir
ki, sıralamanın önündə
olan 5 ölkədə
dünya
üzrə 10 ən beynəlmiləl universitet cəmləşib.
Bütün bu müəssisələr
xarici tələbələrin və
müəllimlərin əhəmiyyətli
pay hissəsinə sahibdir, onlar bütün dünyadan olan alimlərlə tədqiqatlar sahəsində əməkdaşlıq
edir və yaxşı qlobal reputasiyaya malikdir. “Times
Higher Education”nun yeni reytinqi ilə daha ətraflı
www.timeshighereducation.com/student/best-universities/most-international-universities-world-2018
səhifəsindən tanış olmaq olar.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2018.- 6 aprel.- S.12.