3 “məktəb xəstəliyi”ndən biri
Onun yaranmasında məktəbdən
çox, valideynlər rol
oynayır
Orta məktəbi bitirənlərin cəmi 15 faizə qədəri yetkin həyata sağlam fərdlər kimi daxil olur. Məktəblilərdə ən çox rast gəlinən problemlərdən biri qamətlə bağlıdır. Araşdırmalara görə, ibtidai siniflərdə 51, orta siniflərdə 52, yuxarı siniflərdə 41 faiz təşkil edən bu problem ciddiliyinə görə artıq həyəcan təbili çalınacaq həddədir.
Problemin ciddiyyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) skoliozun (onurğa əyriliyi) profilaktikasına həsr olunmuş sağlamlıq həftələri çərçivəsində həyata keçirilən müayinələr zamanı da nəzərə alınıb. Odur ki, Yevlax rayonunda fəaliyyət göstərən 33 orta ümumtəhsil məktəbində 9228 şagird müayinələrə cəlb olunub.
Müayinələrin nəticəsində 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanıb və onlar ətraflı müayinə üçün ailə və ixtisas həkimlərinə yönləndirilib. Aparılan müayinələr zamanı bir sıra patologiyalar erkən aşkarlanıb. Belə ki, müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərdə isə onurğa deformasiyaları aşkarlanıb. Bundan əlavə, 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyillilik olduğu üzə çıxıb.
Maraqlıdır, bu problem nədən qaynaqlanır? Niyə daha çox məktəblilərdə rast gəlinir? Problemdən çıxış yolu nədir?
Onurğa əyriliyi nə vaxtdan başlayır?
Mütəxəssislər hesab edir ki, onurğa sütununun bütün fizioloji əyrilikləri uşaq artıq 5-6 yaşlarına çatanda əmələ gəlir və hələ məktəbə başlamadan insanın qaməti formalaşır. Hazırda 50-80 faiz uşaqda qamətin bu və ya digər əyrilikləri müşahidə olunur. 5-9 faiz uşaqlarda isə onurğa sütununun ən ağır formalı deformasiyalarından hesab edilən və son nəticədə hətta əlilliyə də səbəb ola bilən skolioz xəstəliyi aşkar edilir.
Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə də gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və sistemlərin fəaliyyətinə də mənfi təsir göstərir. Bu səbəbdən də profilaktik olaraq uşağı ildə 1 dəfə həkim-ortopedə göstərmək lazımdır.
Maraqlıdır ki, onurğa sütununun əyriliyinə səbəb olan müxtəlif amillər arasında hətta hamiləlik zamanı ananın düzgün qidalanmaması, yeni doğulmuş körpəyə 2 yaşına qədər ana südü verilməməsi də göstərilir. Üstəlik, bu, başlıca amillər siyahısında yer alır. Bundan başqa, onurğa əyriliyinin əmələ gəlməsi səbəbləri arasında anadangəlmə skelet anomaliyaları da mühüm rol oynayır.
Niyə məktəblilər?
Məktəbyaşlı uşaqlarda bu problemə daha çox rast gəlinməsi isə düzgün oturma bacarığının olmamasıyla, həmçinin məktəbli çantalarının həddən artıq ağırlığı ilə əlaqələndirilir.
Yuxarıdakı faiz
göstəricilərindən də göründüyü
kimi, uşaqların əksəriyyəti
məktəbə gələndə artıq bu
problem yaranmış olur.
Məktəb həmin problemi ya inkişaf etdirə, ya da ləngidə bilər.
Müəllim şagirdlərin parta
arxasında oturmağına nəzarət edə, dərs
sırasında şagirdlərin müxtəlif hərəkətlər
etməsini təmin edə bilər. Məktəblərdə səhər
dərs başlamadan hər bir uşağın idman
etməsi təşkil edilə bilər. Bu
tədbirlər onurğa sütununun
yaranmaqda olan problemlərinin
qarşısını alar, yaxud ləngidər. Həmin hərəkətlər
bədənin müxtəlif əzələ qruplarının
kifayət qədər möhkəmlənməsinə və
qamətin düz olmasına kömək edir.
Valideyn bilməlidir ki...
Hökməli Tibb Məntəqəsinin baş həkimi, pediatr Hürü Osmanova “Azərbaycan müəllimi”nə bildirib ki, onurğa sütununun problemlərinin vaxtında aşkarlanması, qarşısının alınması, hətta heç başlamaması üçün valideynlərin və məktəbin üzərinə çox böyük iş düşür: “Adətən, bu problemlərlə uşaqlar düzgün olmayan qidalanma, yetişdirilmə şəkli, oturma vərdişi ilə bağlı olaraq qarşılaşırlar. Sakit dayanması üçün uşağın saatlarla telefonla oynamasına mane olmayan valideyn bilməlidir ki, körpənin boynu əyri formalaşacaq. Uşaqda vaxtında aşkarlanan bu tip problemlərin sonradan qarşısını almaq mümkündür. Əsas odur ki, valideyn uşağına qarşı diqqətli olmalıdır. Çiyninin duruşuna, yerişinə fikir verməlidir. Mütəmadi müayinələrə gətirilən uşaqlarda bu problemi vaxtında aşkarlamaq mümkün olur. Müxtəlif səbəblərdən müayinələrə vaxtında gələ bilməyənlər isə diqqətli olmalıdırlar. Hər zaman valideynlərə tövsiyə olaraq uşağa masaj və idman hərəkətlərinin etdirilməsinin çox vacib olduğunu deyirəm. Qida rasionunda sümüyün inkişafına kömək edən süd və süd məhsulları mütləq olmalıdır. Bu problemlə qarşılaşıblarsa, uşaqların üzgüçülüklə məşğul olması təmin edilməlidir. Hətta problem olmadan da, üzgüçülük uşağın ümumi inkişafında, qamətinin formalaşmasında olduğu qədər əhəmiyyətlidir”.
3 “məktəb xəstəliyi”
Milli Təhsil Texnologiyaları Mərkəzi İctimai Birliyinin sədri Şamil Süleymanlının fikrincə, şagirdlər arasında psixoloji, fiziki sağlamlıq və inkişaf problemlərinin olması Təhsil Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində ortaya çıxıb. Layihə çərçivəsində aparılan tibbi monitorinqlər 3 “məktəb xəstəliyi”nin geniş yayıldığını göstərib: normal fiziki inkişafın pozulması problemləri, qamət problemləri, görmə qabiliyyətinin pozulması. 2014-cü ildən başlayaraq 2500 uşaq Azərbaycan Tibb Universitetinin həkimləri tərəfindən müayinələrə cəlb edilib. Müəyyən olunub ki, görmə problemləri ibtidai (I-IV) siniflərdə 29 faiz, orta (V-IX) siniflərdə 25 faiz, yuxarı (X-XI) siniflərdə 45 faiz təşkil edir. Fiziki inkişafdan qalanlar (oğlanlar arasında) I sinifdə 19 faiz, V sinifdə 33 faiz, XI sinifdə 40 faizdir.
Uşaqların arasında piylənmə,
boy
kiçikliyi, cılızlaşma müşahidə olunub.
Qapalı, hərəkətsiz, zəif işıqlandırılan, gigiyenik tələblərə cavab verməyən siniflərdə şagirdlərin bu cür problemlərinin inkişaf etməməsi mümkün deyil: “Uşaqlar günün, yəni oyaq vaxtının 25 faizini sinifdə keçirir. Biz çalışırıq ki, uşaq vaxtının həmin 25 faizini doğru mühitdə olsun. Qalan 75 faizi valideynin, icra hakimiyyətlərinin və başqalarının üzərinə düşür. Məktəbin payına düşən zaman kəsiyində bu problemlər yaranmasın, mövcuddursa, inkişaf etməsin. Bu məqsədlə sağlam siniflər qurduq. Artıq 38 məktəbdə 168 sinfimiz var”.
“Sağlam təhsil-sağlam millət”
Məktəbdə şagirdləri yüksək intellektli insanlar kimi formalaşdırmaqla yanaşı, onları fiziki-psixoloji baxımdan da təkmil insan kimi yetişdirilməsi məqsədi ilə Təhsil Nazirliyi “Sağlam təhsil-sağlam millət” layihəsini davam etdirir. Layihə məktəblərdə sağlamlıq mərkəzlərinin açılması, imkansız ailələrin uşaqlarının həmin mərkəzlərdə vaxtaşırı müayinədən keçirilməsi, sinif kurikulumları planlaşdırılarkən sağlam həyat tərzini təbliğ edən mövzulara genis yer verilməsi, siniflərin tərtibat və təchizatında dəyişiklik etməklə yanaşı, oturacaqlı masaların ayaqüstü iş masalarıyla əvəz edilməsini nəzərdə tutub. Ş.Süleymanlı bildirib ki, adi siniflərdən fərqli olaraq, sağlam siniflər daha çox maliyyə vəsaiti tələb edir. İbtidai siniflər üçün belə siniflərin qurulması 950 manat, V-IX siniflər üçün isə 550 manat təşkil edir. Bundan başqa, təlim yükünün minimuma endirilməsi, uşaqların psixoloji təzyiqlərdən qorunması da vacib sayılan məsələlərdəndir.
Azərbaycan Tibb
Universiteti Tədris-Terapevtik
Klinikasının direktoru Hüseyn
Qabulov “Azərbaycan müəllimi”nə
açıqlamasında deyib ki, “Sağlam təhsil”
siniflərində təhsil alan məktəblilərin
sağlamlığına davamlı nəzarət bir sıra qanunauyğunluqları üzə
çıxarıb. İlk
sağlamlıq monitorinqləri göstərib ki, tədrisə yeni başlayan uşaqlarda
artıq bir sıra sağlamlıq problemləri
- xüsusilə də, qamət və görmə ilə əlaqədar
problemlər yaşanır. Belə ki, 2014-cü ilin oktyabr ayında müayinə edilən tədrisə
yeni başlayan ənənəvi
sinif şagirdlərinin 16,7 faizində qamət
pozulması aşkar edilib.
2016-cı ilin mayında (2-ci tədris ilinin sonu) ənənəvi
siniflərdə uşaqlar arasında qamət
pozğunluğu 2 dəfə artaraq 34 faizə qalxıb. 2017-ci ilin mayında (3-cü tədris
ilinin sonu) bu rəqəm 37 faizə çatıb. “Sağlam təhsil” siniflərində isə cüzi dəyişiklik nəzərə çarpır:
2014-cü ilin oktyabrında
22,4 faiz, 2016-cı ilin mayında - 25,1 faiz, 2017-ci ilin mayında isə 24,7 faiz təşkil edib.
H.Qabulovun sözlərinə görə,
sadəcə qamət
deyil, şagirdlərin
görmə qabiliyyəti
ilə bağlı da maraqlı müşahidələr ortaya
çıxıb. Onun sözlərinə görə,
“Sağlam təhsil” siniflərində yaradılan
şəraitin və tədrisin səmərəli
təşkilinin görmə
funksiyasına təsirini
öyrənmək məqsədilə
2014-cü ildən başlayaraq
həm “Sağlam təhsil” sinifləri, həm də paralel ənənəvi sinif şagirdləri oftalmoloji müayinədən
keçirilir: “Görmə
orqanının funksional
inkişafı uşaq
doğulan andan başlayaraq 12-14 yaşına
qədər davam edir. Lakin normal inkişaf üçün
mənfi təsir göstərən amillər
olmamalı, əlverişli
mühit yaradılmalıdır.
Bununla yanaşı (təbii və süni işıqlanma səviyyəsi,
boya müvafiq partalar və s.), şagirdlər boyun və göz hərəkətləri də
həyata keçirir.
3 il ərzində
aparılan monitorinqlərin
nəticələri göstərib
ki, “Sağlam təhsil” sinfinin şagirdlərində tədris
müddətində görmə
qabiliyyəti yaxşılaşıb.
Belə ki, təhsilə yeni başlayan “Sağlam təhsil” sinfi şagirdlərinin 2014-cü ilin
oktyabrında aparılan
müayinələr zamanı
yalnız 52,4 faizində normal uzaqdangörmə
itiliyi qeyd edilirsə, 2016-cı ilin mayında belə uşaqların sayı
75,3 faiz, 2017-ci ilin mayında isə 76,2 faiz təşkil edir. “Sağlam təhsil” siniflərindən
fərqli olaraq ənənəvi siniflərdə
2-ci tədris ilinin sonuna belə uşaqların sayı bir qədər artsa da, 2014-cü ilin oktyabrında 63 faiz;
2016-cı ilin mayında
71,7 faiz, 2017-ci ilin mayında, yəni 3-cü
sinfin sonunda azalaraq 68,5 faiz təşkil edib”.
Məktəb xəstəliyi, yoxsa məktəbdə üzə
çıxan xəstəliklər?
Müayinə nəticələrinin təhlili
birmənalı olaraq göstərir ki, “Sağlam təhsil” siniflərində təşkil
eidlmiş tədris şəraiti təhsilalanların
sağlamlığının qorunması üçün
daha əlverişlidir,
bir sıra sağlamlıq problemlərinin
aradan qaldırılmasında
əhəmiyyətli rol
oynayır. Lakin bu rəqəmlər həm də onu deməyə əsas verir ki, bir problem məktəbyaşlı uşaqlarda
ortaya çıxırsa,
bunun günahkarı
sadəcə məktəb
deyil. H.Qabulovun da qeyd etdiyi kimi, görmə
qabiliyyətinin hətta
adi siniflərdə belə yaxşılaşma
göstəricisi artıbsa,
deməli, o problemi yaradan məktəb deyil. “Məktəb
xəstəliyi” deyə
xarakterizə olunan qamət və görmə problemlərinin
məktəbə qədər
keçdiyi bir yol olmasa, bu
problem ibtidai siniflərdə
deyil, 5-9-cu siniflərdə
üzə çıxar.
Bütün bunlara baxmayaraq, Təhsil
Nazirliyi vaxtının
25 faizini məktəbdə
keçirən yeni nəsil qarşısında
məsuliyyətini dərk
edir və onun sağlam yetişməsi üçün
tədbirlər görür.
Məktəbdə üzə çıxan
həmin problemlərin
inkişaf sürətinin
ləngidilməsi, xəstəliklərin
aradan qaldırılması
üçün lazım
olan şəraiti yaratmağa çalışır.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2018.-
6 aprel.- S.1; 11.