“Müəllimlərə qarşı təzyiqlərə
son qoymaq
lazımdır”
Təhqir olunmuş amerikalı
müəllimin harayı
Amerikalı müəllim Culiya Marburqer (Yuta ştatı, Riçmond şəhəri) məktəb
rəhbərliyi, şagirdləri
və onların valideynləri barədə
yazdığı şikayət
məzmunlu statusunun
400 mindən çox istifadəçi tərəfindən
paylaşılmasından sonra
bütün Facebook-da
məşhurlaşıb. “Bu gün mən valideynlərlə insidentdən
sonra emosional olaraq işləmək qabiliyyətimi itirdiyimdən
məktəbi tərk
etməyə məcbur
oldum. Mən artıq bu ilin
sonunda məktəbi tərk etməyə qərar vermişdim, lakin bu gün
baş verənlərdən
sonra belə uzun müddətə məktəbdə qalıb
işləyəcəyimi deyə
bilmirəm.
Valideynlər mənə
qarşı çox nəzakətsiz oldular, onların uşaqları isə daha pis
nəzakətsizlik göstərdilər. Məktəb administrasiyası belə vəziyyətlərdə həmişə,
deyəsən, xoşbəxt
valideynin tərəfini
saxlamaqla səhvə yol verir, bu
isə mənə müəllimliyimi davam etdirməyə, yəni uşaqları öyrətməyimə
imkan vermir”.
Daha sonra müəllim şagirdləri
ilə baş vermiş insidentdən sonra sinfindəki görüntüləri əks
etdirən şəkilləri
statusuna əlavə edib. Şəkillərdə səpələnmiş kitabları və texnikanı, döşəmədə
zibil, cırılmış
dərsliklər və
kimlərinsə döşəməyə
atdığı saqqızı
görmək olar.
O, baş verənlərə
görə uşaqları
məsuliyyətə çağırmağa
çalışıb, ancaq
valideynlərdən biri
müəllimin haqlı
olmadığına qərar
verib və onu bütün uşaqların gözü
qarşısında kobud
surətdə təhqir
edib.
“Mən
yazıma sinif otağımdakı şəkilləri
daxil edirəm. Bunlar son 2 gündə sinfimdə gördüklərimdir. Bu mənim və şagirdlərimin hər gün olduğu sinifdir. Nəzərə alın ki, şagirdlərim tərəfindən
zərər vurulmuş
və ya məhv edilmiş bir çox predmet mənim şəxsi əmlakımdır
və ya onları özüm üçün almışam.
Çünki məktəbin büdcəsi
yoxdur. Mənim, nəhayət, sinifdə uşaqların məhəl
qoymadıqları şəxsi
və məktəb mülkiyyətində olmayan
kifayət qədər
əşyam var ki, onların da üstündən xətt çəkirəm,
hansılar ki, onlara görə də çox narahatam...”.
Daha sonra Culiya Marburqer insident barədə geniş məlumat verib. “Təəssüflər olsun ki, bu
gün valideynlərdən
biri düşündü
ki, mənim davranışlarına görə
onun oğlunu töhmətləndirməyim yanlışlıqdır
və o, bunu mənə oğlu qarşısında çox
kobudcasına dedi. Məni sinif qarşısında təhqir etdi. Şagirdlərimin müvəffəqiyyət
göstəriciləri ilə
bağlı deyə bilərəm ki,
onların yarısının
göstəriciləri aşağıdır.
Bu şagirdlərin valideynlərinin
əksəriyyəti son 3 ay ərzində uşaqlarının
təhsilinin qayğısına
qalmayıblar, hərçənd
ki, uşaqların davamiyyəti ilə bağlı həftəlik
hesabatlar çıxır,
bu barədə valideynlərə elektron məktublar göndərilir
və telefon zəngləri edilir.
Amma indi mən, ehtimal ki, həftənin bütün günlərini
qəzəblənmiş valideynlərin
zənglərinə və
elektron yazılarına
cavab verməklə keçirməli olacağam,
onların uşaqlarını
mən niyə imtahanda kəsmişəm. Məktəb rəhbərliyi də məndən izahat tələb edəcək ki, niyə mən
şagirdlərin çoxunun
uğursuzluğa uğramağına
imkan vermişəm, onlara lazımi dəstək göstərməmişəm,
baxmayaraq ki, praktik olaraq onların uğur qazanmaları üçün
hər şeyi etmişəm. Və mənim
sinfimdə müəllimə
qarşı davranış
daha çox pisləşəcək. Mən bunu
gözləyirəm, çünki
bu, hər gün baş verirdi. Mən heç vaxt insanların öz ürək və canlarını qoyduqları,
vaxtlarını sərf
etdikləri, öz evindən və ailəsindən belə resursları sərf etdikləri, bunun əvəzində təhqiredici
dərəcədə az
maaş aldıqları
ikinci peşə barədə eşitməmişəm.
Müəllimlər - mənim həyatda
nə vaxtsa rastlaşdığım ən
xeyirxah insanlardır, amma onlarla belə
hörmətsiz davranırlar.
Valideynlərin əksəriyyəti öz uşağıyla gündə bir-iki saat vaxt keçirə
bilmir, amma biz bütün günü 8 saat ərzində şagirdlərlə vaxt keçiririk. Bir az ümumi nəzakət
və vətəndaş
söhbəti xahiş
etmək həddən
artıq çoxdur? Bu mənim arzum
idi. Xatırlayıram ki, mənim
öz sinif otağım var və indi mənim
ürəyim sınıb.
Bu iki ildə
o qədər məyus
olmağa başladım
ki. Bu, demək
olar ki, mənim digər müəllimlərdən eşitdiyim
sözlərdir və
onlar kütləvi surətdə məktəbi
tərk etməyə başlayıblar. Əgər
müəllimlərə qarşı
sui-istifadə hallarına
son qoyulmasa, bu ölkədə müəllimlərin
böhranı baş verəcək. Müəllimlərin öz işləri
ilə məşğul
olmalarına imkan vermək və onlara qarşı təzyiqlərə son qoymaq
lazımdır. Bu, bütün cəmiyyətimizi
bürüyəcək meşə
yanğınları kimi
bir problemdir. Bu, cəmiyyətə
qarşı haqsızlıqdır
və daha çox da uşaqlara
qarşı ədalətsizlikdir.
Bu, uşaqların müvəffəqiyyətli
və xoşbəxt olmalarına kömək
etməyəcək. Çoxları
deyəcəklər ki,
mən sosial şəbəkələrdə belə şeyləri dərc etməməliyəm...
Mən təhsili inkişaf etdirməli və pozitiv olmalıyam. Amma mənim üçün artıq fərqi yoxdur. Nə vaxtsa bu peşəyə qarşı yaşadığım
ehtiras məni tamamilə
tərk edib. Ola bilər, mən ağlın səsi ola bilərəm”.
Daha sonra C.Marburqer postunu yeniləyib və dəstək üçün
Facebook istifadəçilərinə
təşəkkür edib. O, etiraf
edib ki, özünə qarşı
belə bir diqqət gözləmirdi və buna öyrəşmək
üçün ona bir neçə gün vaxt lazım
olacaq.
O, əlavə edib ki, həqiqətən oxumağa çalışan
yaxşı tələbələri,
onu anlayan valideynlər var: “Onlara minnətdaram və ümid edirəm ki, mən onları incitmədim. Ancaq mən həmçinin onların adından da məyusluq hiss edirəm”.
C.Marburqer
cəmiyyətin mübarizə
aparmalı olduğu 3
əsas problemi qeyd edir: qeyri-adekvat təhsil sistemi, uşaqların öz hərəkətlərinə görə
cavab vermək bacarıqsızlıqları, insanların
bir-birinə hörmətsizliyi.
“Mən hesab edirəm ki, biz cəmiyyət olaraq 3 əsas məsələyə
baxmalıyıq: birincisi,
bizim tanıdığımız
təhsil sisteminin islahatlara ehtiyacı var. O,
pozulub və bizim uşaqlarımız üçün qeyri-adekvatdır.
İkincisi, biz uşaqlarımızın bütün sahələrdə
öz hərəkətlərinə
görə məsuliyyət
hiss etməsini daha yüksək səviyyədə
saxlamalıyıq. Onların müvəffəqiyyətinin
şişirdilməsi özgüvəni
artırmır. Əgər bu
belə olsaydı, bizdə indi yeniyetmələr arasında
intiharın ən yüksək göstəriciləri
olmazdı. Üçüncüsü,
biz cəmiyyət kimi,
bir-birimizlə münasibətdə
normal rəftar və etimad tərzinə qayıtmalıyıq. Biz isə yalnız nifrət və təhdidlər səviyyəsinə
enirik. Xeyirxahlığın
öldüyü yerdə
heç kim
qalib gəlmir”.
Şərhlərdə insanlar Culiyə öz dəstəklərini
ifadə edib, onun vəziyyətini anladıqlarını vurğulayıblar. Müəllimlər başlarına gələn
oxşar tarixçələri
bölüşüblər. Bəziləri isə ona dövlət məktəbini
özəl məktəbə
dəyişməyi və
ya onlayn tədrisə başlamağı
təklif ediblər.
Lisa Torcasso Doving
öz şərhində
Marburqerə etiraflarına
görə minnətdarlığını
bildirir və əlavə edir ki, ölkədə müəllim böhranı
cəmiyyətdə digər
problemlərə gətirir. Monik Kristensenə
görə, bu gün müəllim olmaq çox çətindir və bu, ABŞ üçün
çox kədərli
haldır. Harold Combs isə təhsildə baş verənlərə
görə ölkənin
gələcəyi ilə
bağlı təşviş
keçirdiyini bildirib.
“Mən çox təəssüflənirəm. Şagirdləriniz sizin üçün darıxacaqlar! İş yerlərində müəllimlərə qarşı bu cür hörmətsizliklər uğursuz cəhdlərdir. Saatlarla qan-tər tök və qəpik-quruş al. Mən sizin dərdinizə şərik oluram. Mən də məktəbdən ayrıldım, şagirdlərimə görə yox, məktəb rəhbərliyi və valideynlərə görə”,- deyə Cennifer Evans yazır.
Bəzilləri müəllimə qarşı baş verənlərin çox kədərli və iyrənc olduğunu bildirir, belə bir məlumatı sosial şəbəkədə yaydığına görə ona minnətdarlıq edirlər: “Bunu çoxları oxumalıdır. Baş verənlər açıqca şərəfsizlikdr”. Vətəndaşlar Amerikada üzləşdikləri hörmətsizlik və təhqirlər üzündən müəllimlərin məktəbdən getməsinin ölkə miqyasında artıq bir normaya çevrilməsindən narahatlıqlarını ifadə ediblər.
Culiya Marburqer məktəbdə yaşadığı həqiqətlərdən danışır. Amerika isə həqiqətləri kənarda axtarır...
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2018.-
20 aprel.- S.1; 12.