SABAH tələbələrinin ifasında
“Hərə bir qəhrəman”
tamaşası
Cümhuriyyətin
100 illiyinə həsr olunmuş tamaşa Rus Dram Teatrında nümayiş
olunub
Dekabrın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları tələbələrinin ifasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Hərə bir qəhrəman” tamaşası nümayiş olunub.
Tamaşanın nümayişində təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, universitet rektorları, tanınmış ziyalılar, KİV təmsilçiləri iştirak ediblər.
ADMİU-nun rektoru
Ceyran Mahmudova
çıxış edərək
iştirakçıları salamlayıb və tamaşa
haqqında qısa məlumat verib. Bildirib ki,
tamaşasını hazırladıqları pyes
yazıçı Qan Turalı tərəfindən
məxsusi olaraq SABAH qrupları üçün yazılıb. Tamaşanın
nümayişi ilə Prezident İlham Əliyev cənablarının məlum
sərəncamına əsasən bütün
ölkədə qeyd edilən Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi yubileyinə universitet
olaraq öz töhfələrini vermək istəyiblər. Tamaşa ilk dəfə SABAH qruplarının
festivalında nümayiş olunub. Tamaşada çıxış edən tələbələr haqqında xoş
sözlər deyən rektor bildirib ki, cəmi 3 il əvvələdək aktyorluq
sənəti, səhnə haqqında heç
bir təsəvvürləri olmayan bu gənclər
universitetdə təhsil aldıqları muddətdə püxtələşib,
müəllimləri ilə birgə çalışaraq müəyyən nailiyyətlər
əldə ediblər. Ceyran Mahmudova onu da qeyd
edib ki, belə tamaşalar universitetdə
çox olur. Əslində bu tamaşalar SABAH qruplarının
kurs işidir və payız, yaz semestrlərinin sonunda II kursun sonlarından başlayaraq bütün
qruplar belə müxtəlif səpgili tamaşalar göstərirlər. Rektorun dediyinə
görə, tamaşanın
quruluşçu rejissoru
Gümrah Ömər də SABAH qruplarının
müəllimidir. Ümumiyyətlə ,
tamaşanın hazırlanması
üzərindəki iş
prosesində SABAH qruplarının
bir çox müəllimi iştirak edib. Çıxışının sonunda tamaşaya
gələn qonaqlara təşəkkürünü bildirən rektor SABAH tələbələrinə yaradıcılıq
uğurları arzulayıb.
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş olunan tamaşanın bədii rəhbəri ADMİU-nun SABAH qruplarının
rəhbəri Böyükxanım
Məmmədbəyovadır. Tamaşada Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin III kurs
SABAH qruplarının tələbələri
Mirsənan Kazımlı,
Ziya Ağa, Gövhər Şabanova, Fidan İsmayılova, Mətləb Abuşov, Elçin Əmirov, Toğrul Qasımov və başqaları çıxış ediblər.
Qan Turalının pyesi əsasında hazırlanmış
“Hərə bir qəhrəman” tamaşasında Xalq Cümhuriyyətinin qurulmasında
müstəsna xidmətləri
olmuş 20 yaşlı
millət vəkili Rəhim bəy Vəkilovun, Mədinə Vəkilovanın, həmçinin
23 yaşında Cümhuriyyətin
ilk daxili işlər naziri təyin edilən Mustafa bəy Vəkilovun həyat hekayəsindən bəhs edilir.
Yaradıcı heyətin böyük ruh yüksəkliyi, tələbələrin obrazları peşəkar şəkildə canlandırmaları, aydın səhnə danışığı, eləcə də dinamika, geyimlər, dekorasiyanın bir-birini tamamlaması tamaşaçıların alqışları ilə qarşılanıb.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2018.- 7 dekabr.- S.4.