Gənc nəslin
çağırışaqədərki
hazırlığında
sıra təliminin rolu
Bu,
uşaqların fiziki inkişafı ilə yanaşı, həm
də psixoloji inkişafını sürətləndirən
praktiki fəaliyyət növüdür
“Cəmiyyətin gələcək
tərəqqisi bir çox cəhətdən indi gənclərimizə
nəyi və necə öyrətməyimizdən asılı
olacaqdır”.
Heydər ƏLİYEV,
ümummilli lider
Dünya təcrübəsinə müraciət etsək görərik ki, təlim-tərbiyə ilə məşğul olan müxtəlif təyinatlı qurumlar intizamın yüksəldilməsi məqsədilə bir çox üsul və vasitələrdən istifadə edirlər. Sıra təliminin bu vasitələrdən biri olduğunu söyləsək yanılmarıq. Respublikamızın orta ümumtəhsil məktəblərində həftədə 2 saat olmaqla “Fiziki tərbiyə” və “Gənclərin çağırışaqədərki hazırlığı” fənləri tədris olunur (İxtisaslar üzrə təmayülləşmiş məktəblərdə həftədə 1 saat olmaqla). Bu fənlərin tədrisi zamanı şagirdlərə “Sıra təlimi”nin bəzi elementləri öyrədilir. Məktəb həyatını və keçirilən əksər tədbirləri sırasız təsəvvür etmək olmur. Sıra düzülüşü nizam-intizamın əsas meyarlarından biridir. Pedaqoji fəaliyyətimiz zamanı, düzğün qurulmuş təlim prosesində, şagirdlərin sıra fəndlərini böyük həvəslə öyrəndiklərinin və yerinə yetirdiklərinin şahidi oluruq. Məktəblilərin sıra təlimi məşqlərinin düzgün planlaşdırılması və həyata keçirilməsi peşəkarlıq tələb edir. Məhz bu səbəbdən, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin və fiziki tərbiyə müəllimlərinin ən çox çətinlik çəkdiyi bu məsələdə müsbət nəticələr əldə etməsi üçün, həm pedaqoji bacarıqlara və biliklərə, həm də müvafiq praktiki təcrübəyə malik olması vacib şərtlərdəndir.
Məktəblərdə sıra təlimi şagirdlərin aşağıdakı xüsusiyyətlərə nail olması məqsədi ilə həyata keçirilir:
- intizamlı olmaq, tapşırıqları tez və dəqiq yerinə yetirmək;
- qrupla hərəkətlər zamanı kollektivə rahat uyğunlaşa bilmək;
- fiziki cəhətdən daha sağlam, güclü, dözümlü və çevik olmaq.
Bundan əlavə, sıra hazırlığı gələcəkdə ordu həyatına uyğunlaşmanı və hərb işinin öyrənilməsini asanlaşdırır, gənclərə nümunəvi xidmət üçün əlavə motivasiya verir.
Məktəblərdə 1-ci sinifdən başlayaraq tədris olunan fiziki tərbiyə fənni şagirdlərin sağlam inkişafına kömək göstərmək məqsədi daşıyır. Həmçinin tədris zamanı verilən tapşırıqların yerinə yetirilməsi üçün daxili imkanları səfərbər etməyə xidmət edir. Sıra təliminin tərbiyəvi məqsədini, məktəblilərdə intizam hissinin yaranması və möhkəmlənməsi, həmçinin məktəbin daxili qayda-qanununa şüurlu surətdə riayət edilməsi kimi xarakterizə etmək də olar. Bu məqsədə nail olmaq üçün fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fənlərinin tədrisi ilə yanaşı, məktəbdə həyata keçirilən hərbi-vətənpərvərlik tədbirləri də böyük rol oynayır. Bu tədbirlərə dövlət himninin oxunması, dövlət bayrağının gətirilməsi və qaldırılması, ölkəmizin müstəqillik günü və Silahlı Qüvvələrimizin yaranması münasibətilə məktəblilərin təntənəli düzülüşlərdə iştirakı, dərs ilinin başlanması və qurtarması münasibətilə sıra düzülüşləri, Şəhidlər xiyabanının ziyarət edilməsi, Böyük Vətən müharibəsi və Qarabağ veteranlarının qarşılanması, hərbi-idman oyunlarının keçirilməsi aiddir. Belə tədbirlər yeniyetmələrin sıra bacarıqlarını daha da təkmilləşdirir və onlarda vətənə sevgi hisslərinin artmasına səbəb olur.
Sıra təlimi əsasən, şagirdlərin fiziki inkişafı ilə yanaşı, həm də psixoloji inkişafını sürətləndirən praktiki fəaliyyət növüdür. Mürəkkəb fəndlər şifahi şəkildə izah olunur. Qalan bütün hallarda məşqlər, sıra fəndlərinin və elementlərinin göstərilməsi ilə həyata keçirilir. Bu məşqlərin keçirilməsi metodikası, “bax və təkrar et” prinsipi əsasında şagirdlərin öz müəllimlərinin və ya məşq rəhbərinin icra etdiyi sıra fəndlərini eyni ilə təkrarlamasıdır.
Məşqlər sıra təliminin əsasını təşkil edir və yeniyetmələrə güclü tərbiyəvi və psixoloji təsir göstərir. Sıra fəndlərinin israrla təkrarı əzm və iradə tələb edir ki, məşq edənlər ancaq bu yolla qüsursuz və mükəmməl vərdişlərə nail ola bilərlər. Məşqlərin oyun və yarış xarakterində təşkili tövsiyə olunur ki, bu da məktəblilərin həvəslə məşq etməsinə, bir-birinə kömək göstərməsinə və fəndlərin yüksək səviyyədə yerinə yetirilməsinə səbəb olur. Məşqlər zamanı məktəblilərin yaş xüsusiyyətlərinin nəzərə alınması vacib şərtlərdən biridir.
Sıra duruşu sıra təliminin əsas elementidir. Düzgün sıra duruşuna nail olmaq üçün imkan daxilində bütün dərslərdə,
tədbirlərdə və
yarışlarda, şagirdlərin
bu vərdişlərə
yiyələnməsinə çalışmaq
lazımdır. Bunun üçün hər zaman şagirdləri
müşahidə etmək
və onların səhvlərini doğru şəkildə başa salmaq gərəkdir. Bu fəaliyyət zamanı yuxarı sinif şagirdlərinin özlərindən kiçiklərə
nümunə olmasına
çalışmaq lazımdır.
Sıra təlimi özündə
fərdi və kollektiv məşqləri
birləşdirir. Bu məşqlərdə
sıra vərdişləri
ilə yanaşı, gözəl qamət və sağlam bədən quruluşu, düzgün yeriş, həmçinin cəldlik
və əzmkarlıq formalaşır.
Bundan əlavə, o, kollektivə
uyğunlaşmaq, komanda
ruhu və yoldaşlıq, məsuliyyət
hissi, intizamlılıq,
özünə inam və hörmət, ani reaksiya göstərmək,
öz hisslərini ifadə etmək bacarığı və liderlik kimi qabiliyyətləri
də inkişaf etdirir. Sıra təlimlərinin köməyi ilə yeniyetmələr təmkinli
olmağa və vaxta riayət etməyə öyrənir.
Çalışmaq lazımdır ki,
məktəblilər bu
vərdişlərə şüurlu
surətdə dərk
edərək yiyələnsinlər,
çünki yaş artdıqca bu keyfiyyətlərin formalaşması
mürəkkəb prosesə
çevrilir.
Sıra təlimi yeniyetmələrin
intizamlı olmasına
və icra qabiliyyətinin yüksəlməsinə
səbəb olduğu
üçün, gənc
nəslin müstəqil
həyata hazırlığında
mühüm rol oynayır. Məşqlər zamanı bütün
tapşırıqlar hamı
tərəfindən eyni
dəqiqliklə və
eyni güc sərf etməklə yerinə yetirilməlidir.
Məktəblilərin sıra təliminin əsasını fərdi
məşqlər təşkil
edir ki, bu da hər
bir şagirdin sıra fəndlərini düzgün yerinə yetirməyinə səbəb
olur. Təlimin uğurlu olması
üçün təlim
rəhbəri hər zaman öz üzərində
çalışmalı, öz
metodiki ustalığını
və sıra bacarıqlarını daha
da artırmalıdır.
Bütün dərslərə, məşqlərə və
tədbirlərə ciddi
hazırlaşmalı, sıra
fəndlərini və
hərəkətlərini nümunəvi
şəkildə ilk növbədə
özü icra edərək göstərməli,
şagirdlərin səhvini
düzəltməli və
hər zaman onların sıra bacarıqlarının artması
üçün bütün
imkanlardan istifadə etməlidir.
Sıra təlimi məşqlərini
xüsusi hazırlanmış
və asfalt örtüyü olan sıra meydançalarında
keçirmək daha məqsədəuyğundur. Pedaqoji və hərbi təcrübəyə əsaslanaraq,
sıra məşqlərinin
aşağıdakı ardıcıllıqla
təşkil edilməsi
tövsiyə edilir:
- Birinci dərsdə şagirdlər
boy sırası ilə
düzülür. Növbəti dərslərdə artıq
hər kəs öz yerini boy sırasına uyğun tutur. Hər yeni dərsdə xarici görkəmə baxış keçirilir.
- İlk sıra fəndi komanda verilərək və şəxsən icra
edilərək göstərilir.
Nümunəvi şəkildə fəndin texnikası nümayiş etdirilir, əvvəlcə hissə-hissə,
sonra isə tam şəkildə izah edilir.
- Bütün fəndlər və hərəkətlər şagirdlərin
hamısının yaxşı
görə biləcəyi
yerdə icra edilir. Sadə fəndlər bütövlükdə,
mürəkkəb fəndlər
isə hissə-hissə
məşq etdirilir.
Sıra
fəndlərinin və
hərəkətlərinin şagirdlər tərəfindən
icrasını aşağıdakı
ardıcıllıqla təşkil
edirik:
- Öyrənilən
fəndin və ya hərəkətin nümunəvi şəkildə
icrası;
- Göstərilən
fəndin və ya hərəkətin şagirdlər tərəfindən
qrup və ya fərdi şəkildə
yerinə yetirilməsi;
- Fəndin cəld və dəqiq məşqi;
- Hər bir şagirdin fəndi yerinə yetirməsini yoxlamaq.
Fəndlərin yerinə yetirilməsi məşqləri şagirdlərin
dərk edərək təkrar etməsindən,
bacarıq və vərdişlərinin artmasından
ibarətdir. İlk vaxtlar məşqlər
zəif, sonra isə tədricən
normal tempdə davam etdirilir. Şagirdlər bir-birinə növbə
ilə komanda verərək cüt-cüt
də məşq edə bilərlər.
Səhvlər məşqin gedişində
aradan qaldırılır.
Bu zaman fəndlərin
nizamnaməyə uyğun
yerinə yetirilməsinə
ciddi fikir verilməlidir.
Nöqsanlar fərdi qaydada bildirilir. Fəndi yerinə
yetirərkən səhv
edən şagirdi
kənara çağrıraraq
nöqsanı izah etmək və hərəkəti təkrar
etməyə həvəsləndirmək
lazımdır. Əgər şagird yenidən səhv edərsə, məşqin
müəllimi pedaqoji
ustalıqla
bir daha izah etməli və fəndin düzgün terinə yetirilməsinə tam nail olmalıdır.
İstənilən nəticələrə
nail olunması üçün
təcrübədə əsas iki üsuldan istifadə olunur:
1. Cəzalandırma üsulu
- bu üsulun tətbiqinin əsas xüsusiyyəti nəticələrin
tez bir vaxtda
əldə olunmasıdır.
Lakin bu zaman öyrədənlə
öyrənənlər arasındakı
qarşılıqlı münasibətlər
pozulur, mənəvi bağlılıq
itir.
2. Rəğbətləndirmə üsulu
- bu üsulun tətbiqi ilə nəticələr gec alınsa da, öyrədənlə öyrənənlər
arasında müsbət
münasibətlər formalaşdırır,
qarşılıqlı dostluq
yaranır və mənəvi bağlılıq
güclənir.
Şagirdlərin mənimsəmə səviyyəsini
təyin etmək üçün müəllim
məşqlər zamanı
mütəmadı olaraq
öyrənilən fəndin
və ya hərəkətin texniki cəhətdən və yerinə yetirilmə cəldliyinə görə
komanda ilə icrasını yoxlayır.
Rəhbər, sıra
fəndlərinin və
hərəkətlərinin yerinə yetirilməsi zamanı
yol verilən xarakterik nöqsanları dəqiq bilməli və vaxtında xəbərdarlıq etməlidir.
Hər bir məşq, əvvəlki məşqlərlə
əlaqəli olub, fənd və hərəkətlərin kompleks
şəkildə öyrənilməsini
təmin edir və “Sıra təliminin əsasları”
bölməsinə uyğun
olaraq vərdişləri
möhkəmləndirir.
Məktəblərdə sıra təliminin son məqsədi məktəblilərin
əqli yaradıcılığa
və hərəkət
aktivliyinə, həmçinin
komanda ruhuna nail olması kimi təyin olunur. Pedaqoq və
şagirdlərin qarşılıqlı
anlaşması sıra
təlimi zamanı tapşırıqların dəqiq
yerinə yetirilməsinə
və qarşıya qoyulan hədəflərə
çatmasına səbəb
olur. Sıra təliminin vacibliyini
vurğulayarkən, məktəblilərin
motivasiya olunmasını,
sağlam həyat tərzinə üstünlük
vermələrini və
vətənpərvərlik hisslərinin artmasını
hökmən qeyd etmək lazımdır.
Ümumtəhsil məktəblərində nəzərdə
tutulan sıra təlimi gənclərin çağırışaqədərki hazırlığının bir
mərhələsidir ki,
bu da gənc
əsgərin hazırlıq
kursunun baza hissəsini təşkil edir. Çağırışaqədərki hazırlıq proqramını
mənimsəmiş gənclərin
orduda hazırlıq prosesi asan və
sonrakı xidməti isə daha uğurlu
olur.
Vasif RAMAZANOV,
Sumqayıt şəhəri internat
tipli gimnaziyanın
GÇH rəhbəri
Azərbaycan müəllimi.-
2018.- 21 dekabr.- S.12.