“Bu gün isə
daha çox xoşbəxtəm”
26 noyabr
1993-cü il tarixində Sumqayıtda anadan olub. 2001-2010-cu
illərdə Bakı şəhəri Suraxanı
rayonundakı 275 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci
ildə 4 nömrəli Bakı Peşə liseyinin
“Mühasib - fərdi kompüter”
fakültəsinə daxil olub.
Lisey təhsilini başa vurduqdan sonra “1 C” proqramı üzrə kurs bitirib. “Pink accessories”da satış məsləhətçisi
və kassir köməkçisi işləyib.
“ƏSA” Teatrına
müraciətindən sonra
onu aktrisa olaraq teatra işləməyə
qəbul edib və bu sənətin
dərinliyini öyrədiblər. 2017 -ci ilin mart ayından etibarən “ƏSA” Teatrında
aktrisa olaraq fəaliyyət göstərir.
Teatrın “Yuxum” tamaşasında
rol alıb. III qrup anadangəlmə
fiziki məhdudiyyətlidir.
- “ƏSA” Teatrı
ilə ilk dəfə
çalışmağa başladığım
zaman bu, mənim üçün sadəcə bir zövq idi. Çünki ilk dəfə birgə
çalışdığım kollektiv
məni qüsurlu olaraq
görmür, bu isə
mənim üçün böyük
xoşbəxtlik idi. Məqsədimiz
o idi ki,
insanlar bizim də onlardan biri olduğumuzu,
məhdudiyyətlərimizin bizi onlardan əskik etmədiyini, bizim
də arzularımızın, istəklərimizin olduğunu görmələridir. Buna görə də “ƏSA” Teatrını ərsəyə
gətirən şəxslərə təşəkkür
edirəm. “ƏSA” Teatrı bizə yeni həyat
bəxş etdi. Bu gün isə daha da çox xoşbəxtəm.
Möhtərəm Prezidentimizin
gənclər günü ilə
bağlı mükafatlandırdığı namizədlərin
arasında olmaq mənə çox böyük qürur və ümid
hissləri yaşatdı. Artıq inanıram ki,
məhdudiyyətlərimiz deyil, bizim də əməyimiz, səylərimiz göz önündədir. Bu sevinci bizə, bizim timsalımızda gənclərə bəxş
edən, öz qayğısını
üzərimizdən əskik etməyən cənab Prezidentimizə
dərin minnətdarlığımı bildirirəm.
Gülnar ƏLFİDATLI,
“ƏSA” Teatrının aktrisası
Azərbaycan
müəllimi.- 2018.- 9 fevral.- S.5.