Kitabxana günü”ndə məktəblilərin mütaliə maraqları artıb

 

Balakən rayonu Hənifə kənd tam orta məktəbində “Kitabxana günü” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdlər arasında mütaliəyə marağın artırılması və oxu vərdişlərinin inkişaf etdirilməsi olub.

Çıxış edənlər tədbirin tərbiyəvi əhəmiyyətindən söz açıb, kitabın xalqların milli dəyərlərini, milli mənəviyyatını gələcək nəsillərə çatdırmaq üçün çox gözəl vasitə olduğunu vurğulayıblar.

Sonra şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiyanı nümayiş etdiriblər.

 

Vüsalə BƏDƏLOVA,

Balakən Rayon Təhsil Şöbəsinin

ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 

Azərbaycan müəllimi.- 2018.- 9 fevral.- S.5.