“Fəaliyyətimi yüksək dəyərləndirdiyinə görə Prezidentimizə təşəkkür edirəm

 

 

9 fevral 1988-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olub. 2005-ci ildə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyi bitirib və elə həmin ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika kompüter texnikası” fakültəsinin “İnformasiya texnologiyaları” ixtisası üzrə bakalavr pilləsinə qəbul olub, Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə seçilib. 2009-2014-cü illərdə keçirilmiş bələdiyyə seçkilərində Lənkəran rayonu Şağlaküçə kənd bələdiyyəsinin üzvü, 2009-cu ildə “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzində Beynəlxalq əlaqələr üzrə koordinatoru, 2012-ci ildə Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri seçilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən 2007-ci ildə “Yaxşıların yaxşısı” mükafatına layiq görülüb. 2009-cu ildə Azərbaycanın bütün regionlarını və 50 min nəfəri əhatə edən “İT Akademiya” layihəsinin koordinatoru olaraq 30-a yaxın rayonda əhalinin maarifləndirilməsində iştirak edib. 2010-2011-ci illərdə MDB PAA DİMBİ Bakı filialında məsləhətçi vəzifəsində çalışıb. 2010-cu ildə Belarusda prezident, 2011-ci ildə Rusiyada parlament, 2012-ci ildə prezident seçkilərini beynəlxalq müşahidəçi qismində müşahidə edib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin İdman könüllüləri şöbəsində menecer olaraq fəaliyyət göstərib, 20 idman növü üzrə könüllülərin hazırlanmasında iştirak edib. Hazırda İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin direktoru vəzifəsində çalışır.

- İlk olaraq ölkə başçısı cənab İlham Əliyevə biz gənclərə göstərdiyi daimi diqqət və qayğıya görə təşəkkürümü bildirmək istərdim. Məhz ölkə başçısının həyata keçirdiyi gənclər siyasəti, biz gənclər üçün yaratdığı imkanlar hər bir Azərbaycan gəncinin təhsil, mədəniyyət, idman və ictimai fəaliyyətdə öz bacarığını nümayiş etdirməsinə səbəb olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən gənclər siyasəti öz unikallığı və şaxəliliyi ilə digər dövlətlər tərəfindən öyrənilir və nümunə göstərilir. Azərbaycan bəlkə də yeganə ölkədir ki, gənclərlə bağlı müxtəlif əmr, fərman və sərəncamlar imzalanır, müxtəlif sahələri əhatə edən ardıcıl Dövlət Proqramları həyata keçirilir. Fəaliyyətimi yüksək səviyyədə dəyərləndirdiyinə görə cənab Prezidentimizə təşəkkür edir və bütün gəncləri ölkə başçısı cənab İlham Əliyevin ətrafında birləşərək Azərbaycanın gələcəyi üçün çalışmağa çağırıram.

 

”Xaqani FƏRƏCOV,

İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları

Uşaq-Gənclər Gimnastika Məktəbinin direktoru

 

Azərbaycan müəllimi.- 2018.- 9 fevral.- S.5.