Hər zaman Azərbaycanın adını dünyaya tanıdacağam

 

2002-ci il noyabrın 17-də Quba şəhərində ziyalı ailəsində anadan olub. VI sinfə kimi Quba şəhər A.Məmmədov adına 2 nömrəli təbiət-təmayüllü məktəbdə təhsil alıb, daha sonra 2015-ci ildəİstəkliseylərinə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək 100% təqaüdlə liseydə təhsil almaq hüququ qazanıb.

Hazırda Gənclikİstəkliseyinin IX sinif şagirdidir. Təhsil aldığı liseydə yüksək nəticələrlə fərqlənir, liseyin ictimai-mədəni həyatında ədəbi-bədii tədbirlərdə fəal iştirak edir. İctimai aktivliyi yüksəkdir. Liderlik keyfiyyətlərinə təşəbbüs göstərmək qabiliyyətinə malikdir. Ən çox sevdiyi dərslər riyaziyyat, fizika, kimya ingilis dilidir.

2015-ci ildə Azərbaycanda keçirilən riyaziyyat müsabiqəsində respublika üzrə 3-cü yerə layiq görülüb. Hazırda dünya riyaziyyat olimpiada dərslərində iştirak edir. Reyhan I “İstək Model UN” II “Milli Model UN” konfranslarında aktiv iştirak edib fərqləndirici sertifikatlarla təltif olunub. 2017-ci ilin aprel-avqust ayları çərçivəsində “Social İnnovation Lab”in rəsmi təşkilatçılığı ilə keçirilənClimateLaunchpad” startup akselerator proqramında öz layihəsiRainergyilə iştirak edib, komanda mentorları (Cəsur Həsənov, Leyla Tağızadə, Asif İbrahimov) ilə layihənin üzərində işləyib. Daha sonra Avropanın ən böyük yaşıl biznes ideya müsabiqəsi olanClimatelaunchpad”in avqust ayının 5-də keçirilən Azərbaycan finalındaTamaşaçıların ən sevimli startupımükafatını qazanıb.

Ən böyük uğurlarından biri Qlobal Sahibkarlıq Sammitində olub. ABŞ hökumətinin hər il keçirdiyi Qlobal Sahibkarlıq Sammitinin bütün seçim mərhələlərini uğurla keçərək Hindistanda baş tutan Qlobal Sahibkarlıq Sammitində iştirak etmək üçün təqaüdə layiq görülüb həmin sammitdə Azərbaycanı uğurla təmsil edib. Reyhan onun layihəsi Qlobal Sahibkarlıq Sammitində ABŞ prezidentinin baş müşaviri qızı İvanka Trampın da diqqətini cəlb edib o, azərbaycanlı gəncin uğurlarını yüksək qiymətləndirib.

- Yüksək mükafata layiq görülməyim münasibətilə Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevə, Gənclər İdman Nazirliyinə, Təhsil Nazirliyinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün mən ən gözəl günlərimdən birini yaşadım. Həmçinin bütün bu uğurları qazanmaqda dəstəyini, köməyini əsirgəməyən hər kəsə, başda ailəm olmaqla, “İstəkliseyinə bütün müəllimələrimə, çox dəyərli mentorlarım Cəsur Həsənov, Leyla Tağızadə Asif İbrahimova təşəkkür edirəm. Ən önəmlisi mənə inanan, güvənən, dəstək olan Azərbaycan xalqına təşəkkür edirəm hər zaman çalışacağam ki, sizlərin etimadını doğruldum. Harada olursam-olum, heç vaxt bir azərbaycanlı olduğumu unutmayacaq hər zaman Azərbaycanın adını dünyaya tanıdacağam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!

 

 

Reyhan CAMALOVA,

Gənclikİstəkliseyinin 9-cu sinif şagirdi

 

Azərbaycan müəllimi.- 2018.- 9 fevral.- S.5.