“Bizim
gənclər sözün
həqiqi mənasında
çox xoşbəxtdir”
1992-ci il
martın 8-də Naxçıvan
MR Babək rayonu Kərimbəyli kəndində
anadan olub. 1998-ci ilin sentyabrında
Kərimbəyli kənd
tam orta məktəbinin
birinci sinfinə daxil olub. 1999-2006-cı illərdə Babək rayon Uşaq musiqi məktəbində
“Fortepiano” ixtisası üzrə
musiqi təhsili də alıb. 2009-cu ildə orta
məktəbi fərqlənmə
attestatı ilə bitirib. Elə həmin il
qəbul imtahanlarında
660 bal toplayaraq NDU-nun “Fizika-riyaziyyat”
fakültəsinin “Riyaziyyat
və informatika müəllimliyi” ixtisasına
qəbul olunub. Universitetin ilk Prezident təqaüdçüsü, 2012-ci ildə isə “Azercell”in “Tələbə
təqaüdü proqramı”nın qaliblərindən
olub. 2013-cü ildə bakalavr təhsilini fərqlənmə
diplomu ilə bitirib. 2013-cü ildə
117 bal toplayaraq NDU-nun magistratura şöbəsinin
“İnformatika” ixtisasına
qəbul olub. 2015-ci ildə magistr
təhsilini fərqlənmə
diplomu ilə bitirib. 2009-2015-ci illərdə informatika fənni üzrə keçirilən həm ölkədaxili, həm də beynəlxalq olimpiadalarda uğurla iştirak edib. 2015-ci ilin sentyabrından
NDU-nun “İnformatika” kafedrasında
müəllim vəzifəsində
çalışır. 2016-cı ildən NDU-da “Sistemli analiz,
idarəetmə və
informasiyanın işlənməsi”
ixtisası üzrə
doktorantura təhsili alır. 5 elmi
məqalə, 1 tezisin
müəllifidir. 2017-ci
ilin oktyabrından NDU Tələbə Gənclər
Təşkilatının sədri
vəzifəsini icra edir.
- İndiyə
qədər müxtəlif
səviyyəli mükafatlarım
olub. Amma ən böyük
mükafatım möhtərəm
Prezidentimizdən olub.
Qeyd edim ki, artıq
bu, ikinci dəfədir. Bu məni çox sevindirir, qürurlandırır
və ən əsası mənə böyük stimul verir. Çox az-az ölkələr
tapılar ki, dövlət tərəfindən
gəncliyə bu qədər qayğı, diqqət göstərilsin.
Bizim gənclər sözün
həqiqi mənasında
çox xoşbəxtdir.
Bütün Azərbaycan gəncləri
adından möhtərəm
Prezidentimiz İlham Heydər oğlu Əliyevə dərin minnətdarlığımı bildirirəm. Prezidentimizə cansağlığı, atdığı
bütün addımlarda
uğurlar arzulayıram.Mən
isə öz növbəmdə həm elmi, həm də ictimai fəaliyyətimi bütünlüklə
ölkəmə həsr
edirəm və edəcəyəm. Son nəfəsimə qədər
etdiyim hər işin başında canım Azərbaycanım,
onun çiçəklənməsi,
inkişaf etməsi duracaq.
Zümrüd SƏFƏROVA,
Naxçıvan Dövlət
Universitetinin “İnformatika”
kafedrasının müəllimi
Azərbaycan müəllimi.-
2018.- 9 fevral.- S.5.