Zərərli dahi

 

Sosial şəbəkələr məktəblilərin sosial davranışına necə təsir göstərir?

 

İnternet insan fəaliyyətinin bütün sferalarını “işğal edib”. Həyatımızı bu resurs olmadan təsəvvür etməyimiz çox çətindir. Xəbərləri internetdən alırıq, bankkommunal xərclərimizi internet vasitəsilə ödəyirik, təyyarə biletlərimizi bu şəbəkənin köməkliyi ilə əldə edirik və... Və internetdə ünsiyyət qururuq. Günümüzün böyük hissəsi burada keçir.

İnternet hamımızı təsiri altında saxlayır. Ancaq yeniyetmələr üzərində olan ağırlığı daha böyükdür. Gənclərin hələ tam bərqərar olmamış psixikası kənardan yad müdaxilələrə qarşı çox ürkəkdir. Yeniyetmə bizə qulaq asmaya bilir, axı biz onu danlayırıq, düz yola dəvət edirik, əməyə, zəhmətə qatlanmasını istəyirik, oxumasını tələb edirik. İnternet isə uşaq nə istəyirsə, “icazə verir”. Bura yeniyetmələr üçün əsl cənnətdir!

İT texnologiyaların inkişafı sosial şəbəkələrin ildırım sürətilə həyatımıza müdaxilə etmələrinə yol açdı. Bu baxımdan, gənclər, xüsusilə də məktəblilərin sosial şəbəkələr ilə münasibəti olduqca aktual problemə çevrilib. İnternet, deməli, sosial şəbəkə hər yerdə var: evdə, əyləncə klubunda, küçədə, hətta məktəbdə - smartfon varsa, yetərlidir. Sosial şəbəkələr və bütövlükdə internetin hər birimizin sosial davranışına təsiri elə böyük miqyasdadır ki, dünya belə bir sualla üz-üzə qalıb: sosial şəbəkələrdə ünsiyyət yeniyetmələrin, məktəblilərin xeyrinədir, yaxud ziyanına. Bəribaşdan qeyd edək ki, mövqelər haçalanır. Bir qisim hesab edir ki, sosial şəbəkələrdən uşağın təhsili və tərbiyəsi prosesində istifadə etmək olar. Digər qrup isə bu qənaətdədir ki, istənilən halda internet hər növ neqativ informasiya məkanıdır: kriminal, zorakılıq və pornoqrafiyadan tutmuş, müharibə və müxtəlif növ ekstremizmədək.

 

İnternetdə məktəb illəri

 

Məktəb yaşlı uşaqların günlərinin böyük qismini kompüter qarşısında keçirmələri bizlər üçün artıq normaya çevrilib: burada onlar video-çarxlara baxır, oyunlar oynayır və təbii ki, ünsiyyət qururlar. Biz valideynlər bu reallıqla barışmalıyıq, yoxsa hər halda narahatlıq üçün ciddi səbəblər var?

Həkimlərin mövqeyi bəllidir: uşaqlar gün ərzində 1-2 saatdan artıq kompüter qarşısında oturmasınlar. Təbii ki, mütəxəssislərin məsləhətləri ilə heç kim mübahisə etmir. Ancaq bununla belə, “kaspersky.runun məlumatına əsasən, məktəblilərin əksəriyyəti həftə ərzində ən azı 25-30 saat kompüter qarşısında olurlar. Valideynlər uşaqlarının internetdəki onlayn-vaxtlarını nəzarətdə saxladıqlarını düşündükləri halda məktəblilərin əksəriyyətinin şəxsi virtual dünyaları mövcuddur.

Yadınızdadırsa, valideynlərimiz bizlərə televizor qarşısında çox oturmamağı tövsiyə edirbunu nəzarətdə saxlamağı bacarırdılar. İndi isə uşaqların virtual aləmdə neçə saat qaldıqlarını qeydə almaq faktiki olaraq mümkünsüz işə çevrilib: kompüteri söndürəcəksiniz, planşet işə düşəcək. Planşeti alacaqsınız, smartfon var!

Yeniyetmə dövrü onsuz da sadə deyil, bu yaşda olanlar ən xırda detallardan belə depressiyaya düşə, aqressivləşə bilərlər. Bu prosesdə neqativ xarakterli informasiya ilə bol olan internetsosial şəbəkələr əlavə katalizator rolunu oynayır.

Alimlər ciddi şəkildə yeniyetmələrin internetsosial şəbəkələrdən istifadələrinin ziyanlı tərəflərini araşdırıb ortaya çıxarmaq və öyrənməklə məşğuldurlar. Nəticələr isə ürəkaçan deyil. Şəbəkə autizmi barədə eşitmisiniz? Nəinki məktəblilər, kiçik körpələr arasında yayılıb. “Yoluxma” adətən oxşar ssenari ilə baş verir: ana körpə ağlamasın deyə, planşetdə bir cizgi filmi yükləyib uşağa verir. Uşaq da bu əyləncəyə öyrəşir. Nəticədə ətraf mühitə hər hansı bir reaksiyası olmayan körpəyə çevrilir. Həkimlərin dediklərinə görə, bu xəstəliyin müalicəsi olduqca çətindir, çünki söhbət yaşa dolmuş insandan deyil, kiçik uşaqdan gedir.

 

Mənfilər və müsbətlər

 

Yuxarıda qeyd etdiyimiz kimi, sosial şəbəkələrin uşaqların həyatına təsirinə dair qənaətlər haçalanır və əksər hallarda bizə yeniyetmələrin, məktəblilərin virtual aləmdəki mövcudluqlarına dair yalnız neqativ məlumatlar çatır. Yeri gəlmişkən, dünyanın bir çox ölkəsində sosial şəbəkələrdən uşaqların təhsil prosesində yararlanmağa dair müxtəlif layihələr həyata keçirilməyə başlanıb. Bu barədə daha ətraflı yazımızın sonrakı hissələrində. Hələliksə ümumiləşdirərək internetsosial şəbəkələrin uşaqlarımızın həyatında oynadıqları mənfi və müsbət rol barədə. Beləliklə, MƏNFİ təsirlər nədən ibarətdir?

1. Uşaqlar valideynlərindən uzaq düşürlər. Müxtəlif araşdırmalar göstərir ki, kompüter önündə çox vaxt keçirən yeniyetmələr valideynləri ilə emosional əlaqəni itiriruzaq düşürlər. Əksinə, valideynləri ilə daimi birbaşa ünsiyyətdə olan, ev işlərinə yardım edən uşaqların psixiki təsir və streslərə davamlılığı daha güclü olur.

2. Davranışlar xoşagəlməz məcraya yönəlir. Mütəxəssislərə görə, gün ərzində kompüter qarşısında mütəmadi olaraq 2-3 saat vaxt keçirən yeniyetmə neqativ davranışa, kriminal xarakterli hərəkətə, alkoqola daha meyilli olur. İnternet, unutmayaq ki, həm də etikadan kənar reklamın nəzarətsiz və sürətlə yayıldığı yeni məkandır.

3. Uşaqlar az hərəkət edirlər. Daim monitor qarşısında oturub az hərəkət etmə nəticəsində yeniyetmələrdə kökəlmə və piylənmə müşahidə oluna bilər. Fiziki fəallığın çatışmadığı bir şəraitdə artıq çəki yığmaq çətin məsələ deyil. İnternetin özündə də ziyanlı qida reklamı nə qədər istəsəniz. Bu, narahat yuxu, qıcıq, yorğunluqaqressiya deməkdir.

 

Sosial şəbəkələrin MÜSBƏT təsirləri isə bunlardır:

 

1. Uşaqlarda hadisələrə sürətli reaksiya inkişaf edir. Bir sıra araşdırmalar göstərir ki, internetdən çox istifadə edən uşaqlarda sürətli reaksiya, zəngin təxəyyül, yüksək konsentrasiyalı diqqət mövcuddur, onlar üçün çətin misalları həll etmək daha asan başa gəlir. Özüonlar problemin həllinə nail olmayanadək dayanmırlar.

2. Ünsiyyətçillik inkişaf edir. Bəziləri hesab edir ki, internet vasitəsilə ünsiyyət məktəblilərin həmyaşıdları ilə dostluq münasibətləri qurmalarına təkan verir. Onlar bir-birlərinə kömək edir, dəstək olurlar. Monitor qarşısında özlərini “cəsur” hiss edirlər. Söhbət əsas etibarilə oğlan uşaqlarından gedir. Elə yeniyetmələr var ki, real həyatda ünsiyyət qurmaqdan çəkinir, utanırlar. Virtual həyatda bu onlara daha asan başa gəlir. Şəbəkədə öz emosiyalarından yararlanan uşaqlar sabah bu təcrübədən real həyatda da istifadə edə bilərlər.

 

Valideynetsin?

 

Rusiyada fəaliyyət göstərən “İnternetin İnkişafı Fondunun mütəxəssisləri hesab edirlər ki, valideynlər övladlarına internetdən istifadəyə dair vaxt limiti qoymamalıdırlar. Bunun əvəzinə yaxşı olar ki, uşaqlara internetsosial şəbəkələrə daxil olmaq üçün istifadə etdikləri qurğulardan harada yararlanmaq olarya olmaz, bunu məsləhət görsünlər. Valideyn daim diqqətdə saxlamalıdır ki, uşağın virtual aləmdəki davranışı ilə real həyatdakı hərəkətləri arasında fərq var, ya yoxdur. Bu problem uşağın kompüter qarşısında keçirdiyi vaxt məsələsindən də vacibdir. Əgər yeniyetmə virtual ünsiyyət zamanı həmsöhbətini alçaldır, ona qarşı aqressiya nümayiş etdirirsə, təbii ki, bu, real həyatda da olacaq.

Yaxşı olar ki, valideyn övladının sosial şəbəkələrdəki həyatını bütün digər problemmövzular kimi müzakirə etsin. Uşağa sual verə bilərsiniz ki, internetdə ona qarşı kimsə kobudluq etdikdə nə hiss edib? Eyni hissləri onun kobudluq etdiyi həmyaşıdı da yaşaya bilər.

Google” şirkətinin verdiyi məlumata görə, uşaqların internetdən təhlükəsiz istifadələri üçün xüsusi bələdçi proqram hazırlanıb. Bu proqram vasitəsilə uşaqlar internetdən necə düzgün istifadə etməyi öyrənə bilərlər. Statistikaya görə, hər 10 yeniyetmədən 6-sı gün ərzində 2-3 saat kompüterin qarşısında olur. Bu baxımdan sözügedən proqramın əhəmiyyəti olduqca böyükdür.

 

Hansı təhlükələrdən sığortalanmamışıq?

 

İnternet mütəxəssisləri yeniyetmələrin sosial şəbəkələrdə aşağıdakı növ təhlükələrlə üz-üzə gələ biləcəklərini qeyd edirlər:

1. Virtual yeniyetmə terroru yaxudkiberbullinq”. Uşaqları sosial şəbəkələrin funksiyalarından düzgün yararlanmağa öyrətmək lazımdır. Profilin düzgün tərtib edilməsi, şəklin uğurla seçilməsi olduqca vacibdir. Eyni zamanda, tanımadıqları şəxslərin yazdıqlarına cavab vermək, spamlardan qorunmaq da ciddi amillərdir. Unutmaq olmaz ki, kiberbullinqə məruz qalmış uşaq ciddi psixoloji zədə ala bilər.

2. Manyaklar fırıldaqçılar. Yeniyetmə övladlarınızın internetdə kimlərlə ünsiyyət qurduğundan xəbərdar olmağa çalışın, bu barədə onunla müzakirələr aparın, sosial şəbəkədə dostluq qurun. Bu yolla valideyn övladının kimlərlə ünsiyyətdə olması barədə ümumi mənzərəyə malik ola bilər. Uşağın virtual aləmdə tanış olduğu müəmmalı şəxslərlə real həyatda ünsiyyətə girməsini nəzarətdə saxlamaq lazımdır.

3. Psixiki zədələr. Uşağın açıq-saçıq məzmunlu saytlara baxmasının qarşısını almaqdan ötrü onun təhlükəsiz axtarış funksiyasından yararlanmasına köməklik edə bilərsiniz. Nəzərə almaq lazımdır ki, bu növ filtrlər təhlükələrdən 100%-lik sığorta anlamına gəlmir. Odur ki, kompüterin brauzerini yoxlaya, övladınızın daxil olduğu mənbələri nəzərdən keçirə bilərsiniz. Yeniyetmə valideyni üçün həm dost ola bilər, həm düşmən. Ona görə də valideyndən çox şey asılıdır.

 

(Ardı var)

 

Rüstəm QARAXANLI

 

Azərbaycan müəllimi.- 2018.- 2 fevral.- S.1; 5.