İnklüziv təhsil beynəlxalq konfransın gündəliyində

 

Hədəf sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təmin etməkdir

 

Dövlət başçısının 14 dekabr 2017-ci il tarixli sərəncamı ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub. Hədəf sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etmək, onların təhsili üçün maneəsiz mühit yaratmaq, nəticədə hazırda bütün dünyada aktual olan inklüziv təhsil vasitəsi ilə cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Qeyd edək ki, hələ sözügedən proqramın qəbulundan əvvəl ölkədə bu işə başlanıb. 2017-2018-ci tədris ilindən 8 rayonda xüsusi təhsil sinifləri yaradılıb. Əsasən intellektual məhdudiyyəti olan 50-yə yaxın uşaq bu siniflərə cəlb olunubbu işin ildən-ilə genişləndirilməsi nəzərdə tutulub.

Lakin sağlamlıq imkanları məhdud uşaqların öz sağlam həmyaşıdları ilə birgə təhsil alması işin bir tərəfidir. Bundan heçaz əhəmiyyət kəsb etməyən digər bir məsələ isə həmin uşaqlarla istər ailədə, istərsə də məktəbdə zəruri reabilitasiya, korreksiya işlərinin aparılmasıdır. Bunun üçünsə belə uşaqlarla işləyənlər və onların valideynləri xüsusi psixoloji, pedaqoji biliklərə malik olmalıdırlar. Bu istiqamətdə maarifləndirmə işlərini özünün əsas hədəflərindən sayan Azərbaycan Respublikası Təhsil Şurasının nəzdində “Fidanpedaqoji-psixoloji mərkəzi müəllimlərə, valideynlərə kömək məqsədi ilə yanvarın 29-da Bakı Mühəndislik Universitetində “Məktəbdə inklüziv təhsilmövzusunda beynəlxalq elmi-praktik konfrans keçirib.

 

Nəsildən-nəslə ötürülən təcrübə azdır...

 

Konfransı Təhsil Şurasının sədri, professor Əjdər Ağayev açaraq mövzunun aktuallığını nəzərə çatdırıb. Hər kəs dünyaya gələn yeni nəslin sağlam olmasını istəsə də müxtəlif səbəblərdən xəstə uşaqların da doğulduğunu, eləcə də sonralar keçirdiyi xəstəlik üzündən bəzi uşaqların öz sağlamlığını qismən itirdiyini deyən təlim-tərbiyə mütəxəssisi belə uşaqlara yanaşmada təkcə nəsildən-nəslə ötürülən təcrübənin kifayət etmədiyini, bununla yanaşı çox ciddi psixoloji, fiziolojitibbi biliklər də tələb olunduğunu söyləyib. Bildirib ki, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə tədbirlərinin keçirilməsinə böyük ehtiyac var. Ə.Ağayev bu baxımdan Təhsil Şurasının təklifi ilə qısa müddətdə təşkil olunmuş konfransın faydalı olacağına əminliyini ifadə edib.

 

İnklüziv təhsil üzrə pilot layihə

 

Sonra Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Həbib Kərimov təhsilə, əlilliyi olan vətəndaşlara dövlət qayğısından söz açıb, son illər Təhsil Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv təhsilin təşkili sahəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə məlumat verib.

Bildirib ki, 2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisələrində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə ölkədə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Almaniyanın təcrübəsi öyrənilib. Pilot layihədə əsas məqsəd inklüziv təhsilin tətbiqi ilə bağlı Azərbaycan modelini yaratmaqdır. Bu model əsasında inklüziv təhsilin ölkənin digər məktəblərində tətbiq olunması hədəfə alınıb.

Yeni modelə əsasən əvvəllər sağlamlıq imkanları məhdud uşaqlarla işləyən köməkçi müəllimlərin xüsusi təhsil üzrə mütəxəssislərlə əvəz olunması nəzərdə tutulub. Xüsusi təhsil üzrə mütəxəssis tərəfindən beynəlxalq təcrübədə qəbul olunmuş testlər vasitəsilə sağlamlıq imkanları məhdud uşaqların təhsil imkanlarının səviyyəsi öyrənilir və bunun əsasında onların fərdi inkişaf planı hazırlanır. Bu mütəxəssislər həmçinin sinif müəllimləri ilə birgə həmin uşaqların inkişafı üçün müvafiq tədbirlər həyata keçirir, reabilitasiya işləri aparırlar. Bu məqsədlə məktəblərdə inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş otaqlar müxtəlif inkişafetdirici alətlərlə təchiz olunub.

 

Autizm, əlamətləri, diaqnostikası

 

Fidanpedaqoji-psixoloji mərkəzinin rəhbəri İlhamə Rəsulova konfransda iştirak edən xarici mütəxəssisləri təqdim etdikdən sonra Gürcüstan Respublikası, “Neurodevelopment Centerdispanserinin psixiatrı Tamar BazqadzePsixo-fizioloji imkanları məhdud olan uşaqların diaqnostika metodları” mövzusunda məruzə edib. Məruzəsini əsasən müasir dövrdə daha populyar olan autizmautistik spektrin pozuntuları mövzusu üzərində quran T.Bazqadze öncə autizm, onun əlamət və simptomları haqqında məlumat verib. Bildirib ki, baş beynin erkən inkişaf mərhələsində pozulması nəticəsində yaranan autizm uşağın sosial əlaqə və kommunikasiya qabiliyyətlərinin çatışmazlığı, eləcə də maraq məhdudluğu, təkrarlanan hərəkətlərlə xarakterizə olunur. Qeyd olunan əlamətlər, adətən, 3 yaşa qədər olan müddətdə özünü büruzə verir. Daha yüngül formalı əlamət və simptomlar isə autistik spektrin pozulmasına aid edilir. Autizm vəziyyəti ilə assosiativ olan əlamətlərə əqli gerilik, motor koordinasiyasının pozulması, diqqətin çatışmazlığı, hiperaktivlik, davranışın pozulması və s. daxildir.

Məruzəçi sözügedən xəstəliyin yayılması ilə bağlı Amerikada aparılan tədqiqatların bəzi nəticələrini açıqlayaraq bildirib ki, hər 68 uşaqdan 1-də autistik spektr pozuntusu inkişaf edir. Son 40 ildə xəstəliyin başvermə tezliyi 40 dəfə artıb ki, bu da diaqnostikanın inkişafı ilə izah olunur. Autizmin əmələgəlmə tezliyi oğlanlar arasında qızlara nisbətən 5 dəfə artıqdır. Belə ki, bu xəstəliyin əlamətləri oğlanların hər 42 nəfərindən, qızlarda isə hər 189 nəfərdən birində özünü göstərir.

T.Bazqadze xəstəliyi yaradan səbəblərdən də danışıb. Onun sözlərinə görə, çoxsaylı tədqiqatlar nəticəsində autizmin inkişafının vahid səbəbi müəyyən edilməsə də onun əmələ gəlməsində bir sıra genetik mütasiyaların rolu olduğu qeyd edilir. Digər faktorlara gəldikdə isə onların təsir mexanizmi beynin erkən inkişaf mərhələsində risk-genlərin və ətraf mühit faktorlarının qarşılıqlı təsirinin nəticəsində meydana çıxır.

Mütəxəssisin fikrincə, ananın hamiləlik dövründə keçirdiyi kəskin xəstəliklər, ağır və patoloji doğumlar, vaxtından tez doğum, hamilə qadınlara ekoloji faktorların, kimyəvi elementlərin, ağır metal duzlarının təsiri xəstəliyin yaranmasında perinital faktorlar kimi iştirak edir. Eyni zamanda valideynlərin yaşı (ananın yeniyetmə, atanın yaşlı olması, valideynlər arasında yaş fərqinin çoxluğu), hormonal dəyişikliklər, baş beynin inkişaf xüsusiyyətləri (sağ yarımkürənin sol yarımkürəyə nisbətən yaxşı inkişaf etməsi), zülal çatışmazlığı xəstəliyi əmələ gətirən faktorlar hesab edilir.

Məruzəçi daha sonra 1, 2, 3, 4 yaşlarında uşaqların normal sosial-psixi inkişafını xarakterizə edən əlamətlər haqqında dinləyicilərə məlumat verib, autizmin simptomları ilə bağlı biliklərini paylaşıb, onları qısa diaqnostik testlərlə tanış edib.

 

Korreksiya metodları

 

Bakı şəhər psixo-sosial reabilitasiyainkişaf mərkəzinin psixoloqu Fuad Bayramovun “Azərbaycanda psixo-fizioloji imkanları məhdud olan uşaqların korreksiya metodları” mövzusundakı məruzəsini də konfrans iştirakçıları maraqla qarşılayıb. F.Bayramov bildirib ki, psixo-fizioloji imkanları məhdud olan uşaqlar arasında ən çox təsadüf edilən xəstəliklər rett sindromu, asperger, daunautizm xəstəlikləridir. Rett sindromu əllərin məqsədyönlü istifadəsinin itirilməsi, fərqli əl hərəkətləri, beyin yavaşlanması və baş böyüməsi, yerimə pozuntuları ilə xarakterizə olunur.

Onun bildirdiyinə görə, rett sindromunda beynin idrak, sensor, emosional, motor funksiyalarının fəaliyyətinə mənfi təsir göstərən amillər öyrənmə, danışıq, sensor duyğular, əhval, hərəkət, nəfəs, ürək funksiyası, çeynəmə, udma və həzmetmə prosesində problemin yaranmasına gətirib çıxarır. Rett sindromunun klassikatipik kimi iki növünün olduğunu deyən məruzəçi onların mütəxəssislər tərəfindən müəyyənləşdirilmiş 3 diaqnoz kriteriyası ilə konfrans iştirakçılarını tanış edib. Bildirib ki, həmin kriteriyalara məqsədli əl hərəkətlərinin, qazanılmış nitqin qismən və yaxud tamamilə itirilməsi, tipik əl hərəkətlərinin (əlləri qıvırma, sıxma, bir-birinə vurmas. kimi) bəsit funksiyalarının, tarazlığın itirilməsi daxildir.

Mütəxəssis habelə rett sindromunun klinik irəliləmə mərhələləri, bu mərhələlərdə özünü göstərən əlamətlər haqqında məlumat veribbildirib ki, xəstə izlənimində ilk mərhələ diaqnozun qoyulmasıdır. Bundan sonra ailə sindrom haqqında ətraflı məlumatlandırılmalı və mümkün risklər izah olunmalıdır.

Psixoloq F.Bayramov konfrans iştirakçılarını rett sindromlu xəstələrlə aparılan müalicə formaları haqqında da məlumatlandırıb. Onun məsləhətinə görə, belə uşaqlar gün ərzində 6 dəfə qidalanmalı, gündəlik qidalanma rasionu yüksək kalorili olmalı, qida rasionuna D, B, C vitaminləri və kalsium əlavə olunmalıdır.

Mütəxəssisin fikrincə, yaxşı müalicə və düzgün qulluq bu uşaqların ömrünü uzadaonlar normal insanlar kimi yaşaya bilərlər.

Məruzəçi daha sonra autizm qrupunun bir növü olan və hər şeyə təsir göstərən inkişaf pozuntusu hesab olunan asperger sindromu haqqında məlumat verib. Bildirib ki, üçlü pozuntu adlandırılan bu sindrom nəticəsində xəstələr ictimai münasibətlərdə, ünsiyyətdə və təxəyyüldə çətinliklərlə qarşılaşırlar. Bu sindromun səbəbləri kimi ekoloji faktorlar, beyin zədələnmələri, çətin doğuş qeyd olunur.

F.Bayramov təqdimatında daunautizm sindromları, onların müəyyənləşdirilməsi tarixləri, diaqnostikası, əlamətləri, aparılmalı olan müalicə formaları haqqında da söz açıb, dinləyicilərin suallarını cavablandırıb.

Konfransda habelə Gürcüstandan gəlmiş psixoloq Nino Okrosaşvili bu ölkədə psixo-fizioloji imkanları məhdud uşaqların korreksiya metodları haqqında təqdimat edib, “Oratiopsixolojinitq inkişafı mərkəzinin defektoloq-loqopedi Pərvin Quliyevanın ölkəmizdə inklüziv məktəblərin və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təlim mühitinin yaradılması istiqamətləri mövzusunda çıxışı dinlənilib. Beynəlxalq elmi-praktik konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2018.- 2 fevral.- S.4.