İstedadların
Rəqabətə Davamlılığının Qlobal
İndeksi
Azərbaycan
dünyanın 119 ölkəsi arasında 57-ci yerdədir
Davosda keçirilmiş Dünya İqtisadi Forumu təhsil
sahəsində də dünya ölkələri
üçün mühüm əhəmiyyət
daşıyan hədəflərin müəyyən
olunması baxımından maraq doğurur. Hər il olduğu
kimi, bu il də Forum dünyanın gələcək siyasi,
iqtisadi mənzərəsinə dair aktual sessiyaları ilə
yanaşı, həm də təsillə bağlı
hesabatları ilə yadda qaldı.
Forum çərçivəsində dünya ölkələrinin
təhsil sistemlərinin müqayisəli təhlilinə həsr
olunmuş İstedadların Rəqabətə
Davamlılığının 2018-ci il Qlobal İndeksi (Global
Talent Competitiveness Index- GTCI) adlı məruzə
açıqlanıb. İlk dəfə 2013-cü ildə dərc olunmuş Qlobal İndeksin əsas hədəfi ölkələrin istedadların cəlb edilməsi və inkişafına sərf etdiyi resursların və səylərin qiymətləndirilməsidir. Məruzədən aydın olur ki, hansı
ölkələr ən istedadlı mütəxəssislərin cəlb edilməsi
üçün ən əlverişli şəraiti yaradır. İndeks
ölkələrə texniki sahələrdə vərdişlərə sahib olan istedadları cəlb etməyə, onları ölkədə saxlamağa və inkişaf etdirməyə imkan verən siyasət və təcrübəni, həmçinin innovasiyalarla bağlı olan sahibkarlıq və liderlik vərdişlərini, insan kapitalının keyfiyyətini qiymətləndirir. Tədqiqatda texnoloji dəyişikliklərin rəqabətə davamlılığa təsirinə baxılır və qeyd olunur ki, maşınların bütün səviyyələrdə iş yerlərini sıxışdırması tendensiyasına baxmayaraq, texnologiyalar həmçinin yeni imkanlar yaradır. Əsas bacarıqlar, hansılar ki, müvəffəqiyyətin açarıdır, bu, həm yeni texnologiyalarla, həm də insanlarla işləmək bacarığı,
çeviklik və əməkdaşlıqdır. Ümumi “istedadların indeksi” altı meyar əsasında hesablanır. Analitiklər ölkələrdən hər birində əmək bazarında mövcud normativ şəraiti; karyeranın artması
üçün şansları; işəgötürənlər tərəfindən bütün dünya ölkələrindən istedadların cəlb olunması imkanlarını; peşəkar işçi heyətin saxlanması qabiliyyətini; əməkdaşların istehsal vərdişlərini və qlobal biliklərini (təhsilin səviyyəsi innovasiya istehsalı və innovativ sahibkarlıq fəallığı
üçün nə dərəcədə kifayətdir) qiymətləndiriblər.
Fransanın biznes-məktəbi INSEAD, “Tata Communications” telekommunikasiya şirkəti və HR-qərarlarının həlli üzrə dünyanın ən böyük şirkəti olan “Adecco Group” tərəfindən tərtib edilən İstedadların Rəqabətə Davamlılığının 2018-ci il Qlobal İndeks cədvəlinə
İsveçrə başçılıq edir. İsveçrə əvvəlki kimi istedadların rəqabətə davamlılığının səviyyəsinə görə sıralamaya liderlik edir, onu siyahıda Sinqapur və ABŞ təqib edir. İlk “5” likdə Norveç və
İsveç də yer alıb. Finlandiya əvvəlki illə müqayisədə
öz nəticələrini
üç mövqe yaxşılaşdıraraq 6-cı sırada yer ala bilib. Reytinqin yüksək sıralarında qərar tutmuş
ölkələrə yaxşı
inkişaf etmiş təhsil sistemi, çevik nizamasalma və əlverişli biznes-landşaftı, personalın sosial müdafiəsi, daxili və xarici aşkarlıq xasdır.
Global Talent Competitiveness Index-in təqdimatı mərasimində xüsusi məruzəçi kimi
çıxış
edən Helsinki şəhərinin təhsil və tərbiyə məsələləri üzrə vitse-burqomistri Pia Pakarinen qeyd edib: “Mən şadam ki, cazibədarlığın səviyyəsinin müqayisəsi əsasında bizim məktəb sistemimiz ən yüksək dünya səviyyəsindədir. Təhsil,
sosial mobillik və bərabərlik Finlandiya brendinin
güclü tərəfləridir”.
Bütövlükdə,
Avropa ölkələri GTCI reytinqində üstün
mövqedədirlər. Builki nəşr həmçinin
göstərib ki, siyahının ilk 10-luğunda olan ölkələri
bir neçə başlıca ümumi xüsusiyyət və
bir ciddi cəhət birləşdirir: onların hamısı
inkişaf etmiş yaxşı təhsil sisteminə malikdirlər,
müasir əmək bazarı şəraitində işə
düzəlmə üçün lazım olan sosial bacarıqlar
və kommunikasiya vərdişləri təqdim edirlər.
Reytinqin nəticələrinə əsasən bugünkü
reallıq üçün bir neçə nəticə
çıxarmaq olar: məhz kadrların rəqabətə
davamlılığı sosial mühitdən və
iqtisadiyyatdan ayrı mövcud deyil. Ayrıca
götürülmüş hər hansı bir ölkədə
ümumdaxili məhsulun həcmi və texnologiyaların
inkişaf səviyyəsi nə qədər yüksəkdirsə,
təhsilin və tibbin keyfiyyəti də daha
yaxşıdır. Bu isə daim xaricdən ölkəyə
“beyin axını”nın artımına
aparır. Həmçinin etnik müxtəliflik və gender
hüquq bərabərliyi də istedadların cəlb edilməsində
böyük rol oynayır. Gələcəkdə
insanların eyni zamanda, bir neçə işəgötürənlə
işləməsi istisna olunmur, buna görə də istedadlar
bazarında rəqabətə davamlı qalmaq
üçün bir çox ölkələrə daha
çox sayda şirkət cəlb etmək lazım olacaq.
Qeyd
edək ki, builki tədqiqatda 119 ölkənin uğurları
müqayisə edilir. Qlobal indeksdə ölkəmiz
də uğurla təmsil olunur. Yüksək gəlirli
ölkələr qrupunda yer alan Azərbaycan
43.63 balla 57-ci yerdədir. Ölkəmiz istedadların rəqabətlilik
qlobal indeksinə əsasən Türkiyə, İran İslam
Respublikası, Rumıniya, Ukrayna, Serbiya, Meksika, Braziliya,
Hindistan, Moldova və Cənubi Qafqazın digər ölkələrini
geridə qoyub.
Qeyd edək ki, Azərbaycan
həm də Dünya İqtisadi Forumunun nüfuzlu indeksi
sayılan “İnklüziv İnkişaf İndeksi 2018”də
inkişaf etməkdə olan ölkələr sırasında
üçüncü, MDB məkanında isə birinci yerdə
qərarlaşıb. 2017-2018-ci illər üzrə
rəqabətqabiliyyətlilik reytinqində isə 137 ölkə
arasında kifayət qədər uğurlu sayılmalı olan
35-ci yeri tutub.
Tutduğu yer |
Ölkə |
Topladığı bal |
1. |
İsveçrə |
79.90 |
2. |
Sinqapur |
78.42 |
3. |
Amerika Birləşmiş Ştatları |
75.34 |
4. |
Norveç |
74.56 |
5. |
İsveç |
74.32 |
6. |
Finlandiya |
73.95 |
7. |
Danimarka |
73.79 |
8. |
Birləşmiş Krallıq |
73.11 |
9. |
Niderland |
72.56 |
10. |
Lüksemburq |
71.64 |
11. |
Avstraliya |
71.61 |
12. |
Yeni Zelandiya |
71.52 |
13. |
İrlandiya |
71.38 |
14. |
İslandiya |
70.48 |
15. |
Kanada |
69.63 |
16. |
Belçika |
69.56 |
17. |
Birləşmiş Ərəb Əmirlikləri |
68.88 |
18. |
Avstriya |
68.63 |
19. |
Almaniya |
67.77 |
20. |
Yaponiya |
62.63 |
21. |
Fransa |
62.61 |
22. |
Estoniya |
61.93 |
23. |
Qətər |
61.90 |
24. |
İsrail |
61.79 |
25. |
Çex Respublikası |
60.02 |
26. |
Malta |
58.77 |
27. |
Malayziya |
58.51 |
28. |
Sloveniya |
55.77 |
29. |
Portuqaliya |
55.75 |
30. |
Koreya Respublikası |
55.57 |
31. |
İspaniya |
54.91 |
32. |
Litva |
53.31 |
33. |
Çili |
52.95 |
34. |
Latviya |
52.27 |
35. |
Kosta-Rika |
51.38 |
36. |
İtaliya |
50.55 |
37. |
Kipr |
50.29 |
38. |
Bəhreyn |
50.16 |
39. |
Polşa |
50.06 |
40. |
Slovakiya |
50.02 |
41. |
Səudiyyə
Ərəbistanı |
49.61 |
42. |
Yunanıstan |
48.21 |
43. |
Çin |
48.01 |
44. |
Uruqvay |
47.67 |
45. |
Panama |
46.88 |
46. |
Mavrikiya |
46.79 |
47. |
Bolqarıstan |
45.72 |
48. |
Xorvatiya |
45.42 |
49. |
Argentina |
44.92 |
50. |
İordaniya |
44.70 |
51. |
Qazaxıstan |
44.44 |
52. |
Macarıstan |
44.25 |
53. |
Rusiya Federasiyası |
44.22 |
54. |
Filippin |
44.17 |
55. |
Trinidad və Tobaqo |
44.02 |
56. |
Oman |
43.93 |
57. |
Azərbaycan |
43.63 |
58. |
Monteneqro |
43.47 |
59. |
Makedoniya |
43.08 |
60. |
Livan |
41.91 |
61. |
Ukrayna |
41.50 |
62. |
Botsvana |
41.27 |
63. |
Cənubi Afrika Respublikası |
41.22 |
64. |
Rumıniya |
41.13 |
65. |
Küveyt |
40.85 |
66. |
Ermənistan |
40.76 |
67. |
Kolumbiya |
40.57 |
68. |
Türkiyə |
40.45 |
69. |
Serbiya |
40.05 |
70. |
Tailand |
39.96 |
71. |
Meksika |
39.08 |
72. |
Gürcüstan |
38.89 |
73. |
Braziliya |
38.86 |
74. |
Peru |
38.51 |
75. |
Monqolustan |
38.29 |
76. |
Ruanda |
38.07 |
77. |
İndoneziya |
38.04 |
78. |
Albaniya |
37.47 |
79. |
Dominikan
Respublikası |
37.25 |
80. |
Namibiya |
37.00 |
81. |
Hindistan |
36.78 |
82. |
Şri-Lanka |
36.75 |
83. |
Tunis |
36.40 |
84. |
Qvatemala |
36.18 |
85. |
Ekvador |
36.03 |
86. |
Moldova Respublikası |
35.78 |
87. |
Vyetnam |
35.55 |
88. |
Keniya |
34.87 |
89. |
Bosniya-Herseqovina |
34.15 |
90. |
Qana |
33.58 |
91. |
Butan |
33.54 |
92. |
Honduras |
33.26 |
93. |
Qırğızıstan |
33.20 |
94. |
İran İslam Respublikası |
32.57 |
95. |
Laos |
32.38 |
96. |
Qambiya |
32.00 |
97. |
Seneqal |
31.98 |
98. |
Mərakeş |
31.86 |
99. |
Paraqvay |
31.83 |
100. |
Salvador |
29.56 |
Oruc Mustafayev
Azərbaycan
müəllimi.- 2018.- 2 fevral.- S.9.