80 illik müəllim və alim ömrü

 

İbtidai  siniflərdə riyyaziyyatın tədrisi metodikası sahəsində ilkson elmlər doktoru

 

Bir əsrlik ənənəsi olan Azərbaycan Dövlət Pedaqoji Universiteti burada pedaqoji və elmi pedaqoji fəaliyyət göstərən ziyalılarımızın zəkası, nuru, işığı ilə müqəddəs məbədə, “alma mater”ə çevrilib. Ömrünü millətin təhsili, maarifimaarifçiliyi yolunda şam tək əridən belə müdrik insanlardan biri də dəyərli əməlləri, xeyirxahlığı, səmimiliyi, nəcib insani keyfiyyətləri ilə 18 yanvar 2018-ci ildə insanların yaddaşına köçən, xatirələrə çevrilən pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim Seyidağa Sail oğlu Həmidovdur. O, 1938-ci ildə Azərbaycanın dilbər güşələrindən biri olan Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. Uşaqlıq illəri Böyük Vətən müharibəsinin ağır illərinə təsadüf etdiyindən mənsub olduğu nəslin qismətinə düşən acılı-şirinli günlərin hamısını yaşamalı olmuşdur. Milyonlarla ailələrə ölüm və fəlakət gətirən müharibə onların da qapısını döymüşdür. Atası Şimali Qafqaz cəbhəsində 1942-ci ilin fevral ayında gedən ağır döyüşlərdə həlak olmuşdur. Ərinin “qara kağızı”nı alan Seyidağanın anası mehr və məhəbbətini oğluna salmış, onu atasına layiq böyütməyə çalışmışdır.

Maddi və mənəvi çətinliklərə baxmayaraq Seyidağa Həmidov 1945-ci ildə Boladi kənd orta məktəbinin I sinfinə getmiş, elə ilk gündən fəhmi, diribaşlığı ilə fərqlənmişdir. 1955-ci ildə X sinfi əla qiymətlərlə bitirdikdən sonra arzularının qanadında Bakıya gəlmiş, V.İ.Lenin adına APİ-nin (indiki ADPU) fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. Çoxları kimi sadə tələbə həyatı yaşamış, vaxtının çoxunu kitabxanalarda oxuyub-öyrənməklə keçirmiş, gərgin zəhməti nəticəsində təhsil əlaçısı olmuş, tələbə yoldaşlarının və müəllimlərinin sevimlisinə çevrilmişdir. 1960-cı ildə APİ-ni müvəffəqiyyətlə bitirən Seyidağa Həmidov Bakının Qaradağ rayonunda müəllimlik fəaliyyətinə başlamışdır. O, Qaradağ rayonundakı 223, 166 və 233 nömrəli məktəblərdə fizikariyaziyyat müəllimi işləməklə yanaşı, həm də APİ-nin elementar riyaziyyatonun tədrisi metodikası kafedrasında saathesabı ilə dərs demişdir. Elmi-pedaqoji işə maraq onu yenidən təhsil aldığı doğma instituta gətirmiş və 1966-cı ildə müsabiqə yolu ilə elementar riyaziyyatonun tədrisi metodikası kafedrasında müəllim vəzifəsini tutmuşdur. Həmin kafedranın bazasında riyaziyyatonun ibtidai kursunun tədrisi metodikası kafedrası təşkil olunarkən Seyidağa Həmidov yeni yaradılan kafedraya köçürülmüşdür. Bu kafedra İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinin (indiki İbtidai təhsil fakültəsi) nəzdində yaradılmışdı. Sonralar Seyidağa Həmidovun uzun illər rəhbəri olduğu həmin kafedraya o vaxtlar dosent Nüsrət Sadıxov rəhbərlik edirdi. Kafedranın 6 nəfər üzvündən biriSeyidağa müəllim idi. O ilk gündən kafedrada həm yaxşı riyaziyyatçı, həm də yaxşı metodist kimi tanındı, təcrübəli müəllim kimi ad-san qazandı. Seyidağa müəllimin xoşbəxtliyi onda idi ki, o, orta məktəbdə əməkdar müəllim Həmid Hüseynovdan, ali məktəbdə isə professor Bəylər Ağayevdən riyaziyyat elminin sirlərini dərindən mənimsəmişdi. Elə bu səbəbdən də riyaziyyat elmi sahəsindəki axtarışları uğurla nəticələndi. 1972-ci ildə professor Bəylər Ağayevin rəhbərliyi altında “VII-VIII siniflərdə nəzəri hesab elementlərinin tədrisi metodikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi. Sonrakı illərdə tədqiqatının həm istiqaməti dəyişdi, həm də mündəricəsi xeyli zənginləşdi. Ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün riyaziyyat dərsliklərinin rus dilindən tərcüməsində və nəşrə hazırlanmasında mühüm xidmətləri oldu. İbtidai siniflərdə riyaziyyatın məzmununun təkmilləşdirilməsi və gələcək ibtidai sinif müəllimlərinin riyazi hazırlığının nəzəri və praktik problemləri ilə bağlı ciddi elmi araşdırmalar apardı. 1992-ci ildə “Gələcək ibtidai sinif müəllimlərinin riyazi hazırlığının peşə-pedaqoji istiqaməti” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi aldı. İki il sonra ona professor elmi adı verildi. İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası sahəsində ilk və hələlik son elmlər doktoru oldu. Elmi-nəzəri və praktik dəyərliliyi ilə seçilən dissertasiyada aşağıdakı məsələlər öz əksini tapmışdı:1)pedaqoji fakültə tələbələrinin riyazi hazırlığının məzmunu və onun təkmilləşdirilməsi (yeni mövzuların daxil edilməsi, o cümlədən, ədədlər nəzəriyyəsi elementlərinin gücləndirilməsi, praktik məşğələlərdə məsələ həllinə diqqətin artırılması və s.); 2)riyaziyyatın tədrisi metodikası fənninin həcmi və məzmununun təkmilləşdirilməsi, müasir təlim metodlarından istifadə olunması; 3)tələbələrin riyazi-tədqiqat işlərinə və tədris-tədqiqat işlərinə cəlb olunması; 4)tələbələrin pedaqoji təcrübəsinin müasir tələblərə uyğun təşkili və həyata keçirilməsi; 5)pedaqoji fakültədə riyaziyyatın tədrisinin təşkili formalarının təkmilləşdirilməsi.

Dissertasiyada irəli sürdüyü ideyaların, təklif və tövsiyələrin əsas hissəsi onun “Müqayisə nəzəriyyəsi elementlərinin riyazi isbathesablamalara tətbiqi” (1984), “Elementar riyazi təsəvvürlərin formalaşdırılması kursunun nəzəri əsasları” (1987), “Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası” (1988), “Pedaqoji fakültədə riyaziyyatın tədrisi metodikası” (1990) “Riyaziyyatın tədrisi metodikası (I-IV siniflər)” (şərikli, 1994), “Həndəsədən didaktik materiallar” (1994), “Riyaziyyatın tədrisi metodikası ( I-IV siniflər)” (1997), “Riyaziyyatdan məsələ və misallar” (şərikli, 1983), “Riyaziyyatın tədrisi metodikası” (2001), “İbtidai siniflərdə məsələ həlli təliminin aktual problemləri” (şərikli, 2008) adlı dərslik və dərs vəsaitlərində, respublikanın və xarici ölkələrin nüfuzlu elmi jurnallarda nəşr olunmuş 200-dən artıq elmimetodik məqalədə öz əksini tapdı.

Alimin riyaziyyatonun ibtidai kursunun tədrisi metodikası kafedrasına rəhbərliyi dövründə kafedra elmi məktəbə çevrildi. Riyazi təhsilin nəzəri və metodiki problemlərinin tədqiqi sahəsində araşdırmalar intensivləşdi. Ümumtəhsil məktəblərinin riyaziyyat müəllimləri ilə əlaqələri genişləndi. Onların iştirakı ilə ibtidai siniflərdə riyaziyyat fənninin tədrisi və “Riyaziyyat” dərsliklərinin təkmilləşdirilməsi ilə bağlı elmi seminarlar, “dəyirmi masalar keçirildi. O, Təhsil Nazirliyində, Dövlət İmtahan Mərkəzində, koordinasiya, dissertasiyaelmi-metodiki şuralarda ibtidai siniflərdə riyaziyyatın tədrisi ilə bağlı səlahiyyətli söz sahibi kimi tanındı. Qısa bir vaxtda ibtidai siniflərdə riyaziyyatın tədrisinin tarixi, təbliği və təkmilləşdiriməsi sahəsində elmi məktəb yaratdı. Bakı, Moskva, Kiyev, Xarkov, Riqa, Tbilisi şəhərlərində keçirilən konfranslardaelmi seminarlarda həmkarlarının marağına səbəb olan məruzələrlə çıxış etdi. Riyaziyyatın tədrisi metodikası ixtisası üzrə 18 nəfərin fəlsəfə doktoru dissertasiyasına rəhbərlik etdi. Ümumiyyətlə, riyaziyyatın tədrisi metodikası ixtisası üzrə fəlsəfə və elmlər doktoru dissertasiyası müdafiə edənlərin alim kimi yetişməsində onun mühüm əməyi var. Belə ki, o, elmi rəhbər, rəsmi opponent, dissertasiya şurasının və ya AAK-ın ekspert komissiyasının üzvü kimi həmişə doktorantların xeyirxahı olub. Respublikada riyaziyyatın ibtidai kursunun məzmununun təkmilləşdirilməsi, nəzəri və praktik istiqamətlərinin araşdırılması, proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, bu sahədə magistrelmi-pedaqoji kadrların hazırlanması onun adı və fəaliyyəti ilə bağlı olmuşdur.

Seyidağa müəllim hələ tələbəlik illərində institutda fəaliyyət göstərən riyaziyyat dərnəyinin fəal üzvlərindən olmuş, pedaqoji mətbuatda maraqlı məqalələrlə çıxış etmişdir. Onun riyaziyyatın tədrisi metodikasına aid ilk məqalələri 1958-1960-cı illərə təsadüf edir. Onun hələ orta məktəbdə müəllim işlədiyi illərdə təcrübəsi ilə bağlı “Fizika və riyaziyyatın tədrisi” jurnalında metodiki məqalələri yer alıb. İnstitutda elmi-pedaqoji fəaliyyətə başladığı ilk illərdən isə məhsuldar yaradıcılığı ilə həmkarlarından seçilmiş, həm respublikanın, həm də keçmiş İttifaqın elmi nəşrlərində elmi-metodik məqalələrlə müntəzəm çıxış etmişdir. OnunNaçalnaya Şkola” və “Matematika v şkole” jurnallarında çap olunmuş məqalələri indi də aktuallığı ilə diqqəti cəlb edir.

Professor Seyidağa Həmidov universitetimizin elmi-pedaqojiictimai həyatında fəal iştirak etmişdir. O, Pedaqoji fakültənin (indiki İbtidai təhsil fakültəsinin) həmkarlar təşkilatının sədri, ilk partiya təşkilatının katibi, universitet Elmi Şurasının elmi katibi (1994-2000), ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə dissertasiya şurasının elmi katibi (2000-2005), Ali Attestasiya Komissiyasında ekspert şurasının elmi katibi (1995-2000-ci illər) vəzifələrində çalışmışdır. O, 1973-cü ildən ömrünün sonuna kimi fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiə şuralarının üzvü olmuşdur.

Professor S.Həmidovun şəxsiyyəti, pedaqojielmi-pedaqoji kadr hazırlığındakı fəaliyyəti həmişə yüksək qiymətləndirilmişdir. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına və 2010-cu ildə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisidöş nişanına layiq görülmüşdür. Ayrı-ayrı vaxtlarda Təhsil Nazirliyinin, Pedaqoji Universitetin fəxri fərmanları və diplomları ilə təltif olunmuşdur.

Seyidağa müəllim örnək insan idi. Universitetdə hamının, xüsusilə tələbələrin sevimlisi idi. Mən onu 1978-ci ildən tanıyırdım, ali məktəbdə müəllimim olmuşdu. Bir dəfə olsun əsəbiləşdiyini, səsini ucaltdığını hiss etməmişəm. 10 il eyni fakültədə o, kafedra müdiri, mən dekan işləmişəm. Fakültənin ağsaqqalı kimi həmişə dəyərli məsləhətlərini, tövsiyələrini eşitmişəm. Mən bir məsələ ilə bağlı narahatlıq keçirəndə deyərdi: “Dədə, səbr elə”.

Seyidağa müəllim zəhmətsevər, dostluqda sədaqətli, sözündə bütöv, yüksək əxlaq fəzilət sahibi idi. Zəngin geniş erudisiyası, ədalətliliyi, humanistliyi, sakit təbiəti ilə seçilirdi. Ruhi müvazinətini heç vaxt itirməzdi. Bütün varlığı ilə Yaradana bağlı idi. Səbrli dözümlü, özünə hörmət edən, öz şəxsiyyətini qoruyan, təvazökar insan idi. Bu ilin sentyabr ayında öz ərizəsi ilə kafedra müdiri vəzifəsindən çıxmışdı. Səhhəti onu narahat edirdi, müalicə olmaq, dincəlmək istəyirdi. Ömür yolu hamar rahat olmamışdı. O, tale kitabının hər səhifəsini zəhmətlə, əziyyətlə, ən başlıcası isə halallıqla yazmışdı. Mənəvi saflıq, insanlara sonsuz məhəbbət, xeyirxahlıq onu ucalığa aparan yolun əsas bələdçisi olmuşdu. Sevimli müəllimim, xeyirxah məsləhətçim Seyidağa müəllim haqqında keçmiş zamanda danışmaq yazmaq mənim üçün çox ağırdır. Amma etməli? Onun haqq dünyasına qovuşmasını qəbul etməkdən başqa yolumuz yoxdur. Təsəllimiz odur ki, əziz müəllimimiz 80 il mənalı, şərəfli, ləyaqətli layiqli müəllim alim ömrü yaşadı. Allah rəhmət eləsin.

 

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı,

pedaqogika üzrə elmlər doktoru, professor,

Əməkdar elm xadimi

 

Azərbaycan müəllimi.- 2018.- 2 fevral.- S.12.