Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 95-ci
ildönümünə həsr olunmuş
ümumtəhsil məktəb şagirdləri arasında
“Ən yaxşı təqdimat”
müsabiqəsinin keçirilməsi barədə
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin əmri
Müstəqil Azərbaycan dövlətinin
qurucusu, dahi siyasətçi
və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının
95-ci ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilsin.
2. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil edilsin.
3. Müsabiqənin ilk mərhələsi 2018-ci ilin mart ayında rayon və şəhərlərdə, ölkə mərhələsi isə aprel ayında Bakı şəhərində keçirilsin.
4. Müsabiqənin ölkə mərhələsinin iştirakçıları üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilsin:
4.1. Bakı şəhərindən – 12 nəfər;
4.2. Gəncə şəhərindən – 3 nəfər;
4.3. Sumqayıt və Mingəçevir şəhərlərinin hər birindən – 2 nəfər;
4.4. digər şəhər və rayonların hər birindən – 1 nəfər;
4.5. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrinin hər birindən – 1 nəfər.
5. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrinin direktorları müsabiqənin ilk mərhələsini mütəşəkkil keçirmək üçün işçi qrupu və münsiflər heyəti yaratsınlar, müəyyən etdikləri meyarlar əsasında iştirakçıları qiymətləndirib qaliblərin adlı siyahısını (SAA, oxuduğu məktəb, sinif və tədris dili) mart ayının 30-dək Təhsil Nazirliyinə göndərsinlər.
6. Müsabiqənin ölkə mərhələsi iştirakçılarının təqdimatlarının qiymətləndirilməsi meyarları və qiymətləndirməni aparan işçi qrupunun tərkibi təsdiq edilsin (1 və 2-ci əlavələr).
7. Müsabiqənin qalibləri diplom, tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılsın.
8. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) müsabiqənin ölkə mərhələsinin nəticələri barədə əmr layihəsini müsabiqə başa çatdıqdan sonra 3 gün müddətinə hazırlayıb rəhbərliyə təqdim etsin.
9. Nəzərə alınsın ki, “Ən yaxşı təqdimat” müsabiqəsi” Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən bu əmrdən irəli gələn tələblər əsas tutulmaqla müstəqil təşkil olunub yekunlaşdırılır.
10. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.
11. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
12. Maliyyə şöbəsi (R.Orucov)
müvafiq mal, iş və xidmətlərin satın
alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında
həmin idarəyə vəsaitin
ayrılmasını təmin etsin.
13. İnformasiya şöbəsi
(E.Məmmədov) əmrin əlavələri
ilə birlikdə “Azərbaycan
müəllimi” qəzetində
dərc olunmasını,
Nazirliyin internet səhifəsində yerləşdirilməsini
və çoxaldılıb yerlərə
çatdırılmasını təmin etsin.
14. Əmrin icrasına nəzarət
nazir müavini Firudin Qurbanova həvalə
olunsun.
Ceyhun BAYRAMOV,
Nazir vəzifələrini
müvəqqəti icra edən,
nazir müavini
12 fevral 2018-ci il
Azərbaycan
müəllimi.- 2018.- 16 fevral.- S.3.