“Müəllim ehtiyac olan yerdə daha çox müəllimdir”
Rəqsanə Haqverdiyeva:
“Uzun müddət kənd məktəbində
işləmək planım
var”
Haqverdiyeva Rəqsanə Tapdıq qızı 1987-ci ildə Qərbi Azərbaycanda dünyaya göz açıb. Bakı Məktəb-Lisey Kompleksində təhsil alıb. Sonra isə Qafqaz Universitetinin İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunub. Təhsil aldığı müddətdə Bakı-Anadolu liseyində akademik təcrübə keçib, universitetin nəzdində fəaliyyət göstərən dərnəklərə qoşulub, tədbirlərdə çıxış edib, sertifikatlar əldə edib. Öyrəndiyi dili daha mükəmməl qavramaq üçün “TOEFL” dil kursuna da qatılıb. Sabirabad rayonu Bulaqlı kənd tam orta məktəbində ingilis dili müəllimi işləyir. Bütün bu fəaliyyətlərin gələcək karyerasında ona yaşıl işıq olacağını düşünən ən gənc müəllim maraqlı həmsöhbət kimi fikirlərini bizimlə bölüşdü.
Müəllimlərimi karyerama
yüksəlməkdə model
seçmişəm
- Daima üzərimdə işləyib, özümə qarşı tələbkar olmağa çalışmışam. Hər bir anlayışla bağlı məlumatım olmasını istəmişəm.
Heç zaman yorulmayan, daim yeniliklər edən və axtaran, zaman, məkan, yaxın-uzaq, kənd-şəhər anlayışlarını bir-birindən ayırmayan biri olmuşam. Bir çox işləri bir anda edə bilmək istədiyimdən həmişə zamanın azlığından şikayətlənib, sırf bir şey öyrənim deyə, gecədən zaman oğurlamışam. Əlimdən kitab, dəftər, qələm düşməyən, qonaq gələndə, işıqlar sönəndə bunu dərs öyrənməyə bəhanə etməyən, müəllimlərini sevən və müəllimləri tərəfindən sevilən şagird olmuşam. Bütün özümdə hiss etdiyim mənəvi dəyərləri, əxlaqi keyfiyyətləri, istedadı, bacarığı qarşıma çıxan müəllimlərimin mənə qazandırdığını həmişə özümə etiraf etmişəm. Sevdiyim müəllimlərimin səsi, cizgiləri, xasiyyəti hələ də yaddaşımdadır. Öz müəllimlərimi - Azərbaycan müəllimlərini öz karyerama yüksəlməkdə model seçmişəm.
Müəllimin vəzifəsi yalnız şagirdə dərs izah etmək deyil. Şagird psixologiyasına uyğun olaraq, onlar bizim dediklərimizdən çox etdiklərimizi örnək alırlar. İstəyirəm ki, şagirdlərim məni daima oxuyan, üzərində işləyən müəllim kimi görsünlər və oxumağı sevsinlər. Əsl müəllim şagirdlərində öyrətməkdən çox öyrənmək istəyi yaratmağı bacarmalıdır.
Şagirdlərin hər zaman çox dəyərli fikirləri olur. Mən bu fikirlərə diqqət edirəm. Onlardan öyrənə biləcəyim hər nə varsa, bunu çəkinmədən edirəm.
Yeni başladığım işimdə vəzifəm də, məqsədim də uğur qazanmış şagirdlər yetişdirməkdir.
2017-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin işə qəbulu imtahanında iştirak edib, 47 bal toplayaraq ilk seçdiyim məktəbə qəbul oldum. Müsahibə mərhələsi mənim üçün çox həyəcanlı idi. Müsahibənin gedişatından artıq uğur qazandığımı anlamışdım. Artıq şəxsi səhifəmdə görünən, lakin iş yerim olacağından əmin olmadığım Sabirabadın Bulaqlı kənd tam orta məktəbi mənim iş yerim idi.
Budur, mənim
arzum realdır
Belə bir deyim var. “Niyyətin hara, mənzilin ora”: Ürəyimdə hardasa özümün belə qəbul edə bilmədiyim bir arzum var
idi. Hər zaman kənd
uşaqlarına dərs
demək, onlara dəstək olmaq istəmişəm. Amma bunu
necə reallaşdıra
biləcəyimi arzu olaraq ürəyimdə saxlamışdım. İşə qəbul imtahanı isə arzuma aparan bir yol
idi və budur, mənim arzum realdır. Kənd məktəbində təhsil
vermək çətin
deyil, sadəcə məsuliyyətimin böyük
olduğunu dərk edirəm. Şagirdlərimin məni sevməsi
(hər biri məktəbin həyət
qapısının önündə
qucaqlayaraq qarşılayır
məni), fənnimə
maraqları, səylə
çalışmaları bütün
maneələri, çətinlikləri
dəf edir. Əslində mən
o an özümlə qürur
duyuram. “Çətinlik” adlandırılan hisslər
mənə əsl müəllim olmaq hissini yaşadır.
Bəlkə də çətinliklər
adlanan hisslərsiz mən işimi bu qədər sevə bilməzdim. Kənd məktəblərində dərslərimiz
odun istisinə qızınan isti münasibətlər əsasında
qurulur və dərslərimiz bu istiliklə daha da məhsuldar olur.
Ailəli müəllimlər
üçün gözəl
bir şans
Uzun müddət kənd məktəbində işləmək
planım var. Əslində
ailəli insanlar üçün belə işləməyi çətin
bilirlər. Mənə görə
isə, həvəsləndirmə
tədbirləri məhz
ailəli müəllimlər
üçün gözəl
bir şansdır.
Mən də bu şansdan
istifadə etmək istəyirəm. Müəllim ehtiyac olan yerdə
daha çox müəllimdir. Yeni müəllimlər
heç bir çətinliklərdən çəkinməsinlər.
Çünki hər kəsin
çətinlik anlayışı
fərqlidir. Kənd əhalisinin
müəllimə sevgisini,
hörmətini görməklə
mən sənətimlə
daha da fəxr
edirəm.
Dərs müddətində olduğu
kimi, dərsdənkənar
vaxtlarda da düşünürəm ki,
şagirdlər yaradıcı
işlərlə məşğul
olub, mütaliə edərək həyatı
daha yaxından seyr edib, rəngarəngləşdirə
bilərlər. Xüsusi istedadlı uşaqlara
diqqət edilərək
onlara dəstək göstərilməlidir. Və bu
istiqamətdə ciddi
addımlar atılır.
3 və
8 yaşlarında övladlarım
var. Zamanımı onlarla
öyrədici oyunlar oynayaraq keçirirəm. Məktəbə gedərkən, yola sərf olunan 2 saat vaxtımı da əsərlər oxuyuram. Gecədən oğurladığım zamanda şeir yazıram. Əl işlərini çox
sevirəm. Vaxtımın geri qalan hissəsini
əl işləri edərək başa vururam.
Xalid NƏCİYEV,
Sabirabad Rayon Təhsil
Şöbəsinin ictimaiyyətlə
əlaqələr üzrə
məsul şəxsi
Azərbaycan müəllimi.-
2018.- 23 fevral.- S.10.