Azərbaycan dilinin daha
geniş istifadəsi üçün
Hazırlanacaq dərsliklər əcnəbilərdə
Azərbaycan dilində
ilkin bilgilər yaratmağa hədəflənib
Prezident İlham Əliyev “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam
imzalayıb. Azərbaycan dilinin elektron
məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan
şəxslər üçün
əlçatanlığının təmin edilməsi və öyrənilməsinin
asanlaşdırılması məqsədilə imzalanan
sərəncama əsasən,
müxtəlif qurumlara
ayrı-ayrı tapşırıqlar
verilib. Belə ki, Xarici İşlər
Nazirliyi Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında
“Əcnəbilər üçün
Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə,
həyata keçirilməsi
mexanizmlərinə və
icra müddətinə
dair təkliflərini
iki ay müddətində
hazırlayıb, Nazirlər
Kabinetinə təqdim
edəcək. Nazirlər Kabinetinə
isə tapşırılıb
ki, bu sərəncamın
1-ci hissəsinə əsasən
təqdim olunacaq təklifləri beynəlxalq
təcrübə, habelə
Azərbaycan Respublikası
qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlili
əsasında dəyərləndirsin.
Nazirlər Kabineti “Əcnəbilər üçün
Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinin məqsədəuyğunluğu barədə, habelə həmin layihənin həyata keçirilməsi
üçün tələb
olunan maliyyə vəsaiti, maliyyələşmə
mənbələri və
icra mexanizmlərinə
dair təkliflərini,
layihənin tətbiqindən
gözlənilən nəticələr
barədə proqnozları
2018-ci il dekabrın 1-dən gec olmayaraq ölkə Prezidentinə təqdim etməlidir.
Zərurət yarandığı təqdirdə,
Xarici İşlər
Nazirliyinin müraciətinə
əsasən, digər
dövlət orqanlarının
da bu sərəncamın
1-ci hissəsində nəzərdə
tutulmuş təkliflərin
hazırlanması prosesinə
cəlb olunmasını
təmin etmək Nazirlər Kabinetinə həvalə edilib.
Müstəqilliyin ilk illərindən formalaşan
hüquqi zəmin
Avqustun 1-dən qüvvəyə
minəcək bu sərəncam Azərbaycan
dilinin təbliği istiqamətində həyata
keçirilən siyasətin
davamıdır. Ümumiyyətlə, heç kəsə
sirr deyil ki, ölkədə dil siyasətinin formalaşdırılması, ana
dilinin dövlət dili olaraq tətbiqi
işinin təkmilləşdirilməsi
və dünya azərbaycanlılarının ünsiyyət
vasitəsinə çevrilməklə,
həmrəyliyin göstəricisi
kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi Azərbaycan
dövlətinin prioritetlərindəndir.
Hələ 1995-ci ildə ümumxalq
səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasında Azərbaycan
dili dövlət dili kimi təsbit
olunub. O gündən
etibarən həyata keçirilən məqsədyönlü
siyasət ölkədə
Azərbaycan dilinin möhkəmlənməsinə
xidmət edib. Azərbaycan Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” və “Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları
ilə dilimizin təbliğinin əsası
qoyulub. “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı”, eləcə də “Azərbaycan Respublikasında
dövlət dili haqqında” Qanunu və dil siyasəti
sahəsində digər
normativ hüquqi aktlar, həmçinin tədbirlər nəinki Azərbaycanda dilçilik
sahəsinin hüquqi əsaslarını və
icra mexanizmini düzgün müəyyən
edib, həm də dilimizin təbliğinin zəruriliyini
ortaya qoyub.
Azərbaycan dilinin təbliği zərurətə
çevrilir
Bunun nəticəsidir
ki, Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə
dilçilik elmi sahəsində vəziyyətin
yaxşılaşdırılması üçün əlverişli
zəmin yaradılıb. Eyni zamanda,
elm və texnikanın
sürətlə inkişaf
etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və
tətbiqi imkanlarının
genişləndirilməsi istiqamətində
aparılan işlərin
yeni səviyyəyə
yüksəldilməsini tələb
edir.
Azərbaycanda hər il yüzlərlə əcnəbi
təhsil alır. Ölkəmizi əcnəbi
tələbələrə daha yaxından tanıtmaq, onların Azərbaycan cəmiyyətinə
inteqrasiyasını asanlaşdırmaq
və ölkəmizlə
mənəvi bağlarını
daha da möhkəmlətmək
üçün əcnəbilərin,
o cümlədən ölkəmizdə
təhsil alan
xarici ölkə vətəndaşlarının Azərbaycan dilini öyrənməsinə imkan
yaradılması əhəmiyyətli
məsələlərdən biridir.
Odur ki, ölkə Prezidenti müstəqil dövlətçiliyimizin
əsas atributlarından
biri olan Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün
əlçatanlığının təmin edilməsi və öyrənilməsinin
asanlaşdırılması məqsədilə belə
bir qərara imza atıb.
Dilçilər işə başlayıb
Məlumdur ki, bu qərarın
yerinə yetirilməsində
əsas ağırlıq
dilçilərin üzərinə
düşəcək. Nəsimi
adına Dilçilik İnstitutunun
elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə
doktoru Baba Məhərrəmli
“Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin sərəncamını
zamanın tələbindən
irəli gələn qərar hesab edir. Onun sözlərinə
görə, elektron məkanın əhatə
dairəsi daha geniş olduğundan Azərbaycan dilinin öyrənilməsi daha kütləvi olacaq: “Azərbaycan dili müstəqil dildir. Onun təbliği çox önəmlidir. Xüsusən, əcnəbilər arasında
dilin təbliğinin təşkili çox əhəmiyyətlidir. Müşahidələr
göstərir ki, ölkəmizdə yaşayan,
təhsil alan
və işləyən
əcnəbilər üçün
dilimizi öyrənmək
zərurəti yaranmır.
Şəhərdə hara baxsanız
- reklamlar, afişalar,
menyular əcnəbi dillərdədir. Bu da ölkədə dövlət dilinə münasibəti dəyişir.
Odur ki, ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər
haqqında” sərəncamı
yerinə düşür.
Təbii
ki, biz də Dilçilik İnstitutu olaraq sərəncamdan irəli gələn məsələləri yerinə
yetirəcəyik”.
Bəs, sərəncamdan
irəli gələn məsələlər nədən
ibarət olacaq? B.Məhərrəmlinin
sözlərinə görə,
əcnəbilər üçün
Azərbaycan dili ilə bağlı elektron dərsliklərin hazırlanması nəzərdə
tutulur: “Həmin dərsliklər yüksək
səviyyədə hazırlanmalıdır.
Virtual dərslik olmalıdır ki, Azərbaycan dilini rahat öyrənə bilsinlər. Yəni, ibtidai
də olsa, hazırlanacaq bu dərsliklər sayəsində
əcnəbilərdə Azərbaycan
dilində ilkin bilgilər yaratmaq hədəflənib”.
Hədəfə daha tez nail olmaq üçün isə dilçilər
Mail Əsgərovun rəhbərliyi
altında işə başlayıblar: “Dilçilik
İnstitutunun Sosiolinqvistika
və dil siyasəti şöbəsində
əcnəbilər üçün
Azərbaycan dili dərsliklərinin yaradılmasına
artıq başlanılıb.
Sərəncam bu prosesi daha da stimullaşdıracaq.
Xüsusən, Xarici İşlər
və Təhsil nazirlikləri də bu işlərin həyata keçirilməsində
bizə dəstək verəcək. Nəticədə işimizin effektivliyi artacaq və nəticələri tezliklə
görünəcək”.
B.Məhərrəmlinin sözlərinə
görə, indiyədək
məhdud səviyyədə
də olsa, əcnəbilər üçün
Azərbaycan dilini öyrənməyi asanlaşdıran
kitablar olub: “Məsələn, akademik Kamal Abdullanın “Azərbaycan dili” dərsliyi var. Bir sıra dillərə də tərcümə olunub. Amma bundan sonra belə nümunələrin
sayı artacaq. Üstəlik, həmin nümunələrin
elektron variantda hazırlanması daha çox insanın ondan istifadəsinə imkan yaradacaq”.
Dilimizin
təbliği baxımından
Prezidentin sərəncamını
önəmli sayan dilçi
alimin fikrincə, qərar Azərbaycan dilinin tətbiqinin genişlənməsinə xidmət
edəcək: “Nəinki
Azərbaycan dili, dilimizi öyrənmək istəyən əcnəbilər
üçün də
çox böyük əhəmiyyəti olacaq.
Onlar Azərbaycan dilini istənilən yerdən öyrənə biləcəklər.
Bu işdə xaricdəki səfirliklərimizin,
diplomatik nümayəndəliklərin
üzərinə də
böyük vəzifə
düşür. Ümid edirəm
ki, onlar Azərbaycan dilinin təbliğatını düzgün
qura biləcəklər”.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.-
2018.- 20 iyul.- S.1-2.