Əfsanəyə dönmüş

məhəbbət musiqi dilində

 

Ayla Kəlbiyeva: “Məhəbbət əfsanəsi” adlı solo konsertimdə çox həyəcanlı idim

 

Onunla həmsöhbət olmaq mənim üçün olduqca xoş idi. Yeri gəlmişkən, hər həmsöhbət  adama bu qədər xoş təsir də bağışlamır. 13 yaşlı bir yeniyetmənin  fikir və mülahizələri isə əhvali-ruhiyyəmə xoş ovqat qatır, açığı həm təəccüblənir, həm də təsirlənirdim.

 

 O qədər narahat idim ki!

 

- O qədər narahat idm ki!  Tez-tez saata  baxır, bir azdan başlayacaq konsertin necə qarşılanacağı barədə düşünürdüm. Həyəcandan sifətim qızarmışdı. Bu, doğrudan da olduqca məsuliyyətli bir   idi. Məramına mahiyyətinə  görə başqa konsert proqramlarından əhəmiyyətli dərəcədə fərqlənən  bu konsertə gələnlər   elə kövrək notlarla köklənmişdilər. Bu konsertdə könül oxşamaqdan çox ruhu oxşamaq lazım gələcək, notların dili ilə ürəklərə sərinlik gətirməli olacaqdım. Nəhayət ki, musiqisevərlər, dostlar, tanışlarYaxt klub”a toplaşdılar konsertin başlanması elan olundu.

 

İlham Fərizənin xatirəsinə

 

Hər  kəs öz yerini tutduqdan sonra səhnəyə  dəvət olundum   F.MendelsonunSözsüz mahnı”sını  səsləndirdim. Hiss etdim ki,  ifam tamaşaçıları heyran edib. İlham Fərizənin  əfsanəvi  məhəbbətləri  fonunda  qəhərdən sözümün tükəndiyini söylədim.  Zalın tərtibatı, yanan şamlar, yerə səpilən qızılgül ləçəkləri  tamaşaçılara kövrək anlar yaşatdı. Mən bu solo konsertimi Şəhidlər xiyabanında uyuyan İlham Fərizənin xatirəsinə həsr etmişdim. Axı, iyunun 30-da İlham Fərizənin - iki sevən qəlbin keşməkeşli həyat yoluna birgə qədəm qoymasının 29 ili tamam olurdu. 1990-cı ilin qanlı Yanvarı İlhamı Fərizədən ayırsa da, gənc qadın ölümə meydan oxudu bətnindəki körpəni özü ilə bərabər haqq dünyasına, İlhamın qovuşduğu  haqq dünyaya apardı. Qeyd edim ki, solo konsertimə başlamazdan  öncə iştirakçılar  İlham Fərizənin ruhunu bir dəqiqəlik  sükutla yad  etdilər. Azərbaycan dünya bəstəkarlarının əsərlərini ustalıqla ifa  etdim əfsanəyə dönmüş məhəbbət tarixindən  musiqinin dili ilə söhbət açdım. Həmin gecə ifamda F.ŞopeninVals”ını  da tamaşaçılar xüsusi maraqla dinlədilər. F.ListinLoreleyaəsəri isə  ürəkləri riqqətə gətirdi.

 

Vokal ifa etmək bacarığımı da nümayiş etdirdim

 

Qeyd edim ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının  şagirdiyəm. Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində vokal dərsləri alıram. Tədbirdə daha bir istedadımı - vokal ifa etmək bacarığımı da nümayiş etdirdim.Sevgi valsı” (musiqisi Tofiq Quliyev) səsləndirdim. Xalq artisti Fidan Hacıyeva ilə  birgəGözəlim, yar gözəlim” (“Arşın mal alan”) operası   Axşam mahnısı”nı (musiqisi Tofiq Quliyev) ifa etdim   bu  mahnılar  tamaşaçıların ürəyini ovsunladı.  Mərasimdə  Vokal Musiqi Məktəbinin yetirmələri olan   Orxan Cabbarovun, Rəna Cəfərzadənin, Tural Tağıyevin, Aqşin Xudaverdiyevin ifasında Azərbaycan dünya bəstəkarlarının əsərləri səsləndirildi. Tədbirdə qonaq qismində iştirak edən şotlandiyalı Bob Petrin ifası isə tamaşaçıları  lirik  notlara köklədi.  Əməkdar incəsənət xadimi İlham Nəcəfovun   saksofonda ifa etdiyi caz-muğam sintezi nümunələri  musiqili gecəni bir daha  rövnəqləndirdi.

 

Ayla, sənin gözəl səsin var

 

 Alqışlar yağışına bürünmüşdüm. Xalq artisti Fidan Hacıyeva rəhbərlik etdiyi Vokal Musiqi Məktəbinin tərifnaməsini  mənə təqdim etdi   dedi ki, Ayla, sənin   gözəl səsin var.  Qeyd edim ki,Vokal Musiqi Məktəbinin martın 18-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təqdim etdiyiBaharın səsiadlı konsert proqramında Xalq artisti Fidan Hacıyevanı ifalarından birini fortepianoda mən  müşayiət edirdim.

Tədbirdə  iştirak edən anam  Sevda xanım  da fürsətdən istifadə edərək   mənim uğurlarıma çox  sevindiyini  övladının musiqi istedadının üzə çıxarılmasında əməyi olan hər kəsə minnətdarlığını  bildirdi.

Gecəyə toplaşan sənətsevərlərin, Fidan Hacıyeva kimi xeyirxah insanların hər biri, mahnıda deyildiyi kimi, gözəl qəşəng idilər.  Vokal Musiqi Məktəbinin müəllimi Arzu Qurbanovanın Tural Tağıyevlə birgəYaşın fərqi vardueti sevginin ülvi duyğu olduğunu  tədbir iştirakçılarına bir daha yaşatdı.

Qeyd edim  ki, professor Tamara Poddubnaya  məni   Nyu-Yorkda “Long Island Conservatory of Music”ə dəvət edib. Bu konservatoriyaya xüsusi istedadı olan uşaqlar qəbul olunurlar.  Artıq mən həmin konservatoriyaya imtahansız qəbul olunmaq ödənişsiz təhsil almaq təklifi  almışam. Almaniyada, Bolqarıstanda, İtaliyada, həm   Türkiyədə  keçirilən  beynəlxalq müsabiqələrdə  ustad dərsləri almağı da unutmuram.

...Sən demə, həyəcanlanmaq həmişə adamı uğursuzluğa düçar etmirmiş. Bu dəfə o, məni çaşqınlığa düçar etmədi, əksinə, məsuliyyətimi  birə-beş artırdı nəticədə sonsuz alqışlarla səhnəni tərk etdim.

...Ayla Kəlbiyevanın 13  yaşı var.   Yaşının az olmasına baxmayaraq, nailiyyətləri  çoxdur.  2013-cü ildə Maltada “Violin and friends” beynəlxalq müsabiqəsində, 2014-cü ildə Fransada N.Rubinşteyn adına XII beynəlxalq fortepiano müsabiqəsində, 2015-ci ildə İtaliyadaCitta di Pesaro” XII beynəlxalq musiqi müsabiqələrində  ikinci yerə layiq görülüb. ABŞ-ın Nyu-York şəhərində “American ProtegeBeynəlxalq Fortepiano Müsabiqəsinin qalibi olub, nüfuzlu “Carnegie Hall”da çıxış edib. 2017-ci ildə “Stars at Tenerife” beynəlxalq musiqi müsabiqəsində ikinci yeri tutub. Almaniyanın Baden-Vürtemberq şəhərində pianoçuların “Musical Fireworks” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb. Bu günlərdə isə Türkiyədə keçirilən Beynəlxalq fortepiano müsabiqəsində birinci yeri tutub.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2018.- 20 iyul.- S.7.