Dünyanın lider
universitetləri
Sorğuda 138 ölkədən 10
mindən artıq alim iştirak edib
Məlumdur
ki, qloballaşma dövründə hər hansı ölkənin
dünyadakı yeri artıq ənənəvi meyarlarla -
ümumdaxili məhsulun ölçüsü, hərbi
üstünlüyü və ya maliyyə resursları ilə deyil,
məhz insan kapitalının keyfiyyəti ilə təyin
olunur. İnsan kapitalının
ən əhəmiyyətli meyarlarından biri isə təhsilin
keyfiyyəti ilə bağlıdır. Bu isə aparıcı milli universitetlərin beynəlxalq səviyyədə
liderlik mövqeyini müəyyən
edir.
Böyük
Britaniyanın dünyada təhsil xidmətləri sahəsində
ixtisaslaşmış “Times Higher Education” (THE) jurnalının növbəti tədqiqatı isə
dünyanın lider universitetlərinin reytinqinə həsr
olunub. “Times Higher Education”un 2018-ci il
üzrə dünyanın 100 ən nüfuzlu universitetinin növbəti reytinq cədvəlinə 8 ildir ki, ardıcıl olaraq ABŞ-ın Harvard Universiteti
başçılıq edir. Cədvəldə
ilk 10 yerdən 8-də Amerika universitetləri yer alıb.
Bütövlükdə reytinqdə 21 ölkədən 100 universitet yer
alıb ki, onlardan da 43-ü Birləşmiş
Ştatların payına düşür. ABŞ-ın
Kaliforniya Universiteti Los-Anceles
Çikaqo Universiteti ilə
birlikdə 2014-cü ildən
sonra ilk dəfə ilk 10-luqda yer ala bilib. Ötən il adıçəkilən
reytinqdə 10 universitetlə təmsil
olunan Böyük Britaniya builki sıralamada 9 ali məktəblə
qərarlaşıb. Kembric və
Oksford universitetləri ilk
10-luqda müvafiq olaraq 4-cü və 5-ci yerləri tutublar. Rusiya
reytinqdə M.V.Lomonosov adına Moskva Dövlət
Universiteti (33-cü yer) və Moskva Fizika-Texnik İnstitutu
(91-100) ilə təmsil olunub. Beləliklə də MDU ən
yaxşı 50 universitet
arasında yer ala bilib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik V.A.Sadovniçi
reytinqin nəticələrini
şərh edərək
qeyd edib ki, “biz öz elmi nailiyyətlərimizi
bütün dünyada
fəal surətdə
yaymaqdayıq.
Universitetin beynəlxalq
təhsil, elm, texnologiyalar məkanında
öz iştirakını genişləndirmək
üçün çoxsaylı planları var. Məhz bu amil MDU-nun bütün
dünyada daha artıq dərəcədə
tanınmasına və
nəticə olaraq beynəlxalq reytinqlərdə
mövqelərinin güclənməsinə
aparır”.
Qeyd edək ki, “Times Higher Education” dərgisinin hazırladığı
dünya universitetlərinin
illik reytinq cədvəli hazırda ən nüfuzlu sənəd hesab edilir. İllik reytinq akademik cəmiyyətin yanvar-mart aylarında keçirilmiş açıq sorğusu əsasında tərtib edilib. Builki sorğuda
dünyanın
138 ölkəsindən 10 mindən artıq nüfuzlu alim iştirak edib. Tədqiqat gedişində
nüfuzlu alimlərdən 10162 cavab əldə olunub. Sorğu THE-nin sifarişi ilə “Elsevier” kompaniyası tərəfindən aparılıb.
Reytinqlə daha ətraflı
www.timeshighereducation.com/world-university-rankings/2018/reputation-ranking
səhifəsindən tanış olmaq olar.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2018.-
8 iyun.- S.9.