Yeni üsul tətbiq edən 14
yaşlı riyaziyyatçı
Faiq Nəcəfli: “İlk vaxtlar
misal həll edəndə bunu fərqli yollarla etdiyimi
düşünmürdüm...”
Elmi orta məktəblərə gətirmək, şagirdlərimizin elmi mühitlə tanışlığı son illərin ölkəmizin təhsil trendlərindən biri sayıla bilər. Artıq şagirdlərimizin elmi bilikləri, orta məktəbdə aldıqları təhsilləri, onların müxtəlif beynəlxalq bilik yarışlarında uğur qazanmaları, bir sıra təhsil ocaqlarında fəaliyyət göstərən “Kiçik Akademiyalar”, ölkənin tanınmış alim və mütəxəssislərinin ümumtəhsil müəssisələrində vaxtaşırı olmaları, şagirdlərlə görüşləri elmlə təhsilin əməkdaşlığının uğurla inkişaf etdiyindən soraq verir.
Müşahidələr göstərir ki, bu günün şagirdləri elmə daha çox maraq göstərir, həmin sahədə yeniliklər etməyə, tədqiqatlar aparmağa meyillidirlər. Bu da sevindiricidir.
Haqqında söhbət
açacağımız Faiq Nəcəfli
də elmə lap erkən
yaşlarından maraq göstərənlərdəndir. Kaspi Liseyinin Bakıxanov
filialında təhsil alan yeniyetmə VIII
sinif şagirdidir. Təhsil ocağında yüksək nəticələri
ilə tanınan Faiq zahirən öz yaşıdlarından fərqlənməsə
də bu
gün yüksək intellekti, riyaziyyat elmində əldə
etdiyi yeniliyi ilə hamının diqqətini özünə
cəlb etməyi bacarıb. O, natural ədədlərin 3-ə
(9-a) bölünməsinin yeni əlamətini tapıb. Qeyri-
adi istedad sahibi olan yeniyetmənin bu yeniliyi Azərbaycan
Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən
“Natural ədədlərin 3-ə (9-a) bölünməsinin
yeni əlamətləri” adlı elmi məqalə kimi 18.01.2018-ci il tarixdə
qeydiyyatdan keçərək şəhadətnamə
alıb.
Həll etdiyi məsələ və
misallara baxanda aydın
şəkildə görmək olur ki, o, fərqli üsullarla
yazılır
Kaspi Liseyinin Bakıxanov
filialında riyaziyyat müəllimi
işləyən və riyaziyyat fənn birləşməsinin
rəhbəri Laiq Məmmədyarov
Faiqin gələcəkdə
məşhur riyaziyyatçı olacağına ümid edir: “
Faiq Nəcəfliyə mən 6-cı sinifdə dərs
demişəm. Ümumiyyətlə, bu sinfin
bütün şagirdləri istedadlıdır. Faiq isə bir çox məsələ və
misalların həllində fərqli yanaşma tərzi ilə
sinif yoldaşlarından seçilirdi. Belə
ki, keçdiyimiz və öyrətdiyimiz qaydalardan fərqli
olaraq hesablamaları səmərəli etmək
üçün özünəməxsus yollar tapır və
tətbiq edirdi. Bunu mən elə ilk dərslərdən
görürdüm. Şagirdlərin
böyük əksəriyyəti onlara deyilənləri
öyrənməyə, əzbərləməyə və tətbiq
etməyə çalışır. Faiq
isə deyilən və keçilən mövzuları öyrəndikdən
sonra həmin mövzunu özününküləşdirir.
Yəni, onun həll etdiyi məsələ və
misallara baxanda aydın şəkildə görmək olur ki, o
fərqli üsullarla yazılır. Ümumi çərçivədən
çıxır,
qeyd etdiyim kimi, özünəməxsusluğu var.
Sizə bir misal çəkim.
Bilirsiniz ki, 6-cı sinifdə bölünmə əlamətləri
mövzusu keçilir. Ona 9-a və 3-ə
bölünmə əlamətləri deyilir. 3-ə və
9-a bölünmə əlamətləri bu şəkildədir:
Hər hansı çoxrəqəmli ədədin rəqəmlərinin
cəmi 3-ə və ya 9-a bölünürsə həmin ədədin
özü də 3-ə və ya 9-a bölünür. Əgər
ədədin rəqəmləri cəmi 3-ə və ya 9-a
bölünmürsə, onda həmin ədədin özü
də 3-ə və ya 9-a bölünmür.
Məsələn:
27891 ədədinin 3-ə bölünüb- bölünmədiyini
aydınlaşdıraq.
27891 ədədinin rəqəmləri cəmi (2+7+8+9+1)
27-yə bərabərdir. 27 ədədi 3-ə bölündüyündən 27891 ədədi
də 3-ə bölünür.
Faiq isə
həmin qaydanı bu şəkildə ifadə edir:
Hər hansı çoxrəqəmli ədədin rəqəmlərindən
istənilən formada düzəlmiş ədədlərin cəmi
3-ə və ya 9-a bölünürsə, həmin ədəd
3-ə və ya 9-a bölünər. Əgər cəm 3-ə və ya 9-a
bölünmürsə, onda həmin ədədin özü
də 3-ə və ya 9-a bölünmür.
Məsələn:
27891 ədədinin rəqəmlərindən istifadə etməklə
belə bir ədəd düzəldək. 89+271=360. 360 ədədi
3-ə və 9-a bölündüyündən 27891 ədədi
də 3-ə və 9-a bölünür.
Faiqin tapdığı üsul daha rahat həll yoludur,
deyə bilərik.
Gördüyünüz
kimi, Faiqin hər bir suala, misala fərqli
formada baxmaq, düşünmək xüsusiyyəti var. Belə
bir fərqli yanaşma mənim üçün də
maraqlı oldu. Məhz onu yaşıdlarından
fərqləndirən istedadı, bacarığı və
qabiliyyətidir. O, hələ 6-cı sinifdə oxuyanda
belə bir fikir irəli sürdüyü üçün mən
düşünürəm ki, gələcəkdə
riyaziyyatda digər yenilikləri ilə bizi təəccübləndirməkdə
davam edəcək.
Faiq öndə gedən şagirdlərimiz
üçün stimulverici bir rəqib idi
Sinif rəhbəri
Lalə İsmayılova belə
düşünür. Faiq kimi
xüsusi istedada malik olan şagirdlər üçün həm
ailədə, həm də oxuduqları təhsil
ocağında xüsusi dəstəkləyici mühitin
olmasını çox vacib amil sayan sinif rəhbəri şagirdini dəstəkləyən
bu mühiti həm ailədə, həm də təhsil
aldığı Kaspi Liseyində gördüyünü deyir.
Qeyd edir ki,
şagirdi bildiklərini
öz sinif yoldaşları ilə bölüşmə
mədəniyyətilə xüsusi fərqlənir,
özünə qarşı tələbkar və olduqca məsuliyyətlidir.
Lalə
müəllim Faiqin təhsilini müvəffəqiyyətlə
davam etdirdiyini söyləyir: “Faiqin təhsildəki nailiyyətləri
bizi çox sevindirir. Bu sinfə gəlməzdən əvvəl
şagirdlərimizlə birlikdə onun nəticələri ilə
maraqlanmışdıq, çünki Faiq bizim
sinfin öndə gedən şagirdləri üçün,
sözün əsl mənasında,
stimulverici bir rəqib idi. Sinfimizə gəldiyi ilk
gündən Faiq punktuallığı, dərslərindəki
uğurları ilə
çox qısa bir zamanda diqqətimizi özünə
cəlb etməyi bacardı. O, daim öz üzərində
işləyərək əldə etdiyi bilik və
bacarıqları bizim xüsusi təşkil edilmiş sinif
saatlarında yoldaşları və mənimlə
bölüşür. Faiqin riyaziyyat və texnologiyaya
böyük marağı var. Belə ki, o, istər riyaziyyat
sahəsində, istərsə də texnologiya, xüsusilə
də kompüter texnologiyasına aid yenilikləri öyrənməyə, öyrəndiklərini
isə tətbiq etməyə çalışır.
Faiq dərslərini
əla qiymətlərlə oxumaqla yanaşı basketbol və
karate ilə də məşğul olur . Liseydə təşkil
edilən basketbol dərnəyinin aktiv üzvlərindəndir.
Sinif rəhbərinin
şagirdində bəyəndiyi xüsusiyyətlərdən biri isə onun yardımsevər olmasıdır.
Belə ki, Faiq böyük həvəslə ətrafında dərslərlə
bağlı və
yaxud da dərsdənkənar köməyə ehtiyacı olan
yoldaşları ilə öyrəndiklərini
paylaşır, onlardan yardımını əsirgəmir.
Yaşının az olmasına baxmayaraq, intellektual cəhətdən
inkişaf etmiş, bacarıqlı, işgüzar və
öz bacarıqlarını bölüşməyə
hazır, xeyirxah bir şagird kimi özünü
tanıdıb.
Belə istedadlı yeniyetmələrin
onlara stimul verdiyini söyləyən Lalə müəllim
Faiqin gələcəkdə
ağlı, zəkası və bacarığı ilə daima
zirvələrdə olacağına əmindir.
Təhsil aldığı Kaspi Liseyi
bu yeniliyin
tanınmasında “yaşıl işıq” oldu
İxtisasca
riyaziyyatçı olan və uzun illər riyaziyyat müəllimi işləmiş nənəsi Nəzimə
Vəliyeva bizimlə söhbətində nəvəsində 4-5
yaşından fərqlilik, qeyri-adilik hiss etdiyini, riyazi rəqəmlərlə
maraqlandığını deyir. Bəlkə də
çoxları üçün çətin hesab edilən
riyaziyyata olan marağı Faiqi bu sahədə yeniliklər etməyə
sövq edirdi: “Faiq hələ 5-ci sinifdə oxuyarkən
riyaziyyatda fərqli üsullar tətbiq edərək həll
yollarını tapırdı. Mən ilk vaxtlar bunun o qədər də fərqinə
varmırdım. Tapşırıqları
həll edəndə ona yolunu başa salırdım. Lakin sonradan görürdüm ki, o tamam başqa bir
üsulla onları həll edib. Alınan nəticə
də düzgün idi. Başladım
özüm də natural ədədləri Faiqin etdiyi
üsulla həll etməyə. Sözün
düzü, gözlərimə inanmadım. Cavablar düz alındı. Faiq ədədləri
elə qruplaşdırır ki, onları toplamaq asan olmaqla yanaşı, həm
də cavabı tez tapmaq olur.
Biz yeniliklə bağlı onun riyaziyyat müəllimi
Laiq müəllimlə müzakirə apardıqdan sonra qərara
aldıq ki, bu barədə liseyin direktoru Tural Əliyevə məlumat
verək.
Liseyin rəhbərliyi və müəllimlər bu yeniliklə
ətraflı tanış oldular. Və yekun fikir belə oldu ki,
bu riyaziyyatda yeni bir
baxış formasıdır və həmin
üsul riyaziyyatda tətbiq olunmayıb. Liseyin
rəhbərliyinin və müəllimlərin bizə olan
inamından daha da ruhlandıq. Bizə hər
işimizdə arxa və dəstək oldular. Faiqin bu
yeniliyi 2017-ci ildə
“Fizika, riyaziyyat və informatika tədrisi”
jurnalının 3- cü nömrəsində “Natural ədədlərin
3-ə (9-a) bölünməsinin yeni əlaməti” adı ilə
elmi məqalə kimi çap olundu. Ona mütəxəssislər
rəy verdilər. Sonradan onun bu yeniliyi Azərbaycan
Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən
rəsmi qeydiyyata alındı. Mən bir daha
özümün və Faiqin
valideynləri adından bizi dəstəklədiklərinə
və bu yeniyetmənin istedadına “yaşıl işıq”
yandırdıqlarına görə təhsil aldığı
Kaspi Liseyinin rəhbərliyinə və müəllim
kollektivinə təşəkkür edirəm.
Oxumaq, öyrənmək, yeniliklər
etmək
Oxuduğu illər ərzində yüksək bilik və
bacarığı ilə fərqlənən Faiqə hər
zaman lisey tərəfindən diqqət göstərilib. O, təhsil müəssisəsinin
keçirdiyi imtahanlardan yüksək bal topladığı
üçün təhsil haqqı ilə bağlı müəyyən güzəştlərdən
yararlanır.
Özü
isə müəllifi olduğu bu yeni üsulla bağlı bunları deyir:
“Sözün düzü, mən
ilk vaxtlar misal həll edəndə
bunu fərqli yollarla etdiyimi düşünmürdüm. Adəti
üzrə nənəm mənə riyaziyyatdan tapşırıq vermişdi
və mən onu həll edərkən bu üsuldan istifadə
etdim. Nənəm cavabları yoxlayarkən onun həllinin
fərqli üsulla həll etməyimə baxmayaraq cavabın
düzgün olduğunu görəndə təəccübləndi.
Başdan mənə
qəbul olunmuş ənənəvi üsulla həll etməyi
məsləhət görən nənəm sonradan özü
şagirdlərinə tapşırıqları mənim həll
etdiyim üsulla həll etməyi
öyrətdi”.
Faiq bütün fənləri eyni dərəcədə
sevir. Tarix və coğrafiya fənlərindən də
uğurları var. Liseyin keçirdiyi olimpiadalarda, bilik
yarışlarında yüksək nəticələri ilə
fərqlənir. 14 yaşlı yeniyetmənin bir məqsədi, amalı var:
“Oxumaq, öyrənmək, yeniliklər etmək və hər
zaman öndə olaraq biliyi, zəkası ilə tanınmaq”.
İstedadlı şagird, valideyn nəzarəti
və lisey mühiti...
Lisey mühiti, müəllimlərin düzgün istiqamətləndirməsi,
dəstəyi, valideyn nəzarəti və himayəsi öz
sözünü deyir. Bəli, bu
məktəb üçbucağının və Faiq Nəcəflinin özünün istedadının,
bacarığının nəticəsi göz
qabağındadır. Onun təhsil aldığı Kaspi Liseyində şagirdlərin
potensiallarının müəyyənləşdirilməsi və
inkişaf etdirilməsi diqqətdə saxlanılır. Təhsil müəssisəsində şagirdlərdə
mövcud olan bacarıq və qabiliyyətlərin
formalaşdırılması, onların istedadının
üzə çıxarılması, həmçinin
müasir və keyfiyyətli təhsil almaları
üçün hər cür imkan və şərait yaradılıb.
Belə ki, Kaspi
Liseyində intellektual, özünə inanan, yaradıcı və
cəmiyyətə töhfə verə biləcək nəslin
yetişməsi üçün xüsusi təlim- tərbiyə mühiti mövcuddur. Millilik, məsuliyyətlilik, mükəmməllik,
innovativlik və yaradıcılıq kimi dəyərləri
özündə ehtiva edən bu təhsil müəssisəsi
Faiq Nəcəfli kimi neçə-neçə istedadlı
yeniyetmənin üzə çıxarılmasında,
tanıdılmasında dəstək olmaqla yanaşı, gələcək həyat yolunun
müəyyənləşdirilməsində də əhəmiyyətli rol
oynayır.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2018.-
8 mart.- S.12.