“Gələcəkdə
peşəkar rəssam olacağam”
Güldanə Pənahova:
“Bütün rəsmlərimə öz fantaziyamı əlavə
edirəm”
Onun adı Güldanə, soyadı isə Pənahovadır. Yaşı az
olmasına baxmayaraq o, yaradıcılıq potensialı ilə
məşğul olduğu rəsm dərnəyində həmyaşıdlarından
çox fərqlənir. Bu yaşda
rəssamlıq sənəti sahəsində
qazandığı kifayət qədər
uğurlar barədə onun öz dilindən eşitdiklərimiz
əminlik yaradır ki, əsl
istedad özünü elə erkən yaşlarında büruzə verir... Mənim 10 yaşım var.
Bakıdakı 160 nömrəli Klassik Gimnaziyanın IV sinfində
təhsil alıram. Dərs əlaçısıyam. Məktəbimizdə keçirilən bütün tədbirlərdə fəal iştirak edirəm. 5
yaşımdan 3 nömrəli
Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinin üzvüyəm.
Müəllimim Nərmin Abdullayevadan rəngkarlıq sənətinin sirlərini dərindən öyrənməyə
çalışıram. Rəsm çəkərkən
çox sərbəst oluram,
fantaziyamdan məharətlə istifadə edirəm. Artıq
50-yə yaxın rəsm əsərlərim mövcuddur.
İsti rənglərdən
daha çox istifadə edirəm. Təbiət
vurğunuyam. Gəzintiyə çıxmazdan əvvəl həmişə hansı tablonu
yaradacağımı ölçüb-biçirəm.
Dağ, ağac, dağ-dərə mənzərəsi gördükdə
fırçamı əlimə alıb qaralama edirəm ki,
sonra onu canlı tabloya çevirə bilim. “Meşədə”,
“Bulaq başında”, “Dağlar”, “Gəzinti”, “Təbiətin
qoynunda”, “Yaz fəslində”, “Novruz atributları”, “Balıqlar”
və sair rəsmlərimi çəkərkən rəngli boyalara daha çox üstünlük verirəm.
Canlı təbiəti təsvir edərkən parlaq rənglərin
effekti daha yaxşı olur. Bu illər ərzində
respublika və beynəlxalq rəsm
yarışmalarında iştirak edərək çoxlu sayda
diplom və fəxri fərmanlar qazanmışam. İşlədiyim rəsmlər tamaşaçılar və müəllimlərim tərəfindən bəyənilib. Dostluqdan bəhs edən
“Dostluğun sehri” adlı rəsmimi isə məktəbimizə
hədiyyə etmişəm.
Sonuncu dərsimiz rəssam Qustav Klimtinin “Ana və
uşaq” rəsm əsərlərinə həsr olunmuşdu. Həmin
rəssamın əsərlərinə baxdıqca baxmaq istəyirsən.
Mən onları köçürüb evdə
başımın üstündən asmışam. Hər
gün bu canlı tabloların
qarşısında dayanıb ana-övlad münasibətlərinin
incəlikləri təzahür
olunan rəsmlərin sehrinə düşürəm və bu
rəsmlərdəki fantaziyanı, dərin fəlsəfəni
dərk etməyə çalışıram.
Arzum fərdi sərgimi keçirməkdir
Ən böyük arzum fərdi sərgimi
təşkil etməkdir. Bunun üçünsə gecə-gündüz əzmkarlıqla çalışıram.
İnanıram ki, yaxın vaxtlarda
istəyimə nail olacağam. Çünki təvazökarlıqdan
uzaq olsa da özümə çox güvənirəm, bilirəm
ki, yalnız çalışqanlıqla bunlara nail olmaq olar. Mən hər hansı bir rəsmi çəkib
qurtardıqdan sonra ona tamaşaçı gözü ilə
baxıram, əgər zövqümü oxşamırsa
cırıb tullayıram, ya da rənglərində dəyişiklik
edib normal hala salıram. Rəsmlərim arasında “Orkestr” adlı bir rəsmim var.
Çox maraqlı bir rəsmdir. Müxtəlif millətlərin
uşaqlarını öz milli
geyimində birgə rəqs edən təsvir etmişəm.
ATV Qalereyada keçirilən “İstedadlı gənclərimiz”
sərgisində də bir-birindən rəngarəng rəsmlərim
nümayiş olunub. 1 iyun -
Uşaqları Beynəlxalq
Müdafiə Günü
“Tolerantlığımızın gələcəyi,
6-16 yaşlı uşaqları” adlı uşaq və yeniyetmələrin
yaradıcılıq sərgisində, “Mənim
düşüncəm” adlı uşaq rəsm sərgi-müsabiqəsinin
yekun sərgisində rəsmlərim sərgilənib.
“Dostluğun sehri” I Beynəlxalq Uşaq Rəsm Müsabiqəsində
I, “Ölkəmizin adət və ənənələri”
yarışmasında isə II yerləri tutmuşam.
Həyatımda ən əlamətdar
gün
Əgər
mənə sual versələr ki, həyatında ən əlamətdar
gün nə vaxt olub, məmnuniyyətlə 2017-ci ilin
yanvarın 29-da mərkəzimizin uşaqlarının beynəlxalq müsabiqədə nailiyyət
qazandıqları günü deyərəm. Ümumiyyətlə,
mərkəzimizin nailiyyətləri çoxdur. Dərnək
üzvləri nəinki şəhər,
respublika əhəmiyyətli tədbirlərdə,
hətta beynəlxalq müsabiqə və sərgilərdə,
festival və bayramlarda fəal iştirak edirlər. Yeniyetmə
və gənc rəssamlar
uğurlarını artırmaqda davam edirlər. Onlar
ABŞ, İngiltərə,Yaponiya,Türkiyə, İordaniya,
Norveç, Yunanıstan, Polşa, Çexiya, Rusiya, Ukrayna,
Belarus, Sloveniya, Hindistan, Finlandiya və digər ölkələrdə
keçirilən beynəlxalq rəsm müsabiqə və sərgilərdə
yüksək nailiyyətlər əldə edərək
qızıl, gümüş, bürünc medallar, diplom və
fəxri fərmanlar qazanıblar.
Hər iki müsabiqənin qalibi oldum
Dostlarıma
fəxarətlə söyləyərdim ki, beynəlxalq
müsabiqələrdə qaliblərin sırasında mənim
də adım var. Belə ki,
Hindistanda keçirilən beynəlxalq gənclər və
uşaqların rəsm sərgisində çəkdiyim rəsmlər münsiflər heyəti tərəfindən
bəyənilib və xüsusi diploma layiq görülüb.
Yaponiyada keçirilən
“Planetimizi qoruyaq” adlı 18-ci beynəlxalq rəsm müsabiqəsində
isə rəsmlərim I yerə və qızıl medala
layiq görülüb. Bax, beləcə
hər iki beynəlxalq müsabiqədə qələbə
qazanaraq ikili sevinc yaşadım.
Mükafatlandırma mərasimində
Mərasimdə
çoxlu qonaqlar vardı. Onlar
da qazandığımız uğurlardan söz açır,
gələcəkdə daha
gözəl rəsmlər çəkməyimizi, sərgilərimizin keçirilməsini
arzulayırdılar. Mərkəzin direktoru Lalə Qəti isə
məzunları ilə qürur duyduğunu, beynəlxalq müsabiqə və festivallarda əldə etdikləri
nailiyyətlərdə mərkəzin müəllimlərinin əməyinin
çox olduğunu vurğuladı.
Bildirdi ki, sənət
yarışmasında
qazanılan hər bir uğur dərnək üzvlərini
daha fəal olmağa, gözəl sənət əsərləri
yaratmağa ruhlandırır. Qazanılan hər bir uğur mərkəzin
fəaliyyətinə verilən qiymət kimi dəyərləndirilir.
Vaxtımı səmərəli
istifadə edirəm
Anam Azərbaycan Dillər Universitetində italyan dili üzrə tərcüməçi
və müəllim işləyir. Qardaşım Rasim mənim təhsil
aldığım məktəbin 1-ci sinfində oxuyur.
Anamın vaxtı az olduğundan
dərslərini hazırlamaqda ona köməklik edirəm.
Qardaşım pianoda ifa etməyi də çox
xoşlayır. ARB telekanalında “Günəş”
verilişinə dəvət almışdım. Mən
özüm haqda, çəkdiyim rəsmlər barədə danışdım. Gələcəkdə
peşəkar rəssam olacağıma söz verdim. Mədəniyyət
kanalında da “Dərsdən sonra” verilişində 3-4 dəfə çıxış etmişəm. Sosial şəbəkələrdən
istifadə etmirəm. Vaxtımdan səmərəli istifadə
etməyə çalışıram. Məktəb
kitabxanasının üzvüyəm. Çoxlu bədii ədəbiyyat
oxuyuram. Sonuncu oxuduğum kitablardan biri “Balaca şahzadə”dir.
İngilis dilini də öyrənirəm.
Rəsm
müəllimi Nərmin Abdullayevanın dediklərindən: -
Güldanə ilə 5 yaşından
məşğul oluram. Hələ
balaca bir qız ikən o, çalışqanlığı
ilə mənim hədsiz sevgimi qazandı. Ozünə
inamı artırmaq üçün mən ona öz
karandaşlarımı verib deyirdim ki, bunlar sehrlidir, çəkdiyin
rəsmlər daha gözəl olacaq. O da bundan ilhamlanıb daha
gözəl rəsmlər çəkərdi. Artıq
Güldanənin 10 yaşı var. Ötən bu illər ərzində böyuk uğurlara imza atıb. Bir
çox sərgi və müsabiqələrin iştirakçısı və
diplomantıdır. 2016-cı
ildə keçirilən “Dostluğun sehri” adlı sərgi
müsabiqəsində I yerə, 2017-ci ildə isə “Vətənimin adət və ənənələri”
adlı sərgi müsabiqəsində II yerə layiq görülüb.
...Bizə
isə yeniyetmə rəssama gələcək
fəaliyyətində bol-bol uğurlar diləmək qalır.
Uğurlar isə bir-birini əvəz etməkdə, davam etməkdədir.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2018.-
16 mart.- S.14.