Elmi milli sərvət
sayan cümhuriyyət
AXC-100
Həm ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu
müddətdə, həm
də ölkə Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin
(AXC) yubileylərinin yüksək
səviyyədə qeyd
olunmasına xüsusi
diqqət göstərmiş,
müvafiq sənədlər
imzalamışlar. 2008-ci ildə dövlət başçısının sərəncamı
ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90
illik yubileyi təntənəli şəkildə
qeyd olunmuşdur.
Cari ildə
isə milli dövlətçilik tarixində
xüsusi yer tutan AXC-nin 100 yaşının tamam olması münasibətilə
dövlət başçısı
2018-ci ilin Azərbaycan
Respublikasında “Azərbaycan
Xalq Cümhuriyyəti
İli” elan edilməsi haqqında Sərəncam imzalayaraq, bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə
qeyd edilməsini qarşıya məqsəd
kimi qoydu.
28 may
1918-ci il - hər bir azərbaycanlının
ölkəmizin tarixinə
dair unutmamalı olduğu əlamətdar günlərdən biridir.
Məhz həmin gün Tiflis şəhərində Azərbaycan
Xalq Cümhuriyyəti
elan edilmiş, ilk paytaxt isə qədim Gəncə şəhəri olmuşdur.
AXC-nin 1920-ci il aprelin 28-nə qədər
- cəmi 23 ay mövcud
olmasına baxmayaraq, bu
qısa müddətdə
bir çox taleyüklü məsələlər
həll olunmuşdur. Məhz cümhuriyyət dövründə
ilk dəfə qadınlara
seçki hüququ verilmiş və qadın-kişi bərabərliyi
təmin edilmişdir.
İki il
ərzində, həmçinin
milli ordu quruculuğu, milli valyutanın buraxılması,
milli bankın yaradılması, demokratikləşmə,
azad seçkilər, Azərbaycanın bütövlüyünün
təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə
məqsədyönlü tədbirlər
həyata keçirilmişdir.
1918-ci il dekabrın 7-də müsəlman
Şərqində ilk parlamentin
birinci iclasının
açılışı olmuş və parlamenti açan Azərbaycan Milli Şurasının sədri
M.Ə.Rəsulzadə böyük
təbrik nitqi söyləmişdir. Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev
isə sədrin birinci müavini seçilmişlər.
Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik
atributlarını qəbul
etməsi, dövlət
və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət,
təhsil və səhiyyə sahələrində
atdığı addımlar
xalqımızın tarixində
həlledici rol oynamışdır.
Xalq Cümhuriyyəti
hökumətinin dövlət
quruculuğundakı mühüm
addımlarından biri
də Dövlət rəmzlərinin qəbul edilməsi idi. 1918-ci il iyunun 24-də üzərində aypara və səkkizguşəli
ulduz olan al bayraq barədə qərar qəbul edilmişdir. Noyabrın 9-da isə həmin
bayraq, üzərində
aypara və səkkizguşəli ulduz
olan üçrəngli
(mavi, yaşıl və qırmızı) bayraqla əvəz olunmuşdur.
AXC-nin Azərbaycan
elminin, onun intellektual dəyərlərinin
milli sərvət kimi qəbul edilməsində də mühüm xidmətləri
olmuşdur. Dövrün çətinliklərinə, xarici təhdidlərə,
maliyyə və kadr çatışmazlığına
baxmayaraq, milli hökumət ölkədə
təhsil və mədəniyyətin inkişafı
istiqamətində ciddi
tədbirlər həyata
keçirmişdir.
Cümhuriyyət dövründə Azərbaycanda
yaradılmış ilk ali təhsil ocağının xalqımızın
maariflənməsində, elmimizin
inkişafında böyük
rolu olmuşdur. Milli şüurun formalaşdırılması
və böyük çətinliklə əldə
olunmuş müstəqilliyin
qorunub saxlanılması
üçün savadlı
kadrların yetişdirilməsinin,
elmin inkişafının
vacibliyini dərk edən cümhuriyyətçilər
universitet yaratmaq qərarına gəlmişlər.
Beləliklə, 1919-ci il sentyabr ayının 1-də
Azərbaycan parlamenti ictimai fikir tariximizdə,
elmin, təhsilin inkişafında əvəzedilməz
xidmətlər göstərəcək
ilk ali məktəbin
- Bakı Dövlət
Universitetinin (BDU) təsis
edilməsi haqqında
qanun qəbul etmişdir. Bu, cümhuriyyətin
mühüm nailiyyətlərindən
və xalqımızın
tarixində ən əlamətdar hadisələrdən
biri idi.
BDU-nun fəaliyyətə başlamasında başda
M.Ə.Rəsulzadə olmaqla,
Azərbaycanın maarifpərvər
ziyalıları böyük
rol oynamışlar. Qərara
görə, universitetdə
4 fakültə fəaliyyət
göstərirdi: Şərq
şöbəsi ilə
birlikdə tarix-filologiya,
fizika-riyaziyyat, hüquq
və tibb fakültələri. Universitetin ilk rektoru isə tanınmış rus alimi, Kazan Universitetinin professoru Vasili İvanoviç Razumovski olmuşdur.
1919-cu il
noyabrın 15-də universitetdə birinci dərs günü elan edilmişdi. Bu xəbər
xalq, o cümlədən
ziyalılar, ictimai-siyasi
xadimlər arasında
böyük sevinclə
qarşılanmışdı. Noyabrın 17-də “Azərbaycan”
qəzetində “Darülfünunun
açılması” adlı
məqalədə yazılırdı:
“Dün Azərbaycan Darülfünunu ilk dəfə
olaraq açıldı
və ilk gündür
ki, məşğuliyyətə
başladı”.
1920-ci ilin əvvəllərində
respublikada elmi tədqiqatlar, əsasən,
Bakı Dövlət Universitetində mərkəzləşmişdi. 1920-1922-ci illərdə burada humanitar, tibb və təbiyyat bölmələrindən ibarət
elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. Assosiasiya müxtəlif
elm sahələri üzrə
problemlərin tədqiqi,
elmi kadrların hazırlanması və inkişafı işinə
hərtərəfli yardım
göstərməyi qarşısına
məqsəd qoymuşdu.
BDU Azərbaycan elminə minlərlə alim, ziyalı və görkəmli şəxslər
bəxş etmiş, sonralar ölkəmizdə
fəaliyyətə başlayan
neçə-neçə ali məktəbin yoluna işıq salmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının çoxillik
elmi nailiyyətlərinin
əldə edilməsində
də məhz BDU-da təhsil alıb yetişmiş yüzlərlə alim və ziyalılarımızın
böyük rolu olmuşdur. Hazırda AMEA ilə BDU birgə
əməkdaşlıq çərçivəsində
dünya təhsili və elminə inteqrasiyanı sürətləndirmək
üçün səylərini
davam etdirir. AMEA elmin tamamilə
yeni inkişaf yolunu istiqamət götürərək prioritet
sahələrdə tədqiqatlar
aparır, yüksəkixtisaslı
kadrların yetişdirilməsi
yönündə ciddi
tədbirlər həyata
keçirir. Azərbaycanın milli sərvəti olan AMEA nəhəng bir təşkilat kimi fundamental tədqiqatların
əsas mərkəzi
hesab edilir.
Nərgiz QƏHRƏMANOVA,
AMEA Rəyasət
Heyəti aparatının
İctimaiyyətlə əlaqələr
və
elmin populyarlaşdırılması idarəsinin şöbə
rəisinin müavini
Azərbaycan müəllimi.-
2018.- 18 may.- S.6.