Universitetlərin təhsil fəaliyyətləri
“Times Highers Education”un yeni
reytinqi açıqlanıb
Dünyanın təhsil xidmətləri
sahəsində ixtisaslaşmış
ən nüfuzlu media qurumlarından olan Böyük Britaniyanın
“Times Highers Education” nəşrinin
budəfəki araşdırması
ali məktəblərin
“Təhsil fəaliyyətləri”,
“Hüquq”, “Biznes və iqtisadiyyat”, “Sosial elmlər” kimi 4 istiqamət üzrə qiymətləndirilməsinə
həsr olunub.
Adıçəkilən istiqamətlər
arasında “Təhsil fəaliyyətləri”nin xüsusi çəkisi olduğundan THE-nin bu sahədə qiymətləndirməsi tədris
və təhsil dərəcələri baxımından
həm tələbələr,
həm də akademik ictimaiyyət tərəfindən diqqətlə
izlənilir. Bu zəruri
məqama diqqət yetirən THE qeyd edir ki, təhsil
iş və tədris üçün
məktəblərin qapılarını
aça, eləcə
də oxuduğumuz universitetlərdə tədqiqatlar
aparmağa imkan verə bilər. “Təhsil fəaliyyətləri”
üzrə dünyanın
ən yaxşı universitetlərinin reytinqi hər birimizə bu sahədə ən yaxşı universiteti seçməyə
kömək edir.
“Təhsil
fəaliyyətləri” üzrə
reytinq sıralamasında
ən yüksək yerləri ABŞ-ın Stenford və Harvard universitetləri tutublar.
İlk “5”-likdə daha sonra Amerikanın
Kaliforniya Berkli Universiteti, Honkonqun Honkonq Universiteti və Böyük Britaniyanın Oksford Universiteti yer alıblar. Honkonq Universiteti sıralamada
10-luqda yer almış
yeganə Asiya ali məktəbidir.
Stenford Universitetinin Ali Təhsil Məktəbi ölkədə
ən yaxşı ali məktəblərdən
hesab olunur. Məktəb
7 magistr, 21 doktorant və 3 birgə proqram təqdim edir. Harvard Universiteti
təhsil sahəsində
13 ayrı-ayrı illik
magistr və bir sıra doktorantura
proqramları təklif
edir. Magistratura proqramları təhsilin bir çox aspektlərini (incəsənət
və təhsil, ali təhsil,
beynəlxalq təhsil
siyasəti, həmçinin
insanın və təhsilin inkişafı)
əhatə edir. Kaliforniya Berkli Universiteti təhsilin geniş məsələlərinə dair
magistr və doktorantura proqramlarını
təqdim edir, siyasətin təhsilə necə təsir etməsi kimi mövzuları öyrənir.
Honkonq Universiteti ingilis dilində tədrisi və eləcə də Çin dilində təhsili təklif edir. Eləcə də riyaziyyat və elmi təhsil
şöbələri də
mövcuddur. Ali məktəbdə
7 tədqiqat, eləcə
də təhsil liderliyi mərkəzləri
var. Oksford Universitetinin
Təhsil Departamentində
dil, idrak və inkişaf; iqtisadiyyat, siyasət və cəmiyyət; biliklər, pedaqogika və dizayn kimi 3 əsas mövzu öyrənilir. Bundan əlavə, departament ibtidai və orta məktəblər üçün müəllim
kadrları hazırlayır.
Təhsil sahəsində tanınmış
milli məruzəçilərin
mühazirələri də
təşkil olunur.
Ən yaxşı 10 ali
məktəb arasında
Honkonq Universitetindən
başqa Böyük Britaniyanın Kembric Universiteti də yer ala bilib. Qalan 8 yer ABŞ universitetlərinə
məxsusdur.
Qeyd edilməlidir
ki, ABŞ bu reytinqdə çox yaxşı, bütövlükdə
118 universitetlə təmsil
olunur. Avropadan isə sıralamada 170, Asiyadan 31 ali
məktəb yer ala bilib. Kanada və Avstraliya
həmçinin reytinqdə
müvafiq olaraq 19 və 33 universitetlə qərarlaşıb.
Maraqlıdır ki, Rusiyanın
Kazan Federal Universiteti (KFU) “Təhsil
fəaliyyətləri” reytinqində
ölkə lideri olub, bu kateqoriya
üzrə ali
məktəb sıralamada
101-ci yeri tutaraq ən yaxşı 125 ali məktəb arasına düşə bilib. KFU ilk dəfə
reytinqə daxil olub və Rusiya
universitetləri arasında
ən yüksək mövqeyi tuta bilib. Ali məktəbin
rektoru İlşat Qafurovun sözlərinə
görə, nəticələr
ali məktəbdə
razılıqla qarşılanıb.
“Bu mövqe yaxşı
göstəricidir, çünki
müəllim kadrlarının
hazırlığı çox
ağır sahədir.
Nə vaxt ki, bizə iki
pedaqoji universitet birləşdirildi, həmkarlarımız
əvvəlcə bunu
yük hesab edirdilər, amma indi biz effektiv sistemi qurduq, hansı ki, artıq bar verir”, -deyə İ.Qafurov bildirib. Adıçəkilən
reytinqdə M.V.Lomonosov
adma Moskva Dövlət Universiteti
2019-cu il üzrə 151 - 175 diapozununda
yer alıb.
Bütövlükdə THE reytinqinə dünyanın 86 ölkəsindən
1250-dən çox ali məktəb daxil olub. “Təhsil”
reytinqi tərtib olunarkən universitetlərin
2019-cu il üzrə qlobal qiymətləndirilməsində istifadə olunmuş 13 kriterya əsas götürülüb. Universitetlər bir neçə meyar üzrə qiymətləndirilib. Onların
arasında tədrisin
keyfiyyəti, ali məktəbin elmi reputasiyası, dərc edilmiş tədqiqat işlərinin
həcmi və keyfiyyəti, beynəlxalq əlaqələr (xarici müəllimlərin və
tələbələrin sayı)
və başqaları
göstərmək olar.
Daha ətraflı
www.timeshighereducation.comworld-university-rankings2019subject-rank ingeducation səhifəsindən
məlumat almaq olar.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2018.- 2 noyabr.- S.16.