“Hollivudda məşhur
filmlərdə çəkiləcəyəm”
Rüfət Məmmədov:
“Sizə nağıl kimi də gələ
bilər”
Rüfət Məmmədov 2005-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 6 yaşında paytaxtdakı 211 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. Hazırda Texniki Humanitar liseyin 8-ci sinfində təhsil alır. İncəsənətə marağı isə lap erkən yaşlarından özünü göstərib. Televiziya kanallarında nümayiş olunan cizgi filmlərinə baxa-baxa rus və ingilis dillərini də öyrənib. Bu hələ harasıdır?! Sonradan öyrənəcəyik ki, bu yeniyetmə oğlan bütün yaş dövrlərində öz yaşıdlarından qeyri-adi davranış qaydaları və hamını heyran qoyan fitri istedadı ilə fərqlənib.
Bu keyfiyyətləri həm onun valideynlərini, həm tərbiyəçilərini, sonrakı illərdəsə müəllimlərini hədsiz sevindirib.
Qeyd etmək yerinə düşərdi ki, elə bütün karifeylərin, tanıdığımız və tanımadığımız məşhur sənət, peşə sahiblərinin uşaqlıq, yeniyetməlik illərinə nəzər salanda eyni maraqlı halların şahidi ola bilərik. Haqqında çox eşitdiyimiz istedadlı yeniyetmə olan Rüfətlə də görüşməyi, onunla həmsöhbət olmağı və dilindən eşidəcəklərimi ziyalı oxucu auditoriyamıza ötürməyi qərarlaşdırdım. Təklifimə hədsiz sevinən Rüfətlə söhbətimiz də çox şirin keçdi. Xoş bir xatirə kimi yaddaşıma həkk olunan söhbətin sizin də maraq dairənizi cəlb edəcəyinə zərrəcə şübhə etmədən, gəlin, onu bir yerdə dinləyək:
Sanki göyün yeddinci qatında uçurdum
- Uşaqlıqdan rəsm çəkməyi, rəqs etməyi, mahnı oxumağı çox sevirəm. Yaxşı yadımdadır, atam mənə oyuncaq bir gitara da almışdı. Mən Krokodil Gena, Çeburaşka mahnılarını özüm səsləndirirdim və elə özüm də oynayırdım. Bu, evdə hamının xoşuna gəlirdi və məni əsl istedad sahibi adlandırırdılar. Mən də bu sözlərdən ruhlanır, bir az da lovğalanırdım. Yaşım artdıqca isə nədənsə fərqli rəqs hərəkətləri etməyə daha çox marağım artdı. Hiss edirdim ki, rəqs edəndə sanki göyün yeddinci qatında uçuram.
Müəllimlərim
mənə güvənirlər
Mən 4 yaşımdan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Çiçəyim” uşaq teatrının şagirdiyəm. Artıq 9 ildir ki, həmin teatrda istedad və bacarığımı nümayiş etdirirəm. Dəfələrlə Mərkəzin diplomunu qazanmışam. Bütün tədbirlərdə müəllimlərimdən öyrəndiklərimin sayəsində fəallıq nümayiş etdirmişəm və uğur qazanmışam. Buna görə də müəllimlərim və dəmək rəhbərlərim məni çox sevirlər, mənə güvəndiklərini dillərinə gətirirlər.
Bu sənətə həvəs nəslimizin
genində var
Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Buta Palacedə keçirilən Yeni il şənliklərində həmişə fəal iştirak və baş rolları ifa edirəm. Bundan əlavə, müxtəlif musiqili proqramlarda dəyərli ifaçılarla eyni səhnəni bölüşmüş və gözəl mahnılar ifa etmişəm. 2014-cü ildən etibarən L. və M.Rostropoviçlər adma 21 nömrəli 11 illik musiqi məktəbinin fortepiano sinfində təhsil alıram. Mərkəzin rəhbəri Lalə Qəti və “Çiçəyim” uşaq teatrının bədii rəhbəri, pedaqoq, rejissor Rəna Kərimova məni çox sevirlər və istedadımı yüksək qiymətləndirirlər. Onların mənim üzərimdə əməklərini mən heç bir ölçü vahidi ilə müəyyən edə bilmərəm. Çünki istedadımın və bacarığımın üzə çıxarılmasında onların əməkləri misilsizdir. Yeri gəlmişkən bir məqamı da diqqətinizə çatdırım ki, mənim ulu babam bəstəkar, babam isə rəqqas olub. Yəni bu sənətə həvəs, necə deyərlər, nəslimizin genində var və mən də onu müəllimlərimin köməkliyi ilə inkişaf etdirirəm.
“Tək olanda qorxma”
serialmda baş rolda çəkildim
“Space” telekanalında
“Mən böyümüşəm”
uşaq verilişinin aparıcısı olmuşam.
2013-cü ildə həmin telekanalda yayımlanan “Tək olanda qorxma” serialmda baş rolda çəkildim.
Rejissor
Nadir Diridağlı bu
rolda çəkiləcəyimi
bildirdikdə həm sevindim, həm də böyük məsuliyyət hiss etdim.
Film valideynlərini avtomobil qəzasında itirən uşaqların həyatından bəhs olunurdu. Nəhayət ki, aktyorluq məharətimi nümayiş
etdirdim və uğurlu alındı.
Bu film məni dünyaya tanıtdı.
2012-ci ildə Amsterdamda keçirilən
“Junior Eurovision” mahnı müsabiqəsində
Azərbaycanı təmsil
edən heyətdə
rəqs qrupuna seçildim. 2013-cü ilin noyabrında Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının xalq artisti Dmitri Bertmanın quruluşunda italyan bəstəkarı Umberto Cordanonun
(Umberto Giordano) “Sibir” operası
nümayiş olundu və səhnədə tək azərbaycanlı və kiçikyaşlı
iştirakçı olaraq
mən çıxış
etdim. 20 noyabr 2014-cü ildə keçirilən Azərbaycan
Uşaqlarının III Ümumrespublika
Uşaq Forumunda iştirak edərkən ən balaca tədbir iştirakçısı
idim. 2016-cı ilin mayında isə Türkiyənin
Kayseri şəhərində keçirilən XI beynəlxalq
məktəblərarası teatr festivalında “Çiçəyim” uşaq
teatrını təmsil
etdim və ən yaxşı uşaq aktyoru nominasiyasının qalibi oldum. Həmin il Türkiyədə
keçirilən “Yetenek
sizsiniz” yarışmasında
7 nəfərlik rəqs
qrupunda hip-hop dansı
təqdim etdim. Xaricdə festivalda təqdim edilmək üçün
Michael Jacksonun həyatı
haqqında çəkilən
qısametrajlı filmdə
baş rolda çəkildim. Həmin
il Bakı
Şəhəri üzrə
Təhsil İdarəsinin
təşkilatçılığı ilə Heydər Əliyev Sarayında “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi
Günü” və “Multikulturalizm ili” münasibətilə “Dostluq
dünyamız” adlı
ümumşəhər mahnı
və rəqs festivalı keçirildi. Bu festivalda mərkəzin
“Çiçəyim” uşaq
teatrı studiyasının
üzvü olaraq iştirak etdim və flaşmob səhnəciyində mahnı
səsləndirdim. 2016-cı ilin 17 dekabrında Heydər Əliyev Sarayında keçirilən
IZİMA Uşaq Festivalında
22 iştirakçıdan biri
oldum...
Azərbaycan bayrağını Qarabağda
asacağıq
Türkiyədə keçirilən uşaq festivalında iştirak edəcəyimi eşidəndə
çox sevindim. 2014-cü ildə Mərkəzin “Azəri inciləri” rəqs qrupunun və “Çiçəyim”
uşaq teatr studiyasının üzvləri
Türkiyənin İstanbul
şəhərinə dəvət
olunmuşdu. İstanbulun
Baxçalıevlər Kaymakamlığı
İlçə Milli
Təhsil Müdirliyi tərəfindən 23 aprel
Beynəlxalq Uşaq Festivalına dəvət alan mərkəzin
33 nəfərdən ibarət
nümayəndə heyəti
tədbirdə türk
və liviyalı uşaqlarla birlikdə çıxış etdi.
Festivala toplaşan qonaqlar, uşaqlar və valideynlər ifa olunan “Azərbaycan
süitası”, “Şənlik”
rəqsi və “Azərbaycan” mahnısını
maraqla dinlədilər.
Çıxışım iştirakçılarda xoş ovqat yaratdı. Yaşıdlarında birlikdə müxtəlif
mükafat, diplom və hədiyyələr
qazandıq. Baxçalıevlərdəki liseydə festivalın
final konserti keçirildi.
Azərbaycan rəqqaslarının rəngarəng rəqsləri
nümayiş olundu.
Balacaların hazırladıqları səhnəcik və kompozisiyalar qonaqlarda xoş ovqat yaratdı. Konsertin ən maraqlı
çıxışı isə
dəmək üzvü
Şahin Tağızadənin
ifa etdiyi “Çırpınırdı Qara
dəniz” mahnısı
hamını heyran etdi. Mahnının final hissəsində “Azərbaycan bayrağını
Qarabağdan asacağız”
sözlərini zala toplaşanlar əllərində
Azərbaycan bayraqları
ayağa qalxaraq xorla ifa etdilər.
23 sentyabr 2018- ci il Moskvada
keçirilən 9 ölkənin
iştirak etdiyi “Vo Ves Qolos” televiziya
müsabiqəsində Azərbaycan
komandası olaraq iştirak etdim və böyük uğur qazandım.
Beynəlxalq festival çox maraqlı
keçdi
2018-ci ilin oktyabrında
İspaniya Krallığının
Coste de Sol şəhərində
keçirilən uşaq
və gənclərin
“Tu onda” (Sənin dalğan) Beynəlxalq festivalda mən də iştirak edirdim. Moda mədəniyyəti
nominasiyası üzrə
podiumdakı çıxışım
hamını heyran etdi. İspaniyanın məşhur və
tanınmış modelyerinin
hazırladığı geyimdə
yüksək aktyorluq məharəti, professionallıq
nümayiş etdirdim və birincilik qazandım.
Müsabiqələrdə birinciyəm
Müxtəlif illərdə dəfələrlə
dövlət qurumları
tərəfindən fəxri
fərman və diplomlarla mükafatlandırılmışam. Təhsil
Nazirliyi tərəfindən
müsabiqə və yarışlarda fəal iştirakıma, filmlərdə
uşaq rollarını
məharətlə ifa
etdiyimə, uşaq verilişlərinin aparıcısı
kimi xüsusi bacarıq və qabiliyyət nümayiş
etdirdiyimə görə,
mərkəzin rayon, şəhər,
respublika və beynəlxalq tədbirlərinin
fəal iştirakçısı
kimi fərqləndiyimə
görə, “Məktəbini
tanıt” videoçarx
müsabiqəsində fəal
iştirakçı olduğuma
görə diplom və fəxri fərmanlara layiq görülmüşəm.
Asudə vaxtlarımı səmərəli
keçirirəm
Mən gələcəkdə
dizayner olmaq istəyirəm. Bundan əlavə, gələcəkdə
Holluvudda məşhur
filmlərdə baş
rollarda çəkilmək
və paralel olaraq vokal istedadımı
davam etdirərək mahnılarımı ifa etmək arzusundayam. Düzdür, bu sözlərim bu gün sizə bir az nağıl kimi də gələ bilər, yəni reallığa uyğun qəbul etməyə də bilərsiniz, ancaq inanın, gecə-gündüz çalışacağam,
lap az yatacağam, öz üzərimdə çox, lap çox çalışacağam ki,
bu arzularımı gerçəkləşdirə bilim. Asudə vaxtlarımdan da
səmərəli istifadə
edirəm. Kliplərə baxıram, sosial şəbəkədə dostlarımla
yazışıram, kitablar
oxuyuram.
Dekabr ayında
Latviyanın Riqa şəhərində keçiriləcək
beynəlxalq festivalın
final turuna dəvətliyəm. Gecəmi-gündüzümə qatmışam ki,
bu festivaldan qalib qayıdım və qalib ölkələrin
sırasında Azərbaycanımın
adı səslənsin.
...Hə,dəyərli oxucular, Rüfəti dinlədikcə biz sizinlə
yaşı böyük
olmasa da həyat və fəaliyyət tarixçəsi
kifayət qədər
zəngin olan bir yeniyetməmizin də qeyri-adi istedadından xəbər
tutduq. Bizə isə qalır
bu istedad sahibinə gələcəyin
tanınmışlardan, məşhurlardan
biri olmağı arzılamaq.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.-
2018.- 2 noyabr.- S.11.