"Canlı əfsanə" Musiqi Kollecində

 

Rasim Balayev: “Bu, tələbələrin mənimlə

deyil, mənim tələbələrlə görüşüm oldu”

 

Ona çox adam belə deyir. , fikrimizcə, düz edir. Çünki görkəmli sənətkarımız, istedadlı aktyor, Azərbaycanın Xalq artisti Rasim Balayev həqiqətən filmlərdə oynadığı bir-birindən fərqli maraqlı rollarına, böyük ustalıqla yaratdığı obrazlar qalereyasına görə xalqımız arasında artıq çoxdan əfsanələşib, milyonların sevimlisinə çevrilib. Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi Kollecində onu belə tanıyır sevirlər. Hətta böyük sənətkarın keçdiyi zəngin həyat maraqlı yaradıcılıq yolunu sərrast obrazlı şəkildə ifadə edən bu sözləri bu günlərdə aktyorla keçirdikləri görüşdə ona təqdim etdikləri hədiyyənin üzərinə həkk eləmişdilər.

Görüş isə həqiqətən maraqlı təşkil olunmuşdu. Musiqi Kolleci görkəmli sənətkarlarla əvvəlki görüşlərində olduğu kimi, bu dəfə orijinal forma məzmunlu bir tədbir ortaya qoymuşdu. Görkəmli aktyorla vaxtilə Teatr İnstitutunda bir yerdə təhsil almış, bir yataqxanada qalmış sənət dostları, tanınmış mədəniyyət incəsənət xadimləri, paytaxtda yerləşən bir sıra ali orta ixtisas təhsili müəssisələrinin rəhbərləri görüşə dəvət edilmişdilər.

Kollecin istedadlı tələbələri böyük aktyorun şərəfinə maraqlı konsert proqramı hazırlamışdılar tədbir kollecin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımovun qonağı salamlamasından sonra bu proqramla başladı.

Nazim müəllim hörmətli qonağa xoşgəldin etdi. Bildirdi ki, kolleclərində indiyədək çox sənətkarlarla görüşlər, yubileylər keçirilib. Amma tanınmış aktyorla keçirilən görüş incəsənətin bu növünün nümayəndələri ilə bir ilkdir. Professor N.Kazımov Rasim Balayevlə vaxtilə bir yataqxanada qaldıqları günləri xatırlatdı, həmin dönəmdən bəzi epizodlar danışdı görkəmli aktyorun yaradıcılıq yoluna qısa bir ekskurs etdi.

Həmin gün Xalq artisti Rasim Balayevlə birlikdə Nəsimi, Babək tələbələrin qonağı idilər təbii ki, onlardan, görkəmli aktyorun filmlərimizdə böyük istedadla canlandırdığı bu obrazlardan da söhbət getdi. belə bir bəlli həqiqət bir daha qeyd olundu ki, “Nəsimi”, “Babək böyük sənətkarın rol aldığı onlarca digər filmimiz Rasim Balayevi şöhrətləndirdiyi kimi, Rasim Balayev öz virtual oyunu ilə Nəsimiyə, Babəkə təkrar bir ölməzlik bəxş etmişdir.

Professor Nazim Kazımov Xalq artistini 70 illik yubileyi münasibətilə təbrik edib, kolleclərinin müəllim tələbə heyətlərinin sevgi sayğılanm ona çatdırdı.

Tələbələrin konsert proqramı nağaraçalanlar ansamblının çıxışı ilə başlandı. Sonra III kurs tələbəsi Fərqanə Ağayeva “Qatar təsnifi”ni ifa etdi. Onun ardınca IV kurs tələbəsi, İslam müsabiqəsinin I yer mükafatçısı Camalə Abdinzadə fortepianoda A.SkryabininPrelüdlər”ini, III kurs tələbəsi Hüseyn Musayev skripkada A.Vivaldininİlin fəsilləriməcmuəsindənYay fəsli”ni (R.Balayev avqust ayında anadan olub) təqdim etdilər. IV kurs tələbəsi Pünhan Piriyevin ifasındaSegah təsnifi”, II kurs tələbəsi Seymur Həsənovun akkardeondaPopurrinömrələri əvvəlki çıxışlar kimi görüş iştirakçıları tərəfindən alqışlarla qiymətləndirildi. Proqram nəfəs zərb alətləri kvintetinin çıxışı ilə başa çatdı.

Konsert tədbir iştirakçılarında xoş əhvali-ruhiyyə yaratmaqla yanaşı, 120 yaşlı bu musiqi məbədində xalqımızın ölməz sənətkarlarının istedadlı davamçılarının yetişdiyini bir daha nümayiş etdirmiş oldu.

Görüş çıxışlarla, tələbələrin sənətkara ünvanladığı suallarla davam etdi.

R.Balayevlə eyni vaxtda Teatr institutunda oxumuş bir yataqxanada qalmış Xalq artisti, rejissor Vaqif Əsədov görkəmli sənətkar haqqında ürək sözlərini dedi, tələbəlik illərindən xatirələr danışdı. Xalq artisti Alim Qasımov R.BalayevinNəsimifilmində səsləndirdiyi qəzəli muğam üstündə ifa elədi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov sənətkarın yaradıcılıq xüsusiyyətlərindən söz açdı, onu yubileyi münasibətilə təbrik etdi. Kollec direktorları adından söz alan Bakı Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov R.Balayevin Azərbaycan kinosunun inkişafındakı rolundan bəhs etdi.

Hamının ürəyi sənətkara məhəbbətlə, ona ünvanlandırmaq istədiyi xoş sözlərlə dolu olan görüşdə, nəhayət, söz qonağa verildi. Xalq artisti Rasim Balayev belə maraqlı görüşə görə kollecin rəhbərliyinə, pedaqoji tələbə heyətinə minnətdarlıq etdi, onun haqqında xoş sözlər deyən çıxışçılara təşəkkürünü bildirdi.

Tələbələrin yüksək ifaçılıq məharətinin, eləcə görüş iştirakçıları olan tanınmış sənətkarlar, kollec rəhbərləri, müəllim, tələbə valideynlərlə təmasın, tədbirdə hökm sürən özəl əhvali-ruhiyyənin onda dərin təəssürat yaratdığını deyən R.Balayev, bu görüşün onun üçün çox dəyərli olduğunu bildirdi tədbiri əslində tələbələrin onunla deyil, məhz özünün tələbələrlə görüşü kimi xarakterizə etdi. Görkəmli sənətkar hər hansı bir sənət yolunda uğur qazanmaq üçün istedadla yanaşı zəhmətin də mühüm rolu olduğunu vurğuladı və tələbələrə zəhmətdən qorxmamağı, daim öz üzərində çalışmalarını tövsiyə etdi.

Sonda “canlı əfsanə”yə hədiyyələr təqdim olundu, onunla birlikdə xatirə şəkli çəkdirildi.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2018.- 9 noyabr.- S.13.