Avropanın ən savadlı məktəblilərinin
vətəni
Yaxud Estoniyanın təhsil
uğurlarının əsasında hansı amillər
dayanır?
Hər bir ölkənin inkişafı birbaşa olaraq onun təhsil sisteminin keyfiyyəti ilə bağlıdır. Sosial rifah halı, iqtisadi qüdrəti, hərbi gücü, əsasən də XXI əsrin başlıca trendi olan texnoloji potensialı yüksək olan ölkələr illər öncə təhsil sahəsində həyata keçirdikləri islahatların bəhrələrini görürlər. İndi liberal ab-havası hesabına ciddi uğurlar qazanmış Finlandiya təhsil sistemindən çox danışılır. Yaxud ötən əsrin sonlarının iqtisadi möcüzəsi sayılan Cənubi Koreyanın uğurları sərt tədris prosesi ilə izah olunur. PISA-nm 2017-ci ilə dair nəticələrinə görə, Estoniya məktəbliləri savad və biliklərinə görə dünyada üçüncü, Avropada isə birincidirlər. Bu faktla ilk dəfə tanış olan oxucu üçün qəribə görünə bilər: Estoniya? Cəmi 25 il əvvəl SSRİ mirasından qurtulmuş kiçik postsovet ölkəsi? Nəyin hesabına?
Konstitusiya məcburiyyəti
Estoniyada təhsil yalnız təlim-tərbiyənin mühüm amillərindən biri deyil, həm də Konstitusiya tərəfindən təsbit olunmuş məcburi prosesdir. Mütəxəssislər hesab edirlər ki, Estoniya təhsil sisteminin ən mühüm özəlliyi onun rahatlığıdır. Uşaq bağçalarının əksəriyyətinin özəl olmasına baxmayaraq, məktəbəqədər təhsil hər bir ailə üçün əlçatandır. Yerli qanunlara görə, dövlət hər bir uşağın xərclərinin 50%-ni öz üzərinə götürür. Ancaq belə bir məqam da var ki, hər bir ailənin uşaq bağçası xərcləri aylıq məvacibin 20%-dən çox olmamalıdır. 7 yaşma çatmış uşaq növbəti mərhələ - orta məktəbə qədəm qoyur. Qeyd edək ki, uşaq bağçalanndakı təlim eston dilində həyata keçirilir.
Estoniyada sərt qayda hökm sürür: uşaq valideynin seçdiyi təhsil ocağına deyil, mütləq halda qeydiyyat yerinə ən yaxın məktəbə getməlidir.
Tam orta təhsil 4 mərhələdən ibarətdir:
- 1-3-cü siniflər;
- 4-6-cı siniflər;
- 7-9-cu siniflər;
- 10-12-ci siniflər (gimnaziya təhsili).
İlk üç mərhələ hökumət tərəfindən hazırlanmış vahid tədris proqramına uyğun həyata keçirilir. Sinifdən-sinfə keçid yalnız müəllimin verdiyi müsbət rəy əsasında mümkündür. Əgər hər hansı şagird proqramdan geri qalırsa, o, yay tətili ərzində əlavə dərslərdə iştirak etməlidir. 9-cu sinfi bitirən şagird ya əlaçı sertifikatı alır, ya da anqlosakson sistemi əsasında 1-dən 5-dək qiymətlərin əks olunduğu attestat. Şagird seçim etməlidir: ya orta məktəbdə təhsilini davam etdirməli, ya da orta xüsusi təhsil müəssisələrinə qəbul olunmalıdır. Əgər şagird birinci yolu seçirsə, gimnaziya təhsilinə qədəm qoyur. Burada da onun iki seçimi var:
1. Universitetdə təhsil almaq planı varsa, akademik istiqamət;
2. İş yeri barədə düşünürsə,
peşə istiqaməti.
XVII əsrdən
başlayan ənənə
Estoniya zəngin
təhsil ənənələrinə
sahibdir. Ali məktəb
tarixi 1632-ci ildə İsveç kralı II Qustav Adolfim Tartu Universitetinin əsasını
qoyması ilə başlayır. Hazırda
ali məktəblərə
daxil olma prosesi orta məktəbdə
alman qiymətlərə
əsasən həyata
keçirilir. Orta məktəbdə verilmiş
imtahanların qiymətləri
ali məktəbə
daxil olmaq üçün əsasdır.
Ali məktəblər iki
qrupa bölünür:
akademik və tətbiqi. Əgər birinci qrup müxtəlif istiqamətlər
üzrə bakalavr, magistr və doktorluq təhsili təklif edirsə, ikincidə daha məhdud profilli və yalnız bir istiqaməti ehtiva edən təhsildən söhbət
gedir. Ancaq 2005-ci
ildə qanuna edilmiş dəyişikliyə
əsasən, tətbiqi
profilli ali
məktəblər də
tələb olunan infrastruktura malik olduqları halda magistratura təhsili verə biləcəklər.
Estoniya təhsil
sistemində həyata
keçirilən islahatlardan
sonra bakalavr təhsili 3, magistr təhsili isə 2 ildən ibarətdir. Bu, ECTS sistemi
üzrə 280 bal deməkdir. ECTS - tədris
proqramı və kursu öyrənməsi müddətində tələbənin
işinin uçotu sistemidir. Estoniyada 280 bal toplamış məzun Avropanın istənilən yerində işlə təmin oluna bilər.
Ölkədə 6 dövlət universiteti fəaliyyət göstərir. Özəl universitetlərin
sayma dair mənbələrdə fərqli
rəqəmlərə rast
gəlmək olar.
Bu, akademik istiqamətə
dair statistikadır.
O ki qaldı tətbiqi universitetlərə,
burada bölgü belədir: 8 dövlət və 12 özəl.
Son illərin dəyişməz
lideri olan Tartu Universiteti daha nüfuzludur. Tartu dünyanın
ən tanınmış
600 ali məktəbindən
biridir. İkinci yerdə gələn
Tallin Universiteti humanitar və sosial elmlər sahəsində ixtisaslaşıb.
2005-ci ildə təsis
olunub və ölkənin ən sürətlə böyüyən
ali məktəbi
hesab olunur. Burada tələbələr rus
və ingilis dillərində də təhsil ala bilərlər.
Məşhur Baltik kinematoqrafiya
və KİV məktəbi
Tallin Universitetinin tərkib hissəsidir.
Estoniyanın üçüncü ən populyar ali məktəbi
isə Tallin Texnoloji Universitetidir.
Burada tələbələr
həm texniki-mühəndislik,
həm də beynəlxalq münasibətlər
və biznes təmayüllü təhsil
alırlar. “Studentland”m
verdiyi məlumata görə, Estoniyada 150-dək
proqram mövcuddur ki, onların əsasında ingilis dilində bakalavr, magistr və doktorluq təhsili almaq olar.
“Estonian Business School” 1988-ci ildə yaradılıb və ilk özəl ali məktəb
sayılır. Adından da
göründüyü kimi,
əsas etibarilə biznes təhsili üzərində ixtisaslaşıb.
Kommersiyanın sirlərinə
eyni zamanda, Tallində fəaliyyət
göstərən digər
özəl ali
məktəb - “Mainor
Business SchooF’da da yiyələnmək olar.
Əgər tələbə dövlətdən
güzəşt əldə
edə bilmirsə, ali təhsilin
orta illik qiyməti 1400-4000 avro təşkil edə bilər.Tartu Universitetində
7000 avroluq fakültələr
də var. Tələbənin
aylıq xərci
400-500 avrodur. Bir məqamı unutmaq olmaz:
Estoniyanın dövlət siyasəti
ondan ibarətdir ki, ali məktəbləri bitirmiş
məzunlar ölkədə
qalıb işləsinlər.
Məhz buna görə də yerli tələbələrin
təhsil güzəştləri
daha çoxdur. Mütəxəssislərin fikrincə,
Estoniyada ali
təhsil Avropanın istənilən yerində analoji təhsildən heç də geri qalmır. Bütün illik reytinqlərdə ölkə universitetləri
yüksək nəticələr
göstərirlər.
Hesab olunur ki, bütün
bunlar son illərdə
həyata keçirilmiş
aşağıdakı islahatlar
hesabına mümkün
olub:
1. 2002-ci ildən Bolonya sisteminə keçilib - bakalavr 3, magistr 2, doktorluq pilləsi 4 il;
2. Proqram və universitetlərin akreditasiyası
üçün tələblər
dəyişilib və
liberallaşdırılıb;
3. Tətbiqi proqramlar üzrə ali
məktəbə məxsusi
diqqət göstərilib,
akrreditasiya şərtləri
yumşaldılıb;
4. Qanunvericilik təkmilləşdirilib.
Uğur faktorları
Yazımızın lap əvvəlində belə bir sual
qoymuşduq: nəyin hesabına Estoniya təhsil sahəsində ciddi uğurlar qazana bilib? Konkret
olsun deyə, çoxsaylı amilləri
ümumiləşdiririk:
- Estoniya həyat səviyyəsinə görə
dünyanın ən yaxşılarından biridir.
Son illər ərzində
Estoniya internet azadlığı
sahəsində dünya
ikincisi olub. Ölkə adambaşına
düşən startaplann
sayma görə dünya rekordçusudur;
- Ölkədə xeyli müddətdir ki, elektron hökumət və institutlar fəaliyyət göstərir.
Həyatın bütün
sferaları internet vasitəsilə
idarə olunur;
- Məktəblər “Elektron
Estoniya”nm tərkibinə
daxildir. Müəllimlərin,
məktəb administrasiyasının
və valideynlərin kompüterləri uşaqların
ev işlərinə
belə nəzarət
edə bilən vahid sistemə daxildir;
- 20 ildir “Pələngin tullanışı” adlı
proqram fəaliyyət
göstərir. Bütün məktəblər,
müəllimlər və
şagirdlər kompüterlə
təmin olunublar.
Bu proqram hesabına məktəb islahatlarının
digər mərhələsinə
- məktəblərin rəqəmsallaşmasına
keçid mümkün
olub;
- Kadr siyasəti. Uşaq bağçalarında körpələrin
tərbiyəsi ilə
tərbiyəçilər deyil, peşəkar müəllimlər məşğuldur.
Direktor vəzifəsi seçkilidir.
Estoniyada ən güclü seçki rəqabəti məhz direktorun seçimi zamanı müşahidə
olunur: bir yerə 25-30 namizəd! Direktoru müəllimlər, valideynlər
və şagirdlər
seçir. Müəllimlər daimi təkmilləşmə
prosesindədirlər. Məktəb
heyətinin 94%-i xüsusi pedaqoji təcrübələri olan
peşəkarlardan ibarətdir.
2017-ci ildən etibarən
müəllimin orta aylıq əmək haqqı 1270 avro təşkil edir;
- Keyfiyyətli təhsildə
bərabərlik prinsipi.
Estoniyada
tez-tez qeyd etməyi sevirlər ki, heç bir uşaq təhsilində
ailəsinin sosial-iqtisadi
durumuna görə fərqləndirilməməlidir.
PİSA-nm araşdırmalarına görə, Estoniyada maliyyə durumu aşağı olan ailələrin uşaqları
təhsildə daha yüksək nəticələr
göstərirlər;
- Məktəblərdə ev işi mütləqdir! Finlandiyadan
fərqli olaraq Estoniyada hesab olunur ki, uşaqlara
ev tapşırığı
verilməlidir. Özü də
kifayət qədər
həcmdə. Ancaq o qədər
ki, hobbi və əyləncəyə
də vaxt qalsın. Müəllimlər
ev tapşırıqlarının
hazırlanması prosesində
valideynlərlə sıx
təmasdadırlar. Hətta
övladlarına ev işlərinin hazırlanmasında köməklik
etmək üçün
valideynlərin pulsuz ingilis dili kurslarına
cəlb olunma praktikası da mövcuddur;
- İnklüziv təhsil. Estoniya bu
sahəni nizamlayan bütün beynəlxalq sənədlərə imza
atıb. 15 vilayətdən
hər birində fiziki məhdudiyyətli uşaqların təhsil almalarına köməklik
göstərən mütəxəssislərdən
ibarət mərkəzlər
fəaliyyət göstərir;
- Proqramdan geri qalan uşaq heç bir halda ikinci ilə
saxlanılmamalıdır. Bu istiqamətdə Estoniya Skandinav təcrübəsindən
yararlanır, geri qalan uşaqla fərdi iş aparılır;
- Ənənələrin gücü. Estoniyada 1686-cı ildən etibarən qızların və oğlanların təhsili məcburidir.
Görünür, bu tarixi amil ölkə əhalisinin savadlılıq
həddinin yüksək
olmasında başlıca
rol oynayır.
Estoniya bu gün təhsilinin şəffaflığı və yüksək keyfiyyəti hesabına ümumavropa təhsil məkanının ayrılmaz hissəsidir. Hazırda ölkə IT-texnologiyalann inkişafı və gündəlik həyatın bütün sferalarına tətbiqi sahəsində Avropa lideridir, dünyada isə ən qabaqcıl ölkələr sırasındadır. Dövlət təhsil prosesinə və təhsil alana dayanmadan dəstək verir. Son hədəf savadlı məzunun ölkənin tərəqqisi prosesinə cəlb edilməsidir. Bu siyasətin nəticəsidir ki, ali məktəbləri bitirən nəinki yerli məzunlar, hətta əcnəbi tələbələr belə Estoniyada qalıb işləmək arzusundadırlar. Belə demək mümkündürsə,
Estoniya ənənəvi qabaqcıl təhsil ölkələri qədər PR-a ehtiyac duymayan yeni “təhsil cənnəti”dir.
Rüstəm
QARAXANLI
Azərbaycan müəllimi.- 2018.-
9 noyabr.- S.9.