Müəllim-şagird münasibətləri
Təhsilin keyfiyyətinə
təsir edən amil kimi
Son illər aparılan məqsədyönlü və planlı islahatlar nəticəsində təhsilimizdə ciddi dəyişikliklər baş verib.Təhsilin məzmunu, qiymətləndirmə sistemi yenilənib, İKT-nin təhsilə tətbiqi sürətlənib, maddi-texniki baza möhkəmlənib, müasir məktəb binaları tikilərək müəllim və şagirdlərin istifadəsinə verilib. Bütün bunlar, təbii ki, təlim prosesinin, tədris metodikası və üsullarının da dəyişməsini, yenilənməsini şərtləndirib. Öyrətmə-öyrənmə prosesini daha səmərəli etməyə imkan yaradan müasir, interaktiv dərs müəllimlərin tədris fəaliyyətində aparıcı yer tutmağa başlayıb. Müəllimlərin peşəkarlıq səviyyəsi hiss olunacaq dərəcədə yüksəlib. Müəllim-şagird münasibətlərində də köklü dəyişiklik baş verib. Bu münasibətlər əməkdaşlıq müstəvisinə keçib.
Müəllim peşəkarlığının yeni müstəviyə çıxarılması, şagirdlərə yanaşmanın dəyişilməsi, müəllim-şagird münasibətində əməkdaşlıq, qarşılıqlı inam, birgə nəticə əldə olunmasına səy və s. kimi faktorlar isə tədris prosesinin, nəticə etibarı ilə təhsilin keyfiyyətinin artmasına müsbət təsir göstərir. Bunları nəzərə alaraq mən öz fəaliyyətimdə müəllim-şagird münasibətlərinin düzgün qurulmasına xüsusi diqqət yetirirəm.
Çoxillik pedaqoji təcrübəmdən bu qənaətə gəlmişəm ki, müəllim-şagird münasibətlərini düzgün qura bilmək üçün müəllim ilk növbədə şagirdləri yaxşı tanımalı, onların fərdi, psixoloji xüsusiyyətlərini bilməlidir. Bu məqsədlə mən birinci sinif şagirdləri ilə tanışlıq zamanı onlarla diaqnostik iş aparıram. Bu zaman testlərdən, müşahibə, fərdi və kollektiv söhbətlər, oyunlardan istifadə edirəm. Bu kimi işlərin aparılması müəllim-şagird münasibətlərinin düzgün qurulmasına, bu zaman şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınmasına imkan verir. Müəllim bəzən şagirdlə ehtiyatsız davrandıqda, yaxud düzgün pedaqoji yanaşma seçmədikdə şagirddə özünəinam hissi azalır və müəllimlə şagird arasında münaqişə baş verir.
Fikrimcə, pedaqoji əməkdaşlıq üçün:
- Bir-birini dinləmək;
- Birgə qərar qəbul etmək;
- Bir-birinə inanmaq;
- Qrup işində öz məsuliyyətini anlamaq vacib faktorlardır.
Müəllimin şagirddə mənfi
cəhət axtarmayıb
onun yaxşı cəhətlərini qabartmağa
çalışması da müəllim-şagird
əməkdaşlığında mühüm cəhətdir.
Çünki şagirdin
diqqətini müəllim
həyata, işə pozitiv münasibəti, peşəkarlığı ilə
cəlb edə bilməzsə bu, şagirddə müəllimə,
fənnə qarşı
laqeydlik yarada bilər və şagird müəllimi, onun fənnini sevməz. Belə halların olmaması üçün həmin şagirdlə müəllim
arasında saziş bağlanması kimi
iş üsulundan istifadə edir və bu, təcrübədə
yaxşı nəticə
verdiyi üçün
onu həmkarlarıma da tövsiyə edirəm. Bu sazişdə
şagirdin dərslə,
davranışla bağlı
öhdəlikləri öz
əksin tapır. Burada habelə hər hansı bir davranış pozuntusu ilə bağlı şagirdə veriləcək
“cəza” da müəyyənləşdirilir. Sazişi şagird və
müəllim imzalayırlar. “Saziş”də
şagird söz verir ki, dərslərə gecikməyəcək,
dərsdə yoldaşlarının fikrini
yayındırmağa cəhd etməyəcək, kobudluğa
yol verməyəcək və s.
“Saziş”ə əsasən şərtlərə əməl
etdiyi təqdirdə şagirdi valideyninin yazılı formada tərif
alması, məsuliyyətli iş (tapşırıq)
alması, həftə içi müəllimin köməkçisi
olması gözləyir. Əks təqdirdə,
yəni şərtlərə əməl etmədikdə isə
şagirdin valideyninin məktəbə
çağırılması, sinfin ictimai işində
iştirak etməməsi, tərifdən kənarda qalması
kimi vasitələrlə “cəzalandırılması” nəzərdə
tutulur.
Zamanında bağlanmış belə
saziş, aparılmış söhbət
gələcəkdə konfliktin yaranmasının
qarşısını alar. Belə saziş,
söhbət şagirdlə aparıldıqda bu, şagird -
müəllim münasibətində qarşılıqlı
inam, hörmət kimi hisslərin qorunub saxlanmasına gətirər.
Bu halda şagird müəllimlə ünsiyyətdə,
münasibətdə özünü sıxılmış,
“gözü kölgəli” hiss etmir.
Rəna ABDİNOVA,
Gəncə şəhər M.Mehdizadə
adına 4 nömrəli
tam orta məktəbin
ibtidai sinif müəllimi
Azərbaycan müəllimi.-
2018.- 16 noyabr.- S.6.