Elmdə varislik və müasirliyin vəhdəti
Doktorantların və
gənc tədqiqatçıların XXII Respublika elmi
konfransı
Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində qələbəlik idi. 500-dən çox gənc alim və tədqiqatçı buraya apardıqları tədqiqatlar haqqında, bir növ, hesabat verməyə gəlmişdi. Universitetdə doktorantların və gənc tədqiqatçıların növbəti XXII Respublika elmi konfransının açılış mərasimi keçirilirdi.
Konfransda təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.
Konfrans çərçivəsində öncə ADPU-nun məzunları olmuş akademiklər Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayevin adlarını daşıyan auditoriyaların açılış mərasimi keçirilib. Mərasimdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə olimpiadaların qaliblərinə diplomlar təqdim edilib.
Elmi konfransı giriş sözü ilə açan ADPU-nun rektoru Cəfər Cəfərov gənc alimlərin ilk sınaq meydançası olan bu tədbirin ADPU-da keçirilməsinin universitetə göstərilən diqqətin ifadəsi kimi dəyərləndirib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş konfransın elmdə varislik və müasirliyin vəhdəti baxımından xüsusi əhəmiyyəti var. Rektorun sözlərinə görə, ötən 100 il ərzində Azərbaycan elmi böyük inkişaf yolu keçib və bu prosesdə ADPU-nun da öz töhfəsi olub. Rektor bu zəngin tarixi irsin onların üzərinə böyük vəzifələr və məsuliyyət qoyduğunu deyib. Müəllim peşəsinə böyük qiymət verən ümummilli lider Heydər Əliyevin cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrədəcəyimizdən asılı olacaqdır fikrini xatırladan natiq bu böyük şəxsiyyətin Azərbaycan cəmiyyətinin bütün sahələrində, o cümlədən elm və təhsilin inkişafındakı xidmətlərinin öyrənilməsi və təbliğinin xüsusilə gənc tədqiqatçıların əsas vəzifələrindən olduğunu vurğulayıb. Rektor qeyd edib ki, 2021-ci ildə 100 yaşını qeyd edəcək ADPU-nun strateji inkişaf planında universitetin missiyası pedaqoji sahədə tədqiqatların əsas mərkəzi kimi ifadə edilib.
Ölkədə elmin inkişafı üçün yaradılan münbit şəraitdən danışan professor C.Cəfərov Prezident İlham Əliyevin apardığı davamlı inkişaf siyasəti, təhsilə göstərdiyi qayğı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu işləri şəxsi nəzarətdə saxlamasını təhsil və elm ictimaiyyəti üçün tarixi bir fürsət adlandırıb.
Rektor deyib: “Məhz bu diqqətin nəticəsidir ki, hələ 3 il əvvəl Azərbaycanda qəbul imtahanlarında 500-dən yüksək bal toplayaraq elektron ərizəsində müəllimlik ixtisasını 1-ci yerdə qeyd edən abituriyentlərin sayı 102 olduğu halda, 2018-ci ildə belə abituriyentlərin sayı 2096 olub. ADPU üzrə belə abituriyentlərin sayı isə 566 nəfər təşkil edib: Bu, ADPU üzrə nəticələrin 22 dəfə yaxşılaşması deməkdir. Bu gənclər bizə gələcək illərdə elmi tədqiqatlarda böyük ümidlər vəd edir. İndi əsas iş bu gənclərə, ümummilli liderin təbiri ilə desək, nəyi necə öyrətməyimizdən asılıdır”.
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin tədqiqat
universiteti statusunun tələblərinə
uyğunlaşdırılması ilə əlaqədar zəruri
tədbirlər görüldüyünü bildirən rektor
universitetlərində elmi tədqiqat işlərinin vəziyyətini
əks etdirən bəzi rəqəmləri
də diqqətə çatdırıb. Bildirib ki, hazırda Pedaqoji Universitetdə
697 magistr və 137 doktorant təhsil alır. Universitet Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyasının
siyahısında olan 6 dövri elmi jurnalı müntəzəm
nəşr edir. Hər il universitet bir neçə beynəlxalq
konfransa ev sahibliyi edir.
Son illər
universitetin əməkdaşları Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun keçirdiyi məqsədli qrant müsabiqələrində
13 layihə ilə iştirak edib, 5 layihə qalib gəlib.
Qalib qrant layihələrinin ümumi məbləği 235 min
manat təşkil edir. Bu il Gənclər Fondunun elan etdiyi tələbə
müsabiqəsində Pedaqoji Universitetin təqdim etdiyi 6 layihə qalib olub. Həmçinin “Thomson Reuters” agentliyinin siyahısına
düşən impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin
sayı da son 3 ildə 4 dəfədən
çox artıb. 2017-ci ildə ADPU-da aparılan 3 elmi tədqiqat
işi AMEA-nın mühüm
elmi nəticələr siyahısına daxil edilib. Universitetin əməkdaşları
müxtəlif innovativ tədbirlərdə iştirak edərək
müasir yenilikləri mənimsəyirlər.
Çıxışının
sonunda hazırda onları ən çox
düşündürən məsələlərdən
birinin mövcud elmi məktəblərin dünya elmi ilə
inteqrasiya olunmuş, davamlı rəqabət
qabiliyyətli inkişafına nail olmaqla tədrisin keyfiyyətinin yüksəldilməsi olduğunu
deyən rektor konfransın gənc
alimlərin elmi fəaliyyətinə təkan verəcəyinə
əminliyini ifadə edib.
Açılış
mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov
konfransın dövlətçilik
tariximizin ən şanlı səhifələrindən biri
hesab olunan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi
ilə bağlı keçirilən silsilə tədbirlərdən
biri olduğunu deyib. Nazir tədbirə ev sahibliyi edən Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Milli
Elmlər Akademiyasının prezidentləri olmuş
akademik Yusif Məmmədəliyev,
akademik Zahid Xəlilov və akademik Həsən Abdullayevin
adlarını daşıyan auditoriyaların istifadəyə
verilməsini konfransı əlamətdar
edən amillərdən biri kimi qiymətləndirib.
Bilik
iqtisadiyyatı və innovasiya cəmiyyəti ilə xarakterizə
olunan müasir dünyada davamlı və hərtərəfli
inkişafın təmin edilməsində elm və təhsilin
rolunun sürətlə artmaqda olduğunu diqqətə
çatdıran Ceyhun Bayramov bu cəmiyyətin
reallıqlarını əks etdirən müasir
tendensiyaların elm və təhsilin vəhdətinə yeni məzmunda
yanaşmanı zəruri etdiyini deyib. Qeyd edib ki, elm, təhsil
və innovasiyaların inkişafının dövlət siyasətinin
əsas prioritetlərindən hesab olunduğu ölkəmizdə
dövlət başçısı tərəfindən təsdiq
olunmuş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”, müvafiq strateji yol xəritələri və
digər çoxsaylı dövlət proqramları elm, təhsil və innovasiyaların
inkişafı üzrə konkret hədəflərin müəyyən
edilməsi və reallaşdırılması baxımından
mühüm əhəmiyyət kəsb edir. Nazirin sözlərinə
görə, insan kapitalının inkişafı ilk növbədə
elm və təhsilin keyfiyyəti ilə müəyyən
olunduğundan Azərbaycan təhsilinin və elminin
qarşısında duran ən mühüm vəzifələrdən
biri cəmiyyətin bugünkü inkişaf səviyyəsinə
adekvat olan yüksək ixtisaslı kadrların
hazırlanmasından ibarətdir. Həmin kadrların
müasir təfəkkürlü və kreativ
düşüncəli olması, səriştəyə
çevrilə bilən bilik və bacarıqlara sahib
olması, praktiki vərdişlərlə müşayiət
olunan nəzəri biliklər qazanması olduqca vacibdir.
Nazir
ölkə Prezidentinin sərəncamı ilə
“2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət
Proqramı”nın təsdiq edilməsinin doktorantların və
gənc tədqiqatçıların elmi fəaliyyətinin
stimullaşdırılmasına, doktorantura təhsilinin beynəlxalq
standartlar əsasında qurulmasına mühüm töhfə
verəcəyini qeyd edib. Bildirib ki, Dövlət
Proqramının əsas hədəfi ən qabaqcıl elmi
nailiyyətlərdən, innovativ təlim-tədris
texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil
mütəxəssislərin yetişdirilməsi, Azərbaycan
ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin
beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Nazirin sözlərinə görə,
beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi
professor-müəllim heyətinin Azərbaycan
Respublikasının ali təhsil müəssisələrində
əmək fəaliyyətinə cəlb olunması müasir
tədris texnologiyalarının daha sürətli
yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini
ölkəmizdə davam etdirən gənclərimizə də
yeni imkanlar açacaqdır.
Nazir
Proqramda qarşıya qoyulan əsas vəzifələri də
qeyd edib: “Qarşıya qoyulan əsas vəzifələr
sırasında doktorantura təhsilinin beynəlxalq standartlar əsasında
qurulması, beynəlxalq səviyyədə
doktorantların
hazırlanması və
onların təhsillərinin maliyyələşdirilməsi
mexanizmlərinin işlənməsi, təhsillərini başa
vurduqdan sonra işlə təmin olunması kimi mühüm
istiqamətlər vardır”.
Nazir diqqətə
çatdırıb ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində indiyədək
1534 nəfər magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər
doktoranturada təhsil almaq hüququ qazanıb. “Əminəm
ki, dünyanın aparıcı universitetlərində təhsil
alan həmin gənclər yaxın gələcəkdə
ölkəmizdə elmin və təhsilin inkişafına
mühüm töhfələr verəcəklər,”- deyə
nazir əminliyini bildirib.
“Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”na uyğun olaraq ali təhsil sisteminin yeni
inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
və bütövlükdə ali təhsildə yeni mühitin
formalaşdırılması üzrə çoxsaylı tədbirlər
və layihələr həyata keçirildiyini deyən təhsil naziri bu sahədə ümumi mənzərəni daha dəqiq təsəvvür etməyə imkan verən bir
sıra statistik göstəriciləri konfrans iştirakçıları
ilə bölüşüb: “2017-ci il üzrə ölkəmizdə
fəlsəfə doktorları və elmlər
doktorlarının hazırlanması proqramlarını həyata
keçirən müəssisələrin sayı müvafiq
olaraq 117 və 88-ə bərabər olmuşdur. Hazırda fəlsəfə
doktoru və elmlər doktoru proqramları üzrə ölkəmizdə
ümumilikdə 2723 nəfər təhsil alır. Fəlsəfə
doktoru proqramları üzrə təhsil alanların 67%-i (1452
nəfər), elmlər doktoru proqramları üzrə təhsil
alanların isə 52%-i (291 nəfər) ali təhsil müəssisələrinin
payına düşür”.
Gənclərin
elmi fəaliyyətə daha fəal cəlb olunması istiqamətində
davamlı addımların atılmasının zəruri
olduğunu vurğulayan Ceyhun Bayramov qeyd edib ki, hazırda
ölkə üzrə elmlər doktoru proqramlarında təhsil
alanların 8 faizini (45 nəfər) 30 yaşa qədər olan
gənclər, 29 faizini isə (163 nəfər) 40 yaşa qədər
olanlar təşkil edir. Gənclərin
elmi fəaliyyətə daha aktiv cəlb olunması istiqamətində
davamlı addımların atılmasının zəruri
olduğunu deyən nazir dövlət dəstəyi sayəsində
elmlə məşğul olan gənclərin sayının
artırılmasının mümkün olacağına əminliyini
bildirib.
Təhsil
naziri çıxışında
Nazirliklə “Clarivate Analytics” şirkəti arasında
2015-ci ildə yaradılmış əməkdaşlığa
da toxunub. Bildirib ki, bu əməkdaşlıq nəticəsində
ölkəmizin 40 ali təhsil müəssisəsinin “Web of
Science®” elmi məlumat platformasına
çıxışı təmin edilib. Nazirin sözlərinə
görə, artıq bu əməkdaşlıq öz
uğurlu nəticələrini verməyə başlayıb.
Belə ki, 2017-ci il üzrə “Web of Science” indeksli elmi tədqiqat
işlərinin ümumi çəkisinə görə Azərbaycan
ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə
artım dinamikasına görə regionda birinci yerə
çıxıb: “Son məlumata əsasən, “Web of Science”
elmi bazasında 2017-ci ildə Azərbaycan üzrə 1160 elmi
tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə
Azərbaycan üzrə publikasiya sayında rekord göstərici
hesab olunur”. Eyni zamanda, təhsil naziri bu sahədə mövcud
olan potensial imkanlardan daha səmərəli istifadə istiqamətində
səylərin daha da gücləndirilməli olduğunu
vurğulayıb.
Müasir
şəraitdə elmi fəaliyyətin
stimullaşdırılması üçün elmi tədqiqatların
rəqabət əsaslı maliyyələşdirilməsi
mühüm əhəmiyyət kəsb edir. Nazir bu baxımdan
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondu tərəfindən
reallaşdırılan layihələri yüksək qiymətləndirib
və birgə elmi fəaliyyətə verdiyi töhfə
nöqteyi-nəzərindən Fondun “Elm-təhsil
inteqrasiyası” müsabiqəsini xüsusi qeyd edib. Bildirib ki,
həmin müsabiqənin nəticələrinə əsasən
71 layihə qalib olub, onlardan 69-u təhsil müəssisələrində
çalışan alim və mütəxəssislərin rəhbər
və icraçı qismində iştirakı ilə həyata
keçirilib.
Təhsilin
inkişafı üzrə Dövlət Strategiyasına
uyğun olaraq son illərdə istedadlı gənclərin
aşkara çıxarılması, onların elmi
potensialının daha da inkişaf etdirilməsi istiqamətində davamlı işlər
görülür. Nazir bu işlər sırasında bu il ilk
dəfə olaraq “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı
ilə ali təhsil müəssisələrinin tələbələri
arasında keçirilən “CanSat Azərbaycan 2018” model peyk
müsabiqəsini, müasir təfəkkürlü və
yaradıcı düşünən gənclərin bilik və
bacarıqlarını üzə çıxaran və
onların tədqiqatçı-mütəxəssis kimi
formalaşmasına dəstək olan “Sabahın alimləri”
müsabiqəsini, eləcə də
respublika fənn olimpiadalarının kütləvi
xarakter almasını xüsusi qeyd edib.
Ölkə
başçısının müvafiq sərəncamı ilə
magistrant və doktorantlara hərbi xidmətdən möhlət
hüququ verilməsinin akademik ictimaiyyət tərəfindən
böyük rəğbətlə
qarşılandığını xatırladan nazir bu qərarın
təhsilin fasiləsizliyinin təmin olunması, gənclərin
elmi fəaliyyətə cəlbinin
stimullaşdırılması, ali təhsil müəssisələrində
və elmi təşkilatlarda gender balansının qorunması
baxımından çox böyük əhəmiyyət kəsb
etdiyini deyib.
Təhsil
naziri çıxışının sonunda elmi nəticələrin
təqdim olunması və elmi diskussiyaların
aparılması üçün davamlı bir platforma statusu
qazanmış bu konfransın yeni nəsil alimlərin
yetişməsinə mühüm töhfə veməkdə
olduğunu bildirib və onun işinə uğurlar
arzulayıb.
Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun icraçı direktoru Elçin Babayev
çıxışında bildirib ki, gənclərin
inkişafı, onların elmi fəaliyyətə cəlb edilməsi
ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Elçin Babayev ölkəmizdə insan resurslarının
inkişafı, kadr hazırlığının yüksəldilməsi
sahəsində həyata keçirilən tədbirlər barədə
ətraflı məlumat verib.
Tədbirdə
gənc doktorantlar müxtəlif mövzularda
çıxış ediblər.
Açılış
mərasimindən sonra konfrans öz işini 15 bölmədə
davam etdirib.
Qeyd edək
ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr
olunmuş konfrans iki gün davam edəcək. Konfransa ali təhsil
müəssisələrindən və Azərbaycan Milli Elmlər
Akademiyasından 500 tezis təqdim olunub. Konfransın
materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas
elmi nəticələrinin dərc
olunması tövsiyə edilən elmi nəşrlər
siyahısına daxil ediləcək.
Doktorantların
və gənc tədqiqatçıların Respublika elmi
konfransı 1991-ci ildən keçirilir. Konfransın
keçirilməsində əsas məqsəd elm və təhsilin
inteqrasiyası, gənc alimlərin yüksək ixtisaslı
kadr kimi yetişməsi sahəsində kompleks tədbirlərin
həyata keçirilməsi və gənclərin elmi fəaliyyətə
daha geniş miqyasda cəlb edilməsidir.
Yusif
ƏLİYEV
Azərbaycan müəllimi.- 2018.-
23 noyabr.- S.1; 10.