2018-ci ilin inqilabi kəşfləri
Nobel mükafatı
laureatlarının adları açıqlandı
İsveçin
paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ənənəyə
uyğun olaraq ayrı-ayrı elm sahələrində 2018-ci il üçün Nobel mükafatı
laureatlarının adlarını açıqlayıb. Oktyabrın 1-də ilk olaraq fiziologiya və tibb
üzrə Nobel mükafatı laureatlarının adları məlum
olub. www.nobelprize.org saytının məlumatına əsasən,
İsveçin Karolinsk İnstitutu tərəfindən elan
edildiyi kimi fiziologiya və tibb üzrə Nobel
mükafatına ABŞ-ın Texas Universitetindən Ceyms Ellison
və Yaponiyanın Kioto Universitetindən Tasuku Hondzö layiq görülüblər. Nobel komitəsindən verilən məlumata
görə, alimlərə
elmi mükafat xərçənglə mübarizə nəzəriyyəsinin
kəşfinə görə təqdim olunacaq. Komitə bu
mükafatı təsis edərkən kəşflərin
nəzəri dəyərindən
çox praktik əhəmiyyətinə
üstünlük verib. Bu mənada Nobel komitəsinin qərarı olduqca qanunauyğun hesab olunur.
“Xərçəng hər
il milyonlarla insanın həyatına son qoyur və hazırda bəşəriyyətin sağlamlığı
üçün ən böyük problemdir. Nobel
laureatları bu il bizim immun sistemimizin xərçəng
hüceyrələrinə hücum etmək qabiliyyətini stimullaşdırmaqla xərçəngin
terapiyasında tamamilə yeni prinsip müəyyən ediblər”,-
Nobel komitəsinin açıqlamasında bildirilir.
Professor C.Ellison immun sisteminə
tormozlayıcı təsir göstərən CTLA-4
zülalını əldə
edib. C.Ellison və onun komandası bu zülaldan
istifadə etməklə immun sisteminin hansı hissələrinin
xərçəng hüceyrələri tərəfindən
blokadaya alınmasını müəyyən edə biliblər.
Bu tədqiqat sçanlar üzərində
sınaqdan keçirilib və xərçəngin bir
neçə növünü müalicə etmək
mümkün olub. Professor T.Hondzö də faktik olaraq eyni məcrada
işləyib, lakin o, digər hərəkət mexanizmə
malik PD-1 zülalından istifadə edib. Digər zlalarla əlaqəyə
girən PD-1
limfositlərin hücumunun qarşısını
alır. Bu isə orqanizmə xərçəng
hüceyrələrinin hücumunun qarşısını almağa kömək edir. .Ellison və
T.Hondzö immun sisteminin zəifləməsinin
qarşısını alan fərqli
strategiyaların xərçəngin müalicəsində necə
istifadə oluna biləcəyini bizə göstərib. Tibb sahəsində 2 laureat tərəfindən
həyata keçirilmiş kəşf immun hüceyrələrini
“tormoz”dan azad etməklə
immun sisteminə
xərçəng hüceyrələrinin hücum
etmək qabiliyyətinə əsaslanıb”, - deyə Nobel
komitəsinin məlumatında qeyd olunur.
Alimlərin
hazırladıqları eksperimental metod insan orqanizminin xərçəng
hüceyrələri ilə mübarizə aparması üçün immun
hüceyrələrinin əlaqələndirilməsi və
azad olunmasını nəzərdə tutur. Nobel komitəsində
hesab edirlər ki, bu kəşflərə əsaslanan terapiya xərçənglə
mübarizədə son dərəcədə effektivdir.
Bu kəşf
tibdə inqilabi dəyişiklik kimi qiymətləndirilir.
Komitə üzvləri bəyan ediblər ki, “bu
kəşf xərçəngin müalicəsində inqilab
edib və bizim xərçənglə mübarizəyə
dair münasibətimizi kökündən dəyişib”.
Bir
maraqlı faktı da qeyd edək ki, hər il Nobel
mükafatına mümkün
laureatların namizədliyinə dair proqnozlar verən
Thomson Reuters Ellison və Hondzö barədə çox dəqiq proqnoz verib. 2016-cı ldə
onların adları namizədlər syahısında olub.
2 ildən sonra bu proqnoz özünü
doğruldub. Nobel komitəsinin
saytına verdiyi ilk müsahibədə Ellison mükafata layiq görülməsi
xəbərinə “İnana bilmirəm, mən şokdayam, bu, mənim həyatımda ən böyük
arzum olub” deyib.
Digər
laureat Hondzö isə sayta açıqlamasında “pasiyentlərimin “siz
mənim həyatımı xilas etdiniz” sözlərini
eşitmək daha çox sevindiricidir. Bu, mənim üçün istənilən
mükafatdan daha xoş hissdir” deyib.
* * *
Oktyabrın
2-də İsveç Kral Elmlər Akademiyası tərəfindən 2018-ci ilin fizika üzrə Nobel
mükafatı laureatlarının adları elan olunub. Bu il mükafata lazer fizikası sahəsində
yenilikçi ixtiralarına görə üç alim -
amerikalı Artur Eşkin, fransalı Jerard Moro və kanadalı xanım Donna Strikland layiq
görülüb. Nobel komitəsindən verilən məlumatda
qeyd olunur ki, yüksək elmi
mükafat alimlərə “lazer fizikası sahəsində
inqilabi nailiyyətə görə” verilir. Nobel komitəsi Artur Eşkin tərəfindən “optik pinsetlərin kəşf edilməsini və onun bioloji sistemlərdə tətbiq
olunmasını” yüksək qiymətləndirib. Kral Elmlər Akademiyası bildirib
ki, A. Eşkinin əsasını qoyduğu optik pinsetlərin
inkişafı orqanizmdəki viruslar kimi ən kiçicik
hissəcikləri onlara zərər yetirmədən tuta bilər,
bu isə “elmi fantastikanın köhnə xəyalı”nıın
reallaşması deməkdir. “Optik pinset həyat mexanizminin
müşahidəsi və ona nəzarət üçün tamamilə yeni
imkanları yaradıb”, - deyə Kral Akademiyasının
açıqlamasında bildirilir. Jerar Moro və onun kanadalı
keçmiş tələbəsi Donna Strikland isə “yüksəksürətli
ultraqısa optik impulsların generasiyası metodunu
hazırladıqlarına görə”
yüksək mükafata layiq görülüblər. Alimlər lazerlərin köməyi ilə
kiçik hissəcikləri idarə etməyə imkan verən
optik pinset ixtira edib. Nobel komitəsində
qeyd ediblər ki, hazırda dünyada milyardlarla insan hər gün lazer printerlərindən
və optik skanerlərdən istifadə edir, milyonlarla insan isə
lazer cərrahiyyəsinə üz tutur. Nobel komitəsi hesab
edir ki, J.Moro və D. Strikland
bəşəriyyət tərəfindən
yaradılmış ən qısa və intensiv lazer impulslarına
yol açıblar. Maraqlıdır ki, onların inqilabi məqaləsi 1985-ci
ildə dərc edilib. Bu məqalə
D.Striklandın doktorluq dissertasiyasının əsası olub. Artur Eşkin
mükafat fondunun (1 milyon dollar) 1/2-ni alacaq. Mükafatın qalan hissəsi Jerard Moro və Donna
Strikland arasında bölüşdürüləcək.
* * *
İsveç
Kral Elmlər Akademiyası oktyabrın 3-də 2018-ci il
üzrə kimya sahəsində
Nobel mükafatı laureatlarının
adlarını elan edib. Yüksək
elmi mükafata amerikalı alimlər,
Kaliforniya Texnologiya İnstitutunun professoru xanım Fransis
Arnold, Missuri Universitetindən
Corc Smit, Böyük
Britaniyanın Kembric Universiteti
molekulyar biologiya laboratoriyasından Qreqori Uinter “fermentlərin
istiqamətlənmiş təkamülü” sahəsində tədqiqatlarına
görə layiq görülüblər. F.Arnold fermentlərin təkamülünün
öyrənilməsi,
C. Smit və Q.Uinter isə peptid və anticismlərin təsvirinə
görə mükafata təqdim olunublar. Nobel komitəsi alimlərin kəşfini “təkamülün
köməyi ilə inqilab” adlandırıb. F.Arnold istiqamətlənmiş təkamül
sahəsində pioner hesab olunur.
O, fermentlərin - kimyəvi
reaksiyaları katalizləşdirən zülalların təkamülünü
nəzarət altına almağa nail olub. İndi
onlardan bioloji yanacağın
yaradılmasından tutmuş əczaçılığa qədər
bir çox sahədə istifadə etmək olar. Amerikalı C.Smit və
britaniyalı Q.Uinter isə faqovativ ekran -
zülalların dezoksiribinuklein turşusu (DNT), peptid və başqa zülallarla
qarşılıqlı əlaqəsinin öyrənilməsinin laboratoriya
metodunu işləyib hazırlayıb. O, zülalları və onları
kodlaşdıran genetik informasiyaları əlaqələndirmək
üçün bakteriofaqlardan (zülalları sıradan
çıxaran viruslar) istifadə
edib. C.Smit müəyyən edib
ki, bakteriofaqlardan
yeni zülalların təkamülü üçün istifadə
edilə ilər. Q.Uinter isə bundan yeni dərmanların
istehsalı üçün necə istifadə etməyi
müəyyənləşdirib.
Tədqiqatlar
autoimmun xəstəliklərlə, həmçinin metastaz
vermiş xərçənglə mübarizə aparmağa kömək
edəcək. Bu tədqiqatlar
yeni dərman vasitələrinin yaradılmasına imkan verəcək. Mükafatın (1
milyon dollar) 1/2-i F.Smitə çatacaq, qalan hissəsi digər
laureatlar arasında bölüşdürüləcək.
Tibb və fiziologiya üzrə
laureatlar
Ceyms P. Elison (James P.Allison) 1948-ci il
avqustun 7-də ABŞ-ın Texas ştatında Elis şəhərində
anadan olub. Texas
Universitetinin məzunudur. 1973-cü ildə universitetin doktorluq elmi dərəcəsini
alıb. 1974-1977 -ci illərdə
Kaliforniyadakı
Scripps Elmi-Tədqiqat Fondunda və klinikada postdoktorant olub. 1977-1984-cü illərdə Texas ştat Smitvilla Universitetinin Onkologiya mərkəzində, 1985-2004-cü illərdə
Kaliforniya Berkli Universitetində,
2004-2012-ci illərdə Nyu-York ştatında Sloan Ketterinq
Memorial Xərəng Mərkəzində professor-müəllim
heyətində yer alıb. O,
eyni zamanda 1997-2012-ci illərdə Hovard Hyuz Tibb İnstitutunda
tədqiqatlar aparıb. 2012-ci
ildən Texas Universitetinin Anderson Xərçəng Mərkəzində
(Cancer Center)
professor vəzifəsində
çalışıb. Eləcə də Texas ştatındakı Hyuston Parker İmmunoterapiya Xərçəng
Mərkəzi ilə əməkdaşlıq edib. Hazırda C.Ellison
Texas Universiteti nəzdində xərçənglə
mübarizə mərkəzində immunologiya şöbəsinə
rəhbərlik edir.
Tasuku Hondzö (Tasuku Honjo) 1942-ci il
yanvarın 27-də Yaponiyanın Kioto şəhərində
anadan olub. Tokio
Universitetinin məzunudur. 1966-cı ildə tibb
elmləri doktoru elmi dərəcəsini alıb.
1971-1974-cü illərdə Vaşinqtonda Karneqi, daha sonra
Merilend ştatındakı Milli
Səhiyyə
institutlarının elmi əməkdaşı olub. 1975-ci ildə Kioto Universitetində doktorluq elmi dərəcəsi
alıb. 1974-1979-cu illərdə
Tokio Universitetinin, daha sonra Osaka Universitetinin professor-müəllim tərkibinə daxil olub. 1984-cü ildən Kioto Universitetinin professorudur.
1996-2000, 2002-2004-cü
illərdə tibb fakültəsinin dekanı işləyib. Hazırda Kioto Universitetində immunologiya professoru
vəzifəsini tutur.
ABŞ Milli Akademiyasının (2001), Yaponiya Elmlər
Akademiyasının üzvü seçilib. Yaponiya və bir
sıra ölkələrin nüfuzlu elmi mükafatlarına
layiq görülüb.
Fizika üzrə laureatlar
Artur Eşkin (Arthur Ashkin) 1922-ci il
sentyabrın 2-də ABŞ-ın Nyu-York ştatında Bruklin
şəhərində anadan olub. Kolumbiya
Universitetinin məzunudur. Kornell Universitetində doktorluq elmi dərəcəsi
alıb. 96 yaşlı amerikalı alim, fizik, ixtiraçı optik qurğuların yaradılması sahəsində pioner hesab olunur. Bu optik qurğular atom, molekul və
bioloji hüceyrələrin idarə olunmasına gətirib
çıxarıb. Alim 1978-ci ildə optik pinseti icad edib. Bir müddət elmi tədqiqat mərkəzlərində
(Lucent Technologies və
Bell Laboratories) çalışıb. 1992-ci ildə nəzəri fizika sahəsində
40 illik uzunsürən elmi karyerasına son qoyub və təqaüdə
çıxıb. A.Eşkin həm də
fotorefraksiya, ikinci harmoniyanın generasiyası və qeyri-xətti optika sahəsində
tədqiqatları ilə tanınır. 47 patentin və çoxsaylı tədqiqat
işlərinin müəllifidir.
1996-cı ildə ABŞ Milli Elmər Akademiyasının üzvü seçilib. Onun tədqiqatlarından
bəhrələnən fizik
Stiven Çu 1997-ci ildə fizika sahəsində Nobel
mükafatı alıb. 1987-ci ildə kvant elektronikası üzrə, 1998-ci
ildə Tauns, 1993-cü ildə Rank, 2004-cü ildə Xarvi
mükafatlarına, 1996-cı
ildə isə Ayvs medalına layiq görülüb.
Jerar Moro (Grard Albert Mourou) 22 iyun
1944-cü ildə Fransanın Albertvil şəhərində
anadan olub. Fransa və Amerika fizikidir. 1967-ci ildə Qrenobl Universitetini fizika
ixtisası üzrə
bitirib. Bundan
sonra Politexnik Məktəbində işləyib. 1970-ci ildə Paris
Universitetinin doktoranturasına daxil olub. Eyni zamanda bir müddət
Kanadanın Lavalya Universitetində çalışıb. 1973-cü ildə fizika üzrə fəlsəfə doktoru elmi
dərəcəsini alıb. Sonra bir il
San-Dieqo, Kaliforniya Universitetində işləyib. Daha sonra Paris
Milli Qabaqcıl Texnologiyalar Məktəbinin tətbiqi optik laboratoriyasında
və Politexnik Məktəbində yüksəksürətli
proseslərlə məşğul olan elmi qrup təşkil edib.
1977-ci ildə ABŞ-ın Roçesters Universitetində
işləməyə başlayıb. Optika
İnstitutunda böyük elmi işçi vəzifəsinə təyin
olunub. 1988-ci ildə Miçiqan
Universitetində professor vəzifəsini alıb, burada yüksəksürətli
optika mərkəzinin əsasını qoyub və uzun müddət ona rəhbərlik
edib. Rusiya Elmlər
Akademiyasının (2008-ci ildən)
xarici üzvüdür.
1985-ci ildə Donn Striklandla birlikdə çox güclü lazer
impulslarının alınması üzrə yeni texnikanı təklif
edib. Elmi fəaliyyətinin əsas
istiqamətləri lazerlər fizikası və qeyri-xətti
optikadır.
Donna Strikland (Donna Strickland) 1959-cu ildə
Kanadanın Ontario vilayətində Quelf şəhərində
anadan olub. Elektrotexnika və lazerlər sahəsində
ixtisaslaşıb. O, lazer impulslarının gücləndirilməsi
metodunu ixtira edib. 1981-ci ildə Makmastera Universitetini, 1989-cu ildə Roçesters Universitetini bitirib və optika sahəsində
fəlsəfə doktoru elmi dərəcəsini
alıb. Onun elmi rəhbəri Jerar Moro olub.
D.Strikland 1988-ci ildən 1991-ci ilə qədər Kanadanın Milli Tədqiqatlar
Şurasının elmi əməkdaşı olub. Hazırda Vaterloo Universitetinin fizika və
astronomiya kafedrasında işləyir.
O, lazerlərin öyrənilməsi ilə məşğul
olan qrupa başçılıq edir.
Bu qrup
qeyri-xətti optikanın tədqiqatları
üçün yüksək intensivlikli lazer sistemlərinin
hazırlanması sahəsində fəaliyyət göstərir. O, son 55 ildə fizika üzrə bu
yüksək ada layiq görülmüş ilk qadın, həm də Vaterloo Universitetinin ilk Nobel laureatıdır. Vaterloo Universitetinin saytına verdiyi
ilk müsahibəsində D.Strikland “məndə özümə
qarşı nəhəng əminlik var... Mən
sadəcə irəliləyir və istədiyimi edirəm”
deyib.
Kimya üzrə laureatlar
Frensis Arnold (Frances Hamilton Arnold). 25 iyul 1956-cı il tarixində Nyu-York ştatı Olbani şəhərində
anadan olub. Bakalavr və magistratura təhsilini ABŞ-ın Prinston və Berkli Kaliforniya
universitetlərində alıb. Berkli Kaliforniya Universitetində fəlsəfə
doktoru elmi dərəcəsini (PhD) alıb. Hazırda Kaliforniya
Texnologiya İnstitutunda işləyir. Amerikalı alim və
mühəndis istiqamətlənmiş təkamülün
pioneri hesab olunur.
ABŞ Milli Elmlər
(2008), Mühəndislik (2000) və
ABŞ Tibb akademiyalarının (2004), həmçinin Amerika Fəlsəfə
Cəmiyyətinin (2018)
üzvü seçilib.
Çarlz Stark Dreyper mükafatına (2011), texnologiyalar və
innovasiyalar sahəsində
ABŞ-ın milli medalına (2013), “Minilliyin texnologiyası”
mükafatına (2016) layiq görülüb. Onun adı ABŞ
Milli İxtiraçıları Şöhrət Zalına daxil edilib.
Stokholm,
Çikaqo universitetlərinin, Sürix Texnologiya
İnstitutunun fəxri doktorudur.
Qreq Uinter (Gregory Paul Winter) 14 aprel 1951-ci il tarixində
Böyük Britaniyanın
Lester şəhərində anadan olub. 1973-cü ildə Kembric
Triniti-Kollecini bitirib.
Britaniya
biokimyaçısı və
biotexnoloq,
zülal mühəndisliyi üzrə mütəxəssisdir. Kembric Universitetinin professoru, London
Kral Cəmiyyətinin (1990) və Böyük Britaniya Tibb Elmləri
Akademiyasının (2006)
üzvüdür. 2004-cü ildən cəngavər-bakalavr, 2012-ci ildən Kembric Triniti-Kollecinin
başçısıdır. 1976-cı ildə Kembricdə fəlsəfə
doktoru elmi dərəcəsini
alıb. London İmperial Kolleci və
Kembric Genetika İnstitutunun postdoktorantı olub.
Onun tədqiqatçılıq karyerası əsasən Molekulyar Biologiya
Laboratoriyası (Laboratory of
Molecular Biology) və Protein Mühəndisliyi Mərkəzi
(Centre for Protein Engineering) ilə bağlıdır. “Protein
Engineering, Design
and Selection” jurnalının
baş redaktoru, “European Journal of Immunology” jurnalı redaksiya heyətinin
üzvüdür.
Corc Smit (George P.Smith) 10 mart 1941-ci ildə ABŞ-ın Konnektikut
ştatının Nopuolk şəhərində anadan olub. Amerika
kimyaçısıdır. Kolumbiya Missuru Universitetinin fəxri professorudur. Bakalavr təhsilini Xaverford Kollecində biologiya
üzrə alıb. Bir müddət
orta məktəbdə biologiya müəllimi və laborant
işləyib. Sonra Harvard Universitetində
bakteriologiya və immuologiya ixtisası üzrə fəlsəfə
doktoru elmi dərəcəsini alıb. 1975-ci ildə Viskonsin
Universitetinin posdoktorantı olub.
1983-1984-cü tədris ilində Dyuk Universitetində Nobel mükafatı laureatı
Robert Uebster ilə işləyib.
Maraqlıdır ki, R.Uebsterə Nobel qazandıran tədqiqat
işinin böyük hissəsi C.Smitə məxsusdur.
Qeyd edək
ki, laureatların
mükafatlandırılması mərasimi ənənəyə uyğun olaraq
2018-ci il dekabrın 10-da İsveç sahibkarı və
ixtiraçı, Nobel mükafatının təsisçisi
Alfred Nobelin anım günündə keçiriləcək. 2018-ci ildə Nobel
mükafatının məbləğı 9 milyon
İsveç kronu
(təxminən 1 milyon ABŞ dolları) təşkil
edir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2018.-
5 oktyabr.- S.5.