Peşə təhsili sahəsində Sloveniya
təcrübəsi öyrənilib
“Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin üçüncü komponenti çərçivəsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları və dövlət peşə təhsili müəssisələrinin müəllimləri Sloveniyada təlim səfərində olublar.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi Azərbaycanda səriştə əsaslı təlim proqramının inkişafına və həyata keçirilməsinə dəstək vermək üçün “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına əsasən, qeyri-formal və informal təhsil, yaşlıların təhsili, işəgötürənlərlə əməkdaşlıq, modul strukturlu səriştə əsaslı kurikulumların hazırlanması, iş yerində öyrənmə və digər istiqamətlərdə beynəlxalq təcrübələrin öyrənilməsi olub.
Səfər çərçivəsində nümayəndə heyətimiz Sloveniyanın Peşə Təhsili və Təlimi İnstitutu, bir sıra peşə təhsili müəssisələrində olub, işəgötürənlərlə görüşlərdə iştirak ediblər.
Təlim
iştirakçıları peşə təhsili müəssisələrində
bu qurumların maddi-texniki
bazası, tədris otaqları və emalatxanaları, nəzəri-praktiki
təlim prosesinin birgə təşkili sistemi, təhsil proqramları ilə
tanış olub, fikir
mübadiləsi aparıblar.
Azərbaycan müəllimi.- 2018.- 12 oktyabr.- S.2.