AzTU yeni bir əməkdaşlığa
imza atdı
İmzalanmış
memorandum çərçivəsində ilk seminar
keçirildi
Oktyabrın 10-da Azərbaycan Texniki
Universiteti (AzTU) və MDB PAA İştirakçısı Olan
Dövlətlərdə Demokratiyanın, Parlamentarizmin
İnkişafının və Vətəndaşların
Seçki Hüquqlarına Riayət Olunmasının
Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı (MDB PAA
DİMBİ Bakı filialı) arasında memorandum
imzalanıb.
Müqavilədə birgə
seminarların, konfransların keçirilməsi, kitabların
nəşrləri və digər bu kimi əməkdaşlıqlar
nəzərdə tutulub.
Memorandumun imzalanma mərasimindən
sonra ilk əməkdaşlıq olaraq hər iki tərəfin
iştirakı ilə ”Azərbaycan Respublikasında
insanların hüquq və azadlıqlarının müdafiəsi
sahəsində dövlət dəstəyi” mövzusunda seminar
keçirilib.
AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov seminar iştirakçılarını salamlayaraq insan hüquqlarının önəmindən, o cümlədən tədbirin mahiyyətinə diqqət çəkərək insan hüquq və azadlıqlarının daha da gücləndirilməsinə verəcəyi töhfədən danışıb. Prorektor çıxışında bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının tənzimlənməsi üçün ümummilli lider Heydər Əliyev tərəfindən sistemli və önəmli addımlar atılması ölkəmizin müasir və ədalətli qanunvericiliyə malik dövlət kimi formalaşmasına şərait yaradıb. Bunun bariz nümunəsi olaraq bu gün də Respublikamızda insanların hüquq və azadlıqları haqqında verilən sərəncamları, keçirilən tədbirləri qeyd edən prorektor, Azərbaycanda vətəndaş-Dövlət münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayıb.
Seminarda iştirak edən MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev ölkəmizdə ən ali insan hüquqlarının cəmiyyətimizin humanizminin təzahürü olaraq özü-özlüyündə formalaşdığını, dini, irqi və milli ayrı-seçkiliyin olmadığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanda aparılan dövlət siyasəti məhz insanların hüquq və azadlıqlarının qorunması prinsipinə uyğun olaraq həyata keçirilir.
Daha sonra
AzTU-nun “İctimai fənlər”
kafedrasının müdiri, professor Şikar Qasımov
Azərbaycanda insan haqlarının təmin
olunmasının hüquqi tərəflərindən
danışaraq bildirib ki,
dövlətin ali məqsədi
insanların hüquq və
azadlıqlarını təmin etməkdir.
Azərbaycan
müəllimi.- 2018.- 12 oktyabr.- S.3.