İnnovasiyalar
universitetlərin
nüfuz göstəricisidir
Yeni tədqiqat
ali təhsildə yeni meyilləri qiymətləndirir
İnnovasiyalar universitetlərin nüfuz göstəricisidir İnnovasiyalar müasir təhsil trendləri sistemində universitetin fəaliyyətində özünü daha qabarıq göstərən keyfiyyət göstəricilərindəndir. Və dünya ali təhsil məkanında bu və ya digər universitetin nüfuzuna təsir edən əsas faktorlardandır. Son 10 il ərzində qlobal reytinqlərə baxdıqda ən çox çəkisi olan ali məktəblərin ön sıralarında innovasiyalara meyilli universitetlərin daha çox dominantlıq təşkil etdiyini görə bilərik. Dünyanın nüfuzlu “Röyter” agentliyi yeni tədqiqatını məhz innovativ universitetlər mövzusuna həsr edib. Amerikanın və eləcə də dünyanın ən nüfuzlu elmi bazalarından hesab olunan “Clarivate Analytics” şirkəti ilə birlikdə tərtib olunmuş reytinqdə əsasən “elmin inkişafı üçün maksimum işlər görən, yeni texnologiyalar ixtira edən, yeni bazarları və sahələri dəstəkləyən” yenilikçi universitetlər yer alıb.
Agentliyin dünyanın 100 ən innovativ ali məktəblərinin siyahısına artıq 4 ildir ki, ABŞ-ın nüfuzlu Stenford Universiteti başçılıq edir. Agentlik qeyd edir ki, Stenford Universitetinin son tədqiqatları süni intellekt sahəsində kəşfləri əhatə edir ki, onların da arasında əsasən pilotsuz maşınlar üçün yeni kameraların və farmokoloqlara yeni dərman preparatlarının insanlara təsirini modelləşdirməyə imkan verən platformaların hazırlanmasını göstərmək olar.
Reytinqdə yer almış
100 universitetdən 46-ı ABŞ-ın payına düşür. Sıralamada ikinci yer Massaçusets
Texnologiya İnstitutuna,
üçüncü yer
isə Harvard Universitetinə
məxsusdur. İlk beşliyin sonunda
Pensilvaniya və Vaşinqton universitetləri
yerləşib.
İlk onluqda, Amerika ali təhsil
müəssisələrindən başqa, həmçinin yeddinci mövqeyi tutmuş Belçikanın
Leven Katolik Universitetini
və səkkizinci yerdə qərarlaşmış
London İmperial Kollecini
qeyd etmək olar. Ən böyük irəliləyiş
Böyük Britaniyanın
Mançester Universitetinə
məxsusdur. Bu ali məktəb ötənilki 80-ci yerdən
53-cü yerə yüksələ
bilib. “Röyter” bu sıçrayışı
ali məktəbin
qrafen sahəsində kəşfləri ilə izah edir. Reytinqdə
ABŞ 46, Almaniya və
Yaponiya 9, Cənubi Koreya 8, Çin, Fransa və Böyük Britaniya 5, İsveçrə 3, Belçika,
Kanada, İsrail və Niderland 2, Danimarka və Sinqapur 1 universitetlə təmsil olunub.
Ümumilikdə yüzlükdə Asiyanın
22 universiteti yer alıb. Bu cür fəallığın
arxasında isə hökumət tərəfindən
innovasiya layihələrinin
stimullaşdırılması üzrə yeni proqramların həyata keçirilməsi və ali məktəblərin
diqqətinin patent almağa
yönəldilməsi dayanıb.
Bir mühüm
məqam da qeyd olunmalıdır ki, universitetin siyahının yuxarı və ya aşağı
sırasında yerləşməsindən
asılı olmayaraq, onların hamısı dünya üzrə
top-100-lükdədir. Bütün bu universitetlər
orijinal tədqiqatlar aparır, mühüm texnologiyalar yaradır və dünya iqtisadiyyatını stimullaşdırırlar.
Reytinq tərtib olunarkən ali məktəblərin
akademik fəaliyyətinə
dair çoxsaylı göstəricilər - universitetlərin
patent almaq üçün
təqdim etdikləri sifarişlərin sayı,
ali məktəb əməkdaşlarının elmi
işlərindən sitatgətirilmə
əsas götürülür.
“Röyter” qeyd edir ki, bu
il Böyük
Britaniyanın Avropa Birliyi tərkibindən çıxması kimi geosiyasi faktorun reytinqin nəticələrinə
təsiri istisna olunmur. Agentlik hesab edir ki,
bu prosesə hazırlıq Böyük
Britaniya ali
məktəblərində tədqiqatların
sayının azalmasına
səbəb ola bilər.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2018.- 19 oktyabr.- S.16.