“Yeniliklərə imza atmaq istəyirəm”
Böyük
Britaniyanın Edinburq Universitetinin tələbəsi Günel
Ağabəyli: “Gələcəyin zavodları
üçün yeni sistem dizaynı üzərində
çalışıram”
Tanıtım.
Günel Bəhram qızı Ağabəyli 1990-cı ildə
Bakı şəhərində anadan olub. 2008-ci ildə Nizami Nərimanov
adma 248 nömrəli tam orta məktəbi və eyni ildə
L.M.Rostropoviçlər adma 21 nömrəli 11 illik musiqi məktəbini
bitirib. 2013-cü ildə M.V.Lomonosov adma Moskva Dövlət
Universitetinin Bakı filialının tətbiqi kimya fakültəsində
təhsilini başa vurub. Təhsil aldığı müddətdə
bir çox yay təcrübə proqramlarında və
konfranslarda iştirak edib. 2012-ci ildə ilk elmi tezisi “Kimya və
kimya texnologiyaları: yeniliklər və perspektivlər”
konfransında dərc olunub. 2012-2015-ci illərdə akademik Yusif
Məmmədəliyev adma Kimya Prosesləri İnstitutunda elmi
işçi vəzifəsində və Xəzər Mühəndisliyi
Birliyində könüllü kimi fəaliyyət göstərib.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində 2015-2016-cı illərdə
Böyük Britaniyanın Birmingem Universitetində kimya mühəndisliyi
üzrə magistr təhsili alıb. 2016- cı ildə
universitetin mühəndis tələbəsi kimi “Shell 360” ideya
yarışmasının yanmfinalçısı olub. Təhsilini
başa vurduqdan sonra vətənə qayıdıb və 2016-cı
ilin noyabrından Bakı Mühəndislik Universitetinin kimya
kafedrasında tədqiqat köməkçisi və tədris
məsləhətçisi kimi fəaliyyət göstərməyə
başlayıb. 2017-ci ildə
kafedra rəhbəri Yusif Abdullayevin rəhbərliyi ilə
BMU-da yerləşən Texnoparkın təşkil etdiyi “Yeni
Fikir 2017” və Azərbaycanda ilk dəfə keçirilən
“Climate Launchpad 2017”nin Azərbaycan üzrə qaliblərindən
biri olub. Həmin ilin oktyabr ayında Cənubi Kiprdə
keçirilən Qlobal Dünya finalında
çıxış edib. Azərbaycan komandası 964
ideyanın təqdim olunduğu final müsabiqəsində 35
ölkədən 105 startup arasında ən yaxşı 15
startupdan biri olub. 2017-ci ilin iyul ayından elektrik və
elektronika mühəndisliyi ixtisası üzrə Edinburq
Universitetinin “Eneıji sistemləri “ bölümünün
doktoranturasına qəbul olaraq tam təqaüdə layiq
görülüb.2017-ci ildən həmin bölümdə
seminar və laboratoriya dərsləri üzrə müəllimlik
edir, bölümüm həm də tələbə gənclər
təşkilatının rəhbəridir.
Azərbaycanın istedadlı gənclərinin dünyanın nüfiızlu universitetlərindən gələn xoş sorağı hər birimiz üçün sevindiricidir. Reytinqli universitetlərdə təhsil alan və akademik fəaliyyətlər göstərən, elmi tədqiqatları ilə uğurlu layihələrə imza atan gənclərimiz öz potensial imkanları ilə diqqət çəkir. Onlardan biri də haqqında bəhs etmək istədiyimiz Böyük Britaniyanın Edinburq Universitetinin tələbəsi Günel Ağabəylidir. Günel Şotlandiyanın bu nüfuzlu universitetində doktorantura təhsili alır, həm müəllimlik edir, həm də layihə rəhbəridir. Gəlin Güneli daha yaxından tanıyaq.
“Məni 3-cü sinifdən 5-ci sinfə
keçirmək istəyirdilər”
- Orta məktəbdə daha çox hansı fənlərə maraq göstərirdiniz? Gələcəkdə hansı peşəyə yiyələnmək, hansı ixtisası seçmək barədə düşünürdünüz?
- Məktəb illərində xüsusi diqqət ayırdığım hər hansı bir fənn olmayıb. Bütün fənləri eyni dərəcədə sevib oxumuşam. Amma texniki fənlərə, xüsusən də riyaziyyat fənninə daha çox vaxt ayırmağa çalışırdım. Hətta, xatırlayıram ki, ibtidai sinifdə oxuyarkən, xüsusi riyaziyyat savadıma görə məni 3-cü sinifdən 5-ci sinfə keçirmək istəyirdilər. Əfsuslar olsun ki, ibtidai sinif müəllimim Tamella xanıma olan sevgimə görə təhsilimi öz sinfimdə başa vurmalı oldum. Xatırlayıram, riyaziyyat müəllimim İradə Marifovna kitabı vaxtından əvvəl oxuyub bitirdiyimə görə mənə həmişə yuxarı siniflərdən əlavə tapşırıqlar verərdi. Kimya və fizika fənlərini keçməyə başladıqdan sonra bu marağım texniki fənlərə daha da artdı. Amma buna baxmayaraq, 10-cu sinfə kimi hər ixtisası demək olar ki, nəzərdən keçirmişdim. VIII sinifdə hüquqşünas, daha sonra həkim olmağı belə arzulayırdım. Amma seçimimi kimya ixtisasında saxladım. Anamın dediyinə görə, uşaqlıqdan kimya ilə bağlı uşaqlar üçün çoxsaylı verilişləri izləyirmişəm. Demək ki, seçimimi uşaq yaşlarından etmişəm.
“Arzum İngiltərədə
təhsil almaq olub”
- Necə oldu ki, xaricdə təhsil almağa qərar verdiniz? Xaricdə təhsilin hansı üstünlükləri sizi cəlb etdi?
- Qeyd etdiyim kimi,
bakalavr təhsilimi M.V.Lomonosov adma Moskva Dövlət
Universitetinin Bakı filialında almışam. Bakı
filialında oxuduğum zaman ali məktəbin giriş
qapısından içəri girdiyimizdə hər bir tələbə
sanki portal vasitəsilə xaricə keçid edirdi. Buna
baxmayaraq, hələ məktəb illərindən arzum
İngiltərədə təhsil almaq olub. O zamanlar müəllifi Verşagina
olan ingilis dili kitabları var idi. Mən də məktəbdə
seçmə sinifdə oxuduğum üçün bizə o
kitabla ingilis dili tədris olunardı. Çox savadlı və
sevimli ingilis dili müəllimim Elmira Mütəllimova bizə
hətta əlavə dərslər keçər, maraqlı
intellektual oyunlar ilə ingilis dilinə maraq oyadardı. Bu da məndə
İngiltərəyə, onun tarixinə və oradakı təhsilə
maraq oyatmışdı. Hələ ibtidai sinifdən valideynlərimə
deyərmişəm ki, bir gün “Big Ben” (Londondakı qülləli
saat) yerləşdiyi ölkədə təhsil alacağam.
Xaricdə təhsilin üstünlükləri, ələlxüsus
da, mühəndislik sahəsində daha çoxdur. Burada ən
son yeniliklərdən xəbər tutmaq olur və gündəmdə
olan problemlərin həllinə yönələn layihələrdə
iştirak etmək imkanı qazanmış olursan.
“Üzərimdə daha çox məsuliyyət
hiss edirəm”
- Hazırkı ali təhsil həyatınız
barədə məlumat verərdiniz. Hansı ixtisas üzrə
təhsil alır və hansı mövzularda tədqiqatlar
aparırsınız?
-
Hazırda Edinburq Universitetində “Elektronika və elektrik”
mühəndisliyi üzrə doktorantura təhsili alıram.
Əslində bu proqram kimya mühəndisliyi ilə birləşmiş
bir proqramdır. Mənim tədqiqat mövzum bərpa olunan
enerji mənbələrindən (külək və Günəş)
alman enerjinin ən effektiv yolla saxlanılması və yeni
proseslərə tətbiqindən ibarətdir. Hazırda
bütün dünyada mühəndislərin və şirkətlərin
düşündüyü qlobal problemlərdən biri
enerjinin effektiv saxlanılmasıdır. Çünki bildiyiniz
kimi, Günəş və külək enerjisi hər fəsildə
eyni miqdarda əldə edilmir. Bəzən küləyin
gücü həddindən artıq olub ölkə enerjisinin
yarısından çoxunu ödəyə bilir. Məsələn,
Danimarkaya baxsaq, görərik ki, bu ölkə enerji tələbatının
50 faizini məhz külək və Günəş enerjisi ilə
ödəyir. İngiltərə özü demək olar ki, bu
enerji növünə tələbatının 18-25 faizini (rəqəm
2030-cu ilə kimi qalxacaq) bu eneıji mənbələri ilə
ödəyir. Bu sıralamaya İspaniyanı, Portuqaliyanı və
İsveçi də əlavə etmək olar. Bəs, bu enerji
mənbələrinin enerjisinin daimi olmayıb hava şəraitindən
asılı olduğunu nəzərə alsaq, onda ölkənin
tələbatı bərpa olunan enerji növündən necə
asılı ola bilər ?
Məhz
bu səbəbdən Avropada enerjinin effektiv saxlanılması və
yenidən, lazım gəldikdə, istifadəsi üzrə tədqiqatlara
ayrılan qrantlar digər qrantlardan 2 dəfə
artıqdır. Mənim tədqiqat mövzum da bu problemin həlli
yoluna, ən əsas da enerjinin saxlanılıb başqa bir
qlobal problem olan karbon qazının azaldılması prosesinə
yönəlib. Daha dəqiq desək, gələcəyin
zavodları üçün yeni sistem dizaynı üzərində
çalışıram. Bu dizayn özündə sistemin
araşdırılması, prosesin simulyasiyası və
optimallasdırılmasım cəmləşdirir. Artıq 2-ci
kurs tələbəsi olaraq üzərimdə daha çox məsuliyyət
hiss edirəm.
“Tələbələrin üzərində
ciddi nəzarət olur”
-
Edinburqun təhsil və elmi mühiti barədə nə deyə
bilərsiniz?
- Artıq ikinci təhsilini İngiltərədə
alan bir tələbə kimi deyə bilərəm ki,
buradakı təhsil və elmi mühit digər Avropa ölkələrindən
fərqlənir. Edinburq Universiteti Şotlandiyanın qədim və
öndə gedən universitetidir. 2018-ci il QS reytinqinə
görə dünya universitetləri arasında 18-ci yerdədir.
Bu universitetin mühəndislik kafedrasında həyat tamam
başqadır. Edinburq Universiteti ölkənin ən qədim
ali məktəbi olduğu üçün burada ayrıca
kafedralar yoxdur. Onun əvəzinə 7 mühəndislik
institutu var ki, hər birində də hər sahədən olan
mühəndislər cəmləşiblər. Mənim aid
olduğum institut Enerji Sistemləri bölümüdür. Bu
institut digər mühəndislik institutlarından həm
müəllim, həm də doktorant tələbə sayma
görə fərqlənir (nisbətdə daha çoxuq).
Bundan əlavə, xırda klublar var ki, orada tələbələr
artıq tədqiqat sahəsinə görə cəmləşir.
Məsələn, külək enerjisi, eneıji ehtiyatı və
ya karbon ehtiyatı kimi kiçik tədqiqat klubları
vardır. Mən həm enerji ehtiyatı, həm də karbon
ehtiyatı klubuna daxiləm. Ayda bir dəfə klubların
toplantıları olur. Kluba həm müəllim, həm də
tələbələr cəmləşir. Hər ayda kluba və
instituta təzə qoşulmuş doktorant tələbələr
özlərinin təqdimatlarını edirlər. Digər tələbələr
isə öz işlərindəki yeniliklərdən xəbər
verirlər. Belə görüşmələr tələbələrdə
həm çıxış etmə bacarığını
artırır, həm də onlara müəllim heyətindən
yeni fikir alıb işlərinə tamam başqa bucaq
altında baxmağa şərait yaradır. Bundan başqa, hər
mühəndislik institutunun özünün seminarlar təşkil
edən komandası olur. Bu komandaların hamısının təşkilatçısı
da məhz tələbələr özləri olurlar. Məsələn,
mənim rəhbərlik etdiyim tələbə gənclər
təşkilatı kimi.
Edinburq
Universitetində ən çox sevdiyim hallardan biri də odur
ki, heç kəs öz postunda daimi deyil və vaxtdan
asılı olaraq daim dəyişir. Məsələn, seminar
komandası öz vəzifəsini gələn il
üçün yeni qoşulan doktorantlara təhvil verib
növbəti il üçün başqa vəzifələr
götürəcək. Beləliklə, təhsil
aldığı 3-4 il ərzində hər tələbə
özünü müxtəlif sahələrdə yoxlayıb
daha çox bacarıq əldə edir. Bu, həm də müəllim
heyətinə aiddir. Bundan əlavə, doktorantların hər
uğuru qiymətləndirilib universitet jurnalında
paylaşılır. Tələbələrin üzərində
ciddi nəzarət olur. Bunun ən yaxşı göstəricisi
ali məktəbə qəbul olduqdan bitirənə kimi təhvil
verməli olduğumuz hesabatlardır.
Hər
bir doktorant ilk təhsilə başladığı 2 ay ərzində
(10 həftə ərzində) artıq bir il üçün
hansı araşdırmanı edəcəyi haqqında məlumat
verməlidir. Bu, bir az hər tələbəyə asan
başa gəlmir. Çünki əgər layihə
haqqında əvvəldən məlumatın varsa, nə edəcəyini
əvvəldən düşünmüş tələbə
bunu asanlıqla təhvil verir. Xeyr, əgər yeni mövzu
seçmişsizsə, onda həmin 2 ay sizin üçün
az da ola bilər. Bundan başqa, 6 aylıq, 1 illik, 2 illik, 3
illik hesabatlar məcburi sayılır. Beləliklə, hər
bir müddətdən bir tələbənin aktivliyi
yoxlanılır və müəllim heyəti tərəfindən
məsləhətlər verilir. 3 illik hesabata əsasən tələbə
təhsilini 3 ildə bitirə və ya 4-cü ilinə
başlayıb daha çox eksperiment apara da bilər.
Doktorantlara münasibət tamam başqadır. Bakalavriat və
magistrantlardan fərqli olaraq, doktorant tələbələr
daha çox universitetin akademik heyətinə cəlb edilir və
daha çox faydalanma şansı olur. Sadəcə, bu
şansların hamısından zamanında yararlanmaq
lazımdır.
“Ən çox qrantları mühəndislik
bölümləri qazanır”
- Sizi
Britaniyada daha çox nə cəlb edir: yüksək akademik
biliklər, yoxsa tədqiqatlar üçün geniş
imkanlar?
- Hər
ikisi desəm, daha düzgün olar. Amma tədqiqata ayrılan
imkanlar daha çoxdur. Zəif cəhəti odur ki, bu qrantlar
daha çox İngiltərə və Avropa vətəndaşları
üçün nəzərdə tutulur. Xarici tələbə
olub və burada doktorantura təhsili imkanı qazanmaq çox
çətindir. Düşünün ki, dünyanın
hardasa 234 ölkəsi var, Avropa Birliyinə daxil olan və bəzi
zəif inkişaf etmiş ölkələri çıxsaq, o
zaman təqribən 150 ölkədən olan müxtəlif
sayda müraciət edən əcnəbi tələbələrlə
bir yer üstündə mübarizə aparırsan. Bu
mübarizədə qalib olmaq artıq yolun 20 faizidir. İngiltərə
universitetlərində ən çox qrantları mühəndislik
bölümləri qazanır. Çünki böyük
şirkətlər universitetlərə yatırımlar edib tədqiqat
sahəsi açır və qəbul almış tələbələri
ya universitetlərdə, ya da şirkətlərdə
doktorantura təhsilinə cəlb edirlər.
“Özüm özümü motivasiya
etməyi öyrənmişəm”
-Çətin
situasiyalarda özünüzü necə motivasiya edirsiniz? Məsələn,
sizin universitetin professoru Xiqs çətin durumlarda Edinburq
dağlarına gəzintiyə çıxardı. Alim ona
Nobel mükafatı qazandırmış məşhur kəşfini
də növbəti gəzintidən sonra həyata keçirmişdi.
- Bu sual Edinburq Universitetinin mühəndislik
bölümünə yeni qəbul olunmuş və universitet tərəfindən
keçirilən 3 günlük düşərgədə
iştirak edən hər bir tələbəyə müəllim
kollektivi tərəfindən verilir. Tələbənin mənəvi
durumuna, emosiyalarına önəm verilir. Mən də bu
düşərgədə 2018-ci ilin may ayında iştirak
etdim. Hər tələbə müxtəlif cavablar verirdi. Mənim
cavabım isə belə oldu: “Məktəbdə oxuyarkən
motivasiya mənbəyim anam idi. O, hər an həm mənim, həm
də qardaşlarımın yanında olur, hər uğur və
ya uğursuzluğumuzdan sonra bizə dəstək verirdi.
İllər keçdi, böyüdüm. Yenə də anam mənim
əsas motivasiya mənbəyimdir. Amma indi həm də
özüm özümü motivasiya etməyi öyrənmişəm.
Çətinliyə düşəndə öz-özümə
deyirəm ki, zirvələr həmişə çətinliklərdən,
uçurumlar isə asan yumurlanmaqdan ibarətdir. Seçim etmək
sənin əlindədir. İndiyədək gəldiyin yola və
qazandığın uğurlarına bax və ona irəliləməkdə
özünə güc ver. Çünki məyusluq seçim
yolu deyil”. Həftə sonları mən də “Calton Hili” və
“Artur seaf’e çıxıb oradan mənzərəni izləyib
düşünməyi sevirəm. Ən əsas da “Calton
Hill”in sakit və hüzurverici ab-havası insanı əsl yeni
kəşflərə həvəsləndirir.
Yaxın
gələcəkdə hansı kəşflərə imza
atacağınızı düşünürsünüz?
- Birinci
düşündüyüm hədəf doktorantura təhsilimi
uğurla başa vurmağımdır. Əlbəttə, hər
bir doktorantura tələbəsi kimi mən də öz sahəmdə
yeniliklərə imza atmaq istəyirəm. Ümidvaram ki,
yaxın gələcəkdə buna tezliklə nail olaram.
“Tələbələri ancaq dərslə
yükləmək düzgün deyil”
- Britaniyadan baxdıqda təhsil
sistemimizdə baş verən dəyişiklikləri necə
qiymətləndirərdiniz? Universitetlərimizdə nələri
görmək istərdiniz?
- Ölkəmizdə son 10 ildə təhsil
sahəsində çox dəyişikliklər baş
vermişdir. Bizim ali məktəblərdə tələbə
həyatı bir az maraqsız keçir. Tələbələri
ancaq dərslə yükləmək düzgün deyil. Məsələn,
hər bölüm üzrə müəllimlərin rəhbərliyi
altında layihələr işlənib xarici qrantlara müraciət
oluna bilər. Bunun sayəsində də tələbələrimizin
xaricə çıxışları olar və gənc
yaşlarından artıq akademik məqalənin necə
yazılmalı olduğunu öyrənərlər. Daha sonra
xırda və maraqlı klublar yaratmaq olar. Hansı ki ayda bir dəfə
görüşüb hər hansı bir məqaləyə
müraciət etsinlər. Bu yolla tələbələr
bir-birlərini gündəmdə olan tədqiqatlar barədə
xəbərdar edərlər. Bu cür müzakirələr həm
də gələcəkdə yeni kəşflərə aparan
yolun başlanğıcı ola bilər.
“Hər mümkünsüz iş
çox
çalışdığın
halda mümkündür”
- Bir gənc olaraq həmyaşıdlarınıza həyatda uğurlu olmaq üçün hansı tövsiyələriniz var...
- Həmyaşıdlarıma tövsiyəm o olardı ki, həmişə qarşılarına bir məqsəd qoysunlar və o məqsədə doğru hər gün ən azı bir addım atsınlar. Məsələn, arzu xaricdə oxumaqdırsa, bu arzuya çatmaq üçün hər gününüzün ən azı bir saatını bu sahəyə ayırmalısan. Bunu edə bilmirsənsə, demək, bu, sənin həyat hədəfin deyil. İkinci əsas məsləhət- seçdikləri yolda başqalarının mənfi fikirlərinə fikir verməsinlər. Bu məsləhəti bütün tələbələrimə verirəm. Çünki çox zaman onlardan “müəllim, bəlkə biz seçilmədik”, “müəllim, axı o yerə 1000 nəfər sənəd verir, bizim şansımız azdır” kimi özlərinə güvənsizlik kəlmələri eşidirəm. Birincisi, özlərində güvənsizliyi məhv etməli, daha sonra isə arzuya çalmağa yönəlməlidirlər. Həyatda insanın nail ola bilməyəcəyi heç nə yoxdur. Moskva Dövlət Universitetindən rusiyalı professorlardan biri olan P.Zlomanov həmişə deyərdi ki, “Hər mümkünsüz iş belə çox istənildiyində və çox çalışdığın halda mümkündür”.
- Mütaliəyə münasibətiniz? Hansı mövzuda kitab oxumağa həvəslisiniz?
- Kitab oxumağı çox sevirəm. Vaxt tapan kimi kitab oxumağa çalışıram. Oxuduğum kateqoriya özündə dedektiv, psixologiya və fəlsəfəyə aid kitabları cəmləşdirir. Hazırda Amerika yazıçısı Den Braunun “Origin” əsərini oxuyuram.
- Gələcək planlarınız və arzularınız.
- Doktorantura təhsilimi uğurla başa vurub akademik təcrübəmi ixtisasım üzrə daha da artırmaq əsas arzularımdan biridir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2018.- 26
oktyabr.- S.9.