Yeni əsrin ən uğurlu
tədqiqatlarından biri
Söhbət “Təhsilin psixodidaktik
problemləri” monoqrafiyasından gedir
Bakı
Dövlət Universitetinin dosenti Rəhimə Mahmudovanın bu
yaxınlarda “Nurlar” nəşriyyatı tərəfindən
geniş oxucu mütaliəsinə təqdim etdiyi “Təhsilin
psixodidaktik problemləri” adlı monoqrafiyası həm tədqiqatın
obyektinin müasirliyinə, həm problemin sintetik mahiyyəti
baxımından yeniliyinə, həm də tədqiqat
manerasına görə ilk baxımdan diqqəti cəlb edir. Burada
təhsilin inkişaf mərhələləri psixodidaktik
müstəvidə araşdırılır, onun
inkişafı Y.A.Komenskiyə qədərki ənənəvi,
fəal və inkişafetdirici təlim mərhələlərinə
bölünür. Hər bir mərhələdə təhsilin
inkişafının psixodidaktik məsələləri
metodoloji baxımdan təhlil edilir.
Elmi araşdırmalardan əldə olunan nəticələrə görə, maarifçilərin təhsilin təşkili ilə bağlı fəaliyyətləri pedaqoji baxımdan nə qədər maraqlı olsa da, təhsilin təşkilini sistemli həyata keçirmək problemi uzun müddət həll olunmamış, bu boşluğu dolduran ilk pedaqoji əsər XVII əsrdə adı təhsil tarixinə böyük hərflərlə yazılan pedaqoq, müəllim Yan Amos Komenski tərəfindən yazılmışdır. O bu əsəri “Böyük Didaktika” adlandırmışdı.
Müəllifin qeyd etdiyi kimi təhsilin sistemli təşkilini öz məzmununda əks etdirən ilk pedaqoji əsərin XVII əsrə təsadüf etməsi o demək deyil ki, həmin dövrə qədər təhsil, məktəb olmamışdır. Hər bir tarixi mərhələnin reallıqlarına rəğmən əsrlər boyu məktəblərdə müxtəlif pedaqoji innovasiyalar həyata keçirilmişdir. Lakin onları ümumi məxrəcə gətirə biləcək sistemli təhsil konsepsiyası olmadığı üçün bu innovasiyalar özlərinin sonrakı inkişafını tapa bilməmiş, kamil, ideal, yetkin, hərtərəfli inkişaf etmiş şəxsiyyət formalaşdırmaq ideyasının reallaşdınlma- sında çətinlik çəkmişdir. Əvəzində təhsil tarixində bənzərsiz zəngin pedaqoji təcrübənin, son dərəcə qiymətli pedaqoji irsin formalaşmasına nail olunmuşdur.
Monoqrafiya müəllifi çox geniş tədqiqatçılıq erudisiyası və əzmkarlığı ilə bütün dövrlər üzrə sivilizasiyalararası mərhələlərin müqəddəm şərtlərindən qaynaqlanan ictimai-humanitar meyarların təhsil transformasiyalarına təkcə tarixi yox, həm də tədris-metodiki və psixoloji təsirinə mərhələlərlə yanaşaraq maraqlı elmi mülahizələr ortaya qoyur. Haqlı olaraq göstərir ki, Y.A.Komenskiyə qədər vahid təhsil konsepsiyasının yaranmasına gözəgörünməz tellərlə mane olan amillərdən biri kimi quldarlıq dövründən başlayaraq təhsildə təbəqələşmənin həyata keçirildiyini göstərmək olar. Təhsilin tarixindən bəlli olur ki, məktəbin inkişafı istiqamətində əldə olunan nailiyyətlər, irəli sürülmüş ideyalar quldarlıq dövründə feodalizm dövrü ilə müqayisədə pedaqoji həqiqətlərin daha dərin qatlarını fəth edə bilmişdir .
Pedaqogika tarixçiləri qədim dövrlərdən bu günə qədər təhsilin və tərbiyənin təşkili yollan, müxtəlif dövrlərdə yaşamış mütəfəkkirlərin bu yönümlü fikirlərini köklü şəkildə tədqiq etmiş, əminliklə demək olar ki, çox çətin olan bu işin öhdəsindən böyük uğurla gəlmişlər.
Əslində, təhsilin təşkili, məzmunu və tətbiqi yollarının tədqiqi bizi tarixi baxımdan deyil, müasirlik prizmasından maraqlandırırdı. Lakin tədqiqatın gedişində, müxtəlif pedaqoji məsələlərin (bioloji terminlə desək) “kökünü” axtaranda, “rişələr” bizi tədricən qədim dövrə qədər aparıb çıxardır. Pedaqogika tarixçilərinin tədqiqatları ilə problemin tarixi-müqayisəli tədqiqi istiqamətində daha dərindən tanış olduqca, məlum oldu ki, “Böyük didaktika” ilk pedaqoji əsər kimi deyil, dövrün tələblərinə müvafiq sistemli təhsil yaratmaq gücünə malik olan ilk humanitar-pedaqoji əsər kimi qiymətləndirilsə, daha düzgün olardı.
O, mövcud elmi-pedaqoji təsnifata dair tədqiqatlara yenidən nəzər salaraq təhsilin və tərbiyənin təşkilinin Komenskiyə qədərki və Komenski mərhələsini xüsusi qeyd edir.
Sonra müəllif hər iki mərhələnin spesifik tarixi və nəzəri pedaqoji-psixoloji yönümdən təhlilini təmin etmişdir.
Göstərir ki, təhsil tarixində çox böyük iz qoymuş Y.A.Komenski mərhələsi XX əsrin 60-cı illərinə qədər davam etmişdir. Təhsil tarixində belə hallar olmuşdu. Məsələn, XX əsrin əvvəllərində SSRİ-də tətbiq edilən və uğur qazana bilməyən “briqada laborator üsulu”, əsrin sonlarında interaktiv təlim müstəvisində “qrupla iş” metodikası çərçivəsində böyük uğurla məktəblərə tətbiq edilməyə başladı.
Keçən əsrin 60-cı illərində Amerika pedaqoqu və psixoloqu B.Blum təliım psixologiyası və ümumilikdə didaktika sahəsində böyük uğur qazanmış, təhsilin ənənəvi təlim mərhələsindən daha yüksək səviyyəyə qalxmasına, əslində, yeni pedaqoji təfəkkürün formalaşmasına səbəb olmuşdur. B.Blumun yeni təlim taksonomiyalan hazırlaması ilə təhsilin məzmunu yenilənmiş, izahedici təlim metodlarına fəal təlim metodları əlavə edilmişdir. Bu yeniliklər təlimi daha yüksək səviyyəyə-hafizə səviyyəsindən təfəkkür səviyyəsinə qaldırmışdır. Təhsilin məzmununun yeni paradiqma - təfəkkür paradiqması əsasında qurulması təhsil tarixinə fəal təlim kimi düşdü. Monoqrafiyada bu mərhələ təhsilin təşkilində - məzmunu etibarı ilə - “fəal təlim” adını almış üçüncü mərhələ kimi qiymətləndirilir. Bu da ilkin təşəbbüsdür!
Keçən əsrin 90-cı illərində B.Blumun tələbələri onun təlim məqsədli taksonomiyalarım modifikasiya edib, buraya “yaratma” səviyyəsini əlavə etməklə, təhsilin təşkilini daha yüksək səviyyəyə - təfəkkür və təxəyyül səviyyəsinə qaldırdılar. Daha dəqiq desək, təlim təhsilalanın müstəqil fəaliyyəti üzərində qurulduğundan təhsilin bu məzmunu yeni təlim metodlarının - interaktiv təlim metodlarının yaranmasına səbəb oldu.
Müəllif çox geniş arealda araşdırmalarının sintetik xarakterinə müvafiq tarixi-müqayisəli üslubda təhsilin təşkilinin dörd mərhələsini konkretləşdirmişdir: Birinci mərhələni Y.A.Komenskiyə qədərki dövr adlandırmış, bu mərhələdə təhsilin təşkili heç bir konsepsiyaya əsaslanmamış, gah sistemli və gah da sistemsiz xarakter daşımışdır. İkinci mərhələ hafizə meyarına, üçüncü mərhələ təfəkkür meyarına, dördüncü mərhələ isə təfəkkür və təxəyyül meyarına əsaslanmışdır. Tamamilə yeni elmi qənaətlər olaraq ciddi əsaslandırma tələb edən vəzifənin öhdəsindən uğurla gəlmişdir.
Ona görə XX əsrin sonlarında təhsilin təşkili istiqamətində dünya müstəvisində köklü dəyişikliklər baş verdi: əvvəlcə müəyyən edildi ki, təlimin təşkilində hafizə meyarları üstünlük kəsb etdikdə təhsil inkişafetdirici xarakter daşımır. Nəticədə - təlimin təfəkkür meyarları üzərində qurulması zərurəti gündəmə gəldi, fəal təlim ənənəvi təlimi əvəz etdi; bir müddət sonra təhsilin, təfəkkürlə yanaşı, təxəyyül meyarları aktuallaşdı və əsrin sonunda interaktiv təlim öz hökmlü görünüşü ilə dünya təhsilinin fövqündə durdu.
Deyilənlərdən aydın olur ki, XX əsrin yaddaşı təlimin üç meyar üzərində qurulmasına şahidlik edib - yaddaş, təfəkkür və təxəyyül.
Təhsilin təşkili, məzmunu, prinsipləri, metodları, təlimin təşkili formaları və biliyin mənimsənilməsini qədim dövrdən Komenskiyə qədərki böyük dövrdə psixodidaktik müstəvidə təhlil edən müəllif təkrarçılığa yol verilməməsi üçün təhlili dövrlər üzrə aparmamış, diqqət yalnız problemin qoyuluşu baxımından özünəməxsusluğa malik məqamlara yetirilmişdir.
Təhsilin inkişaf dinamikasına xüsusi
diqqət yetirən müəllif qeyd edir ki, zaman keçdikcə
təhsil də öz inkişafını sürətləndirirdi.
Qədim Misirdə ikidərəcəli məktəblərin,
Romada üçpilləli məktəblərin, Afinada gimnazilərin,
Bizans imperiyasında ali təhsil məktəblərinin
yaranması bunu sübut edir. Lakin bu inkişaf tək elə təhsilin
məzmun baxımından deyil, psixodidaktik baxımdan da nəzərəçarpacaq
uğurlarda əksini tapırdı. Qədim Hindistanda birgə
oyun və əmək prosesində təhsilin təşkili,
Çində təlimin müəllim- şagird əməkdaşlığı
və müstəqilliyin üzərində qurulması,
Demokritin idrak proseslərinin mərhələləri
haqqında düşüncələri, Sokratın dialoq
metodu, Platonun yaş dövrləri, Kvintilianın induktiv təlim
yolu və s. qədim dövrdə insanların təhsil sahəsində
əldə etdikləri uğurlar kimi qiymətləndirilməlidir.
Həmin ideyalarda fəal
və interaktiv təlim elementləri də var idi.
İslam
dininin yaranması ilə Yaxın və Orta Şərqdə təhsilin
inkişafı öz vüsətini artırdı. İlk
“Müdriklik evləri”nin, orta və ali təhsil verən mədrəsələrin
yaranması məktəb şəbəkəsinin genişlənməsini
əks etdirməklə pedaqoji nəzəriyyəni zənginləşdirən
ideyalar kimi, təhsilin tarixinə yeni məzmun vermişdir.
Düşünmək
olardı ki, orta əsrlərdə təhsil öz
inkişafını özünəqədərki pedaqoji irsin
bazasında sürətləndirəcəkdir. Lakin erkən
orta əsrlərdən etibarən təhsilin inkişafı
sanki ləngiməyə başladı. Bu prosesi müəllif
elmi-qənaətləri ilə əsaslandıraraq göstərir
ki, artıq XV-XVI əsrlərdə bir çox Avropa ölkələrində
islahatlara başlanıldı. Bu hərəkat humanizm
ideyalarına söykənərək zorakılığa
qarşı yönəldi. Almaniyada Martin Lüter, Fransada Jan
Kalvin, İsveçrədə Ulrix Tsivinqli kilsə adətlərini
aradan qaldırmağı təbliğ edir, Bibliyanın
müstəqil öyrənilməsi və dərk edilməsi
uğrunda mübarizə aparırdılar.
Didaktika
terminini ilk dəfə alman pedaqoqu Volfqanq Ratke işlədərək,
təhsilin metodologiyasını hazırlasa da, onu sistemli nəzəriyyəyə
çevirə bilməmişdir. Bu vəzifəni çex
pedaqoqu Y.A.Komenski yerinə yetirmişdir.
Tədqiqatçı
problemin şərhi zamanı regional təcrübəni də
unutmur, maraqlı paralellər tapır, hökmlər verir.
Göstərir ki, təhsilin təlim məqsədləri
müstəvisində qurulması respublikamızda bu istiqamətdə
tədqiqatları da aktuallaşdırmışdı. Bu
müstəvidə Ə.Ə.Əlizadənin tədqiqatları
elmi çəkisi ilə fərqlənirdi. O, milli xüsusiyyətləri
nəzərə alaraq, təlim məqsədlərinin
üçtərkibli taksonomiyasım hazırlamış və
bunu iki variantda işləmişdir. I variantda əsas
taksonometrik kateqoriyalar “təhsil”, “inkişaf’ və “tərbiyə”
təlim məqsədlərinə görə təsnif
edilmişdir. Problem üzərində tədqiqatlarını
davam etdirən Ə.Ə.Əlizadə taksonomiyanı daha da təkmilləşdirərək,
təlim məqsədlərini “Öyrənmə-inkişaf’
kateqoriyaları üzərində cəmlədi. B.Blumun
taksonomiyası, mahiyyəti etibarı ilə, inkişaf
konsepsiyası idi, Ə.Ə.Əlizadənin təklif etdiyi
taksonomiya da, mahiyyəti etibarı ilə, inkişaf
konsepsiyasıdır, lakin o, təlim məqsədlərinə
tərbiyə və mədəniyyət (Ə.Ə.Əlizadə
mədəniyyəti tərbiyənin nəticəsi kimi qiymətləndirir
- R.M.) amilini də əlavə etmişdir. Bu taksonomiya “Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulum)” - konseptual xarakterli çərçivə sənədi
hazırlanarkən əsas istinad mənbələrindən
biri olmuşdur. Bu taksonomiyalar əsasında Azərbaycan
Respublikasında ümumi təhsilin Milli Kurikulumu və ali təhsilin
bakalavr pilləsində ibtidai sinif müəllimlərinin
hazırlığı üzrə çərçivə
kurikulum saytı hazırlanmışdır.
Bakı
Dövlət Universitetinin dosenti Rəhimə Mahmudova tərəfindən
tamamilə yeni bir elmi üslubda hazırlanmış monoqrafiya
4 fəsildən və yarımfəsillərdən ibarətdir.
Tədqiqat
işinin “Təhsilin inkişafinda Y.A.Komenskiyə qədərki
mərhələ” adlanan birinci fəsli 3 yarımfəsildən
və alt yarımfəsillərdən ibarətdir. Birinci yanmfəsil
“Qədim dövrün pedaqoji möcüzələri”
adlanır ki, burada ibtidai icma dövründə tərbiyənin
təşkilindən, qədim Şumer dövlətində ilk
məktəblər və təhsilin məzmunundan, qədim
Misirdə ikidərəcəli təhsildən, qədim
Hindistanda təhsil və inkişafetdirici tərbiyədən,
qədim Çində təhsil, müəllim-şagird əməkdaşlığından,
qədim Afinada açılmış gimnaziyalardan, qədim
Romada üçpilləli təhsildən, Bizans
imperiyasında ali təhsildən, Demokritin - idrak proseslərinin
mərhələli inkişafından, Platonun - yaş dövrlərinə
uyğun təhsil ideyasından, Aristotelin - məntiqi təfəkkürün
formalaşması haqqında klassik şərhindən,
Kvintilianm - induktiv təlim yolu haqqında pedaqoji
düşüncələrindən geniş bəhs olunur.
“Yaxın və Orta Şərqdə təhsil - İslamda tərbiyə
və təhsil məsələləri” adlanan ikinci yarımfəsildə
sinif-dərs sisteminin ilk modeli, təlimdə psixi və fərdi
xüsusiyyətlərin nəzərə alınması, orta və
ali təhsil verən mədrəsələr haqqında
ümumiləşmələr şərh olunur. Əli Kindinin
- təlim prosesində intellektin formalaşması, Fərabinin
- Təhlil-tərkib, induksiya- deduksiya dialektikası, İbn
Sinanın - təlimdə nəticəçıxarma metodundan,
Nəsirəddin Tusinin - müstəqil təlim fəaliyyətindən
və s. kimi mütəfəkkirlərin fikirlərindən
yeni bir tədqiqat prizmasından söhbət açır.
Üçüncü, “Avropada orta əsrlər təhsili”
yarımfəslində erkən orta əsrlərdə təhsilin
inkişafı, kilsə və cəngavərlik məktəbləri,
şagirdlik tərbiyəsi və ya ilk peşə məktəbləri,
ibtidai məktəblər, şəhər məktəbləri,
Almaniyada ilk gimnaziyalar, saray məktəbləri, ali təhsil
ocaqları- universitetlərin yaranması, intibah
dövrünün islahatları məsələləri
haqqında ətraflı bəhs olunmuşdur.
Əsərin
ikinci fəsli “Didaktika - təlim və təhsil nəzəriyyəsi
kimi” adlanır. Bu fəsildə Volfqanq Ratkenin “Didaktikanın
yaranması”, YA.Komenskinin “Sistemli didaktik nəzəriyyə”
başlığı altında pedaqoji fikirləri problemin
mövzusu baxımından təhlil və tədqiq olunur.
“Fəal
təlimə gedən yol” adlanan üçüncü fəsildə
isə “İnkişafetdirici təlim ideyaları”
başlığı altında Jan Jak Russonun “Təcrübəni
müstəqil əldəetmə”, “İ.Pestalotsinin “Elementar
(ibtidai) təhsil ideyası”, İ.F. Herbertın “Tərbiyəedici
təlim nəzəriyyəsi”, A.Disterveqin “Təbiətəmüvafiqlik
prinsipi təbii inkişafın əsası kimi”, K.D.
Uşinskinin “Məktəb şagirdləri müstəqil və
yaradıcı əməyə hazırlamalıdır” kimi
pedaqoji konsepsiyaları problemin əsaslandırılması
baxımından təhlilə cəlb edilmişdir.
Monoqrafiyanın
sonuncu, dördüncü fəsli “İnter-aktiv təlim”
adlanır ki, bu təlim məqsədləri
taksonomiyasının yeni variantı, interaktiv təlimin tətbiqinin
optimal yolları, prinsip və mərhələləri,
interaktiv təlimdə biliyin qiymətləndirilməsi məsələləri
araşdırılır. Ə.Ə. Əlizadənin “Azərbaycanda
yeni təlim taksonomiyaları”ndan bəhs olunur, kurikulum
taksonomiyanın praktik təcəssümü kimi, Azərbaycan
Respublikasında ümumi təhsilin milli kurikulumunun
quruluşu, Azərbaycan Respublikasında ali təhsilin bakalavr
pilləsində ibtidai sinif müəllimlərinin
hazırlığı üzrə çərçivə
kurikulumunun quruluşu və s. məsələləri
tamamlanır.
Beləliklə,
monoqrafiyada təhsilin inkişaf mərhələləri
psixodidaktik müstəvidə araşdırılmaqla onun
inkişafı Y.A.Komenskiyəqədərki ənənəvi,
fəal və inkişafetdirici təlim mərhələləri
olaraq tədqiqata cəlb edilmiş, hər bir mərhələdə
tarixi formasiyaların müqəddəm şərtlərindən
qaynaqlanan transformasiya fakt-lanna istinadən ilk dəfə yeni
tarixi-pedaqoji-psixoloji üslubda bu inkişafın psixodidaktik məsələləri
sintetik xarakterdə araşdırılaraq metodoloji-nəzəri
baxımdan tədqiq-təhlil edilmişdir.
Geniş
elmi-pedaqoji ictimaiyyət üçün nəzərdə
tutulmuş monoqrafiya qətiyyətlə yeni əsrdə ərsəyə
gəlmiş ən uğurlu milli tədqiqatlardan biri olaraq dəyərləndirilə
bilər.
Həsən Bayramov,
pedaqoji elmlər doktoru
Azərbaycan müəllimi.- 2018.- 26
oktyabr.- S.12.