İnformasiya texnologiyaları cənnəti
Estoniya dünyanın rəqəmsal
mərkəzlərindən birinə çevrilir
Estoniyada,
Baltik dənizinin sahilindəki qəsəbələrdən
birində Taavi Kotka adlı qeyri-adi bir nəfər
yaşayır, "e- Estoniya" layihəsinin əsas
ideoloqlarından biri olan Kotka ölkəsinin bu günü və
gələcəyinə ən böyük töhfə
vermiş vətəndaş sayılır. Hökumət təşəbbüsü
olan Me-Estoniya"nm əsas missiyası Estoniyanı rəqəmsal
dövlətə çevirməkdir. Taavi Kotkanın səyləri
ilə bu layihə arzudan reallığa çevrilib.
Elə
bir ölkə yoxdur ki, oradan İT mütəxəssisləri
gəlib bu kiçik Baltikyanı respublikada işləməsinlər.
Estoniya İT peşəkarları üçün əsl cənnətdir.
Ölkə həyatının elə bir sferası yoxdur ki,
elektronlaşmasın. Bütün problemlərin digital yolla
çarəsi mövcuddur. İctimai nəqliyyatda gediş əldə
etmək istəyirsiniz? Evdən çıxmağa ehtiyac
yoxdur - keçin kompüter arxasına. Avtomobilinizi düz park
etməyib cərimələnmisiniz? Onu da evdən həll etmək
olar. Estoniyada qanunvericilikdən tutmuş vergi sisteminədək
hər nə varsa digital müstəviyə
köçürülüb və iri platformada bir yerə
toplanıb.
"e-Estoniya"
dövlət idarəçiliyi sistemini gözlər
önündə dəyişən iddialı layihədir. Ancaq
hər birimizdə sual doğura bilər: axı necə oldu
ki, sıradan bir postsovet ölkəsi olan 1,5 milyonluq Estoniya belə
bir yolu bu sürətlə qət edə bildi?
Ötən yazılarımızdan birində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən "silikon vadi'Tərdən söz açmışdıq. Əgər Estoniyaya bu nöqteyi-nəzərdən yanaşmış olsaq, bu ölkə bütövlükdə "rəqəmsal vadi"dir.
Təhsildən danışarkən Finlandiya sisteminə
istinad etmək son illərin əsas trendidir. Əgər
söhbət yüksək texnologiyalardan gedirsə, onda bilin
ki, sıralamada ilk adı keçən Estoniyadır.
Diqqət yetirin:
- "Kibertəhlükəsizlik
üzrə Qlobal indeks” reytinqində Avropa birincisi və
dünya beşincisi;
-
İnformasiya-kommunikasiya texnologiyaları üzrə
qanunvericilik sahəsində dünya ikincisi.
Hüdudsuz
imkanlar
Kotkanın sözlərinə görə, işə
başlayarkən qarşılarına əsas məqsəd
ölkə əhalisinin onların missiyasına inanmasına
nail olmağı qoyublar. Rəqəmsal sistemə daxil olmaq
üçün vətəndaşın sadəcə bir dəfə
qeydiyyatdan keçməsi lazımdır. Vəssalam! Nə həkimə gedərkən xəstəlik vərəqəsini,
nə də kredit alarkən bankda hansısa çoxsaylı
kağızları doldurmağa ehtiyac yoxdur. Vətəndaş haqqında bütün
mümkün məlumatlar çipli fərdi ID-karta
yazılıb və vahid platformada saxlanılır. Hər sahənin mütəxəssisi sizin barənizdə
məlumat əldə etmək istəyirsə, həmin o
platformaya müraciət edir. Sağlamlıq
durumundan tutmuş siyasi görüşlərə, məşğulluqdan
məhkumluğa qədər bütün informasiyanı əldə
etmək saniyələrin işidir.
Anna Piperal “e-Estoniya”nm könüllü səfiridir. Sistemin necə işlədiyini
izah edir: ona məxsus olan ID-kartı USB-port vasitəsilə
xüsusi qurğuya taxır, parolu daxil edir və hər
şey hazırdır. Sistemin interfeysi kifayət qədər
sadədir: şəxsi məlumatlar, daşınmaz əmlak,
iş və s.
Piperal magistraturada oxuyur. Sistemdə bu barədə informasiya
var, ancaq sadəcə məlumat üçün deyil: o, tutaq
ki, sabah nəqliyyat üçün bilet
alacaqsa, sistem dərhal Annanın tələbə olduğunu nəzərə
alır.
Zarafat kimi qəbul olunmasın, ancaq Estoniya vətəndaşının
evdəki pişiyinə hansı peyvəndlərin vurulduğu
barədə məlumat belə, onun şəxsi rəqəmsal
platformasında qeydiyyata düşür. Bir az da
ciddi istəyirsinizsə, onu da qeyd edə bilərik ki,
daşınmaz əmlak, torpaq və s. bu kimi məqamlar
mütləq sistemdə öz əksini tapmalıdır. Estoniyada düşünürlər ki, bu barədə
məlumatları ilk növbədə siyasət adamları
ictimailəşdirməlidirlər. Elə
bu səbəbdəndir ki, məsələn, filan deputata məxsus
mal-mülk barədə istənilən məlumatı, hətta
Google-dan çəkilmiş şəkilləri həmin
sistemdə görmək problem deyil.
“The New Yorker”in
yazdığına görə, potensial haker müdaxiləsini
yumşaltmaq məqsədilə istifadəçilərin məlumatları
bir yerdə saxlanılmır. “X-Road”
hökumət platformu müxtəlif serverlərə nəzarət
edir və lazım olduğu halda onları bir-birlərinə
“calayır”. Yəni, stomatoloqa lazım olan
məlumatlar bir yerdədir, təhsillə bağlı
informasiya digər. Lazım gələrsə,
onlar bir-birlərinə ehtiyac duyulan məlumatları
ötürürlər. “X-Road” hökumət
platforması olsa da, artıq şirkətlər özəl məlumat
banklarının yaradılması işinə başlayıblar.
Yəni, bu işin də dövlət və
özəl sektoru var.
Hələlik rəqəmsallaşmayan sahələr də
mövcuddur. Məsələn, ailə qurmaq istəyənlər
hələ də dövlət orqanlanna gəlib öz istəklərini
yazılı şəkildə bildirməlidirlər. Yaxud, evi və ya torpaq sahəsini internetlə almaq
mümkün deyil.
Reallıq odur ki, əksər sferaların
elektronlaşması dövlətə şəffaflıqla
yanaşı, maliyyə gəlirləri də gətirir. Məsələn,
dövlət fəaliyyətinin rəqəmsal müstəviyə
transfer olunması nəticəsində təqribən
ÜDM-in 2%-dək qənaət etmək mümkün olub.
Müqayisə üçün, Estoniyanın
NATO-ya üzvlük xərci məhz bu qədərdir. Başqa sözlə, ölkənin müdafiəsi
üçün vətəndaşdan pul alınmır.
Rəqəmsal qərarların tətbiqi nəticəsində
dövlətin heç bir xidməti bir yerə
bağlanmır. 2014-cü ildə hökumət tərəfindən
bu məqsədlə rəqəmsal rezidentlik proqramı tətbiq
olunmağa başlayıb. İndi
dünyanın istənilən yerində yaşamaqla
Estoniyanın bank sektorunun xidmətlərindən elə istifadə
edə bilərsiniz ki, sanki bu ölkədəsiniz. Estoniyada gəlir vergisi dünyada ən
aşağılardandır. Belə
münbit vəziyyət dünyanın hər bir yerindən
startaplan Estoniyaya yönəldir. “Adcash”
şirkətinin fransız sahibi Tomas Padovani hesab edir ki, bu
rahatlığı ofşorla dəyişik salmaq olmaz.
Bununla belə, Estoniyada yaxşı pul qazanmaq
üçün hər cür şərait var: dövlət
heç nəyə mane olmur, sadəcə yönəldir.
Virtual əhali
artımı
2013-cü
ildə Kotkanın qarşısına daha bir vəzifə
qoyulub: Estoniya əhalisinin artımına nail olmaq. Başlıca motiv iqtisadidir. Kotka
düşünür ki, dövlət böyük müəssisəsdir,
hökumətin əsas məqsədi əhalisini daha da
varlı etməkdir. Hər bir dövlət
ona lazım olan insanları əldə etməyə
çalışır. Ancaq tək fiziki
yolla yox. Kotka ilk gündən əmindir ki,
bunu virtual formada da etmək olar. Estoniyanın
bunun üçün bütün imkanları var - rəqəmsal
infrastruktur işlək vəziyyətdədir. Bunun üçün o, “e-Residency” adlı proqram
yaradıb. Sistemə əsasən,
iştirakçılar hər hansı sərhəd-gömrük
prosedurları keçmədən dünyanın istənilən
nöqtəsindən ölkəyə “daxil ola”
bilərlər. Cəmi 10 dəqiqə və 100
avro xərcə. Proseduru keçib istənilən
Estoniya konsulluğundan vəsiqənizi ala bilərsiniz. Estoniyada biznes qurmaq istəyən şəxslər
üçün bu, olduqca əlverişli yoldur. Təsadüfi deyil ki, ən çox müraciət
edənlər Rusiya və Böyük Britaniyadan olanlardır.
Hər ikisinin səbəbi var, ancaq bu, başqa
yazının mövzusudur.
Bu gün “e-Residency”yə müraciət edənlərin
sayı ölkədə doğuşun səviyyəsindən
qat-qat yuxandır. Bir növ əhalinin rəqəmsal
artımı baş verir. Özü də
bu, ölkənin demoqrafik görünüşünə,
tutaq ki, Tallində əhali sıxlığına heç bir
təsir göstərmir. Axı hər nə
varsa, virtual baş verir. Deyilənə görə,
ABŞ-ın eks-prezidenti Barak Obama belə fikir işlədib:
“Bizim səhiyyə sisteminin saytını işə salmazdan əvvəl
gərək mən Estoniyaya zəng edərdim”.
Dünyada əksər yeniliklərin, kəşflərin
müəllifləri, yaxud sahibləri özəl şirkətlərdir. Yalnız
Estoniyadan savayı. Burada hər kəs
öz ixtirasını dövlətə satmağa
çalışır. Məsələn,
“e-Ambulance” layihəsi. Proqram “X-Road”a bağlanıb. Təcili
tibbi yardım heyəti çağırışa gedərkən
artıq yolda xəstənin sağlamlığı ilə bağlı
bütün məlumatlarla tanış olur
və heyətdə vətəndaşa çatanadək onun
sağlamlığına dair ilkin təsəvvürlər
mövcuddur. Xəstənin müayinəsindən
sonra cərrahi əməliyyata ehtiyac varsa, bütün məlumatlar
cərraha ötürülür. Təcili
tibbi yardım maşını klinikaya çatanadək cərrah
əməliyyata hazırdır. Bu sistem vasitəsilə
bütün xəstəxanalarda iş prosesi nizamlanır. Cərrahlar əməliyyatların
ardıcıllıq cədvəlini, heyəti və istifadə
olunacaq ləvazimatların siyahısını tərtib edirlər.
Dərmanların uçotu gedir. Həkimin məsləhət bildiyi dərman sistem tərəfindən
məqbul görülmürsə, pasiyentə yazılmır.
“e-Ambulance” kimi tematik
proqramlar Estoniyanın “X-Road” hökumət təşəbbüsünün
tərkib hissəsidir. Və bu istiqamətdə
yeni-yeni ideyalar sanki tükənmək bilmir.
Birinci
sinifdən məntiq və alqoritmlərin əsaslan
Estoniyada proqramlaşdırmanı uşaqlara məktəbdən
öyrədirlər. Prosesə 2012-ci ildən start verilib və pilot layihə
kimi ilkin olaraq 20 məktəbdə tətbiq olunub. 1-ci sinifdən etibarən uşaqlara məntiq və
alqoritmlərin əsasları öyrədilir. Uşaqlar ilkin siniflərdən “Stratch” sistemi əsasında
proqramlaşdırmanın incəliklərinə yiyələnirlər.
Hər il Estoniya IT sahəsində işləyən əlavə
1500 nəfər mütəxəssisə ehtiyac duyur. Bunlardan
70%-i ali, qalanı isə profil təhsilli
olmalıdırlar. Sferadakı artımla paralel
olaraq təbii ki, mütəxəssislərə də ehtiyac
artacaq. “Biz belə bir trend müşahidə edirik:
yüksək ixtisaslı IT mütəxəssislərinə
ehtiyac getdikcə artır. Məsələn,
2013-cü ildə onların sayı 23 min idi, 2020-ci ildə 37
min olacaq”, - deyə dünyaca məşhur “Playtech” şirkətinin
Estoniya filialının rəhbəri İvo Lasn bildirir. Estoniya İnformasiya Texnologiyaları və
Telekommunikasiyaları Assosiasiyasının prezidenti Anneli Heynsoo
deyir ki, sistem analitikləri, IT-memarlar və proqram tərtibatçıları
ən çox ehtiyac duyulan sahələrdir. İ.Lasnm sözlərinə görə, fəaliyyət
sferası və ixtisaslaşma konkret şirkətlərdən
asılıdır. Sistem administratorlar,
proqram tərtibatçıları və bir neçə dil
bilən analitiklərin işə düzəlmə
ehtimalı daha çoxdur. Hesablamalar
göstərir ki, Estoniyada IT mütəxəssislərin əməkhaqları
digər peşə sahiblərinin maaşlarını bir
neçə dəfə üstələyir.
“IT Personal”ın rekruterləri hesab
edir ki, IT sferasında işə düzəlmək
üçün “middle” səviyyəsi yetərlidir. Əsas odur məhsuldar düşüncə tərzinə
sahib olasan. Estoniyada orta statistik IT şirkətində
daxili münasibətlər üfüqi əsasda qurulub:müxtəlif ierarxiya təmsilçilərinin
azad fikir mübadiləsi aparmalarında heç bir məhdudiyyət
yoxdur. Hazırda ölkədə IT sahəsində
4000-ə yaxın şirkətin fəaliyyət göstərdiyi
bildirilir.
Estoniya o ölkələrdəndir ki, gənc dövlətçiliyə
malik olsa da, dünyaca məşhur IT-brendlərə sahibdir. Onların bəzilərinin
həqiqətən də Estoniya mənşəli olduğuna
inanmaq bir anlıq inanılmaz görünür. Beləliklə:
Skype - Estoniyanın ən məşhur
qabaqcıl şirkətidir. Dünyanın
ən populyar messenceri sayılır. Hazırda “Microsoff’un bir parçası olsa da, ən
böyük ofisi hələ də Tallindədir.
PipeDrive - Eyni adlı CRM-sistemin
istehsalçısıdır. Dünya üzrə 30
mindən çox abunəçisi var.
AdCash - Tərkibinə 100 mindən
çox sayt və mobil əlavə daxil olan reklam şirkətidir.
TitanGrid - Kibertəhlükəsizlik
sahəsində startap.
Taxify - Mobil əlavə vasitəsilə
işləyən və “Uber”lə ciddi rəqabət aparan
taksi şirkəti.
Fortumo - Mobil ödəmələr
servisi.
1991-ci ildə iqtisadi tənəzzüllə
üz-üzə qalmış Estoniya özü haqqında həm
vətəndaşları qarşısında, həm də
dünyada təsəvvürləri dəyişməyə
nail oldu. Təsəvvür dəyişikliyi isə
reallığın dəyişilməsi ilə nəticələndi.
Estonlar hesab edirlər ki, illərlə sovet
sistemində yaşamış Estoniya əhalisi yeniliklər, o
cümlədən dövlət idarəçiliyində
innovasiyalan uğurla sınaqdan çıxarmağa qadirdir.
Çünki SSRİ-nin tərkibində nəyisə
dəyişməyin mümkünsüz olduğu şəraitdə
yaşayıblar.
İndi isə onlann yeni effektiv cəmiyyət yaratmaq
üçün bütün imkanları var. Belə
görünür ki, bu imkandan yetərincə istifadə etməyi
bacarırlar.
Ölkənin informasiya texnologiyaları cənnəti
kimi tanınması təsadüfün nəticəsi deyil.
Rüstəm QARAXANLI
Azərbaycan müəllimi.- 2018.- 26 oktyabr.- S.1; 11.