Müəllimlərin izləməli olduğu filmlər

 

Bu sözü çox eşidirik. Həyatımızı dəyişən filmlər, kitablar. Təbii ki,  gördüyümüzün, oxuduğumuzun mahiyyətinə varıb, yaşam tərzimizi səliqə-sahmana salırıqsa, vərdişlərimizi, xarakterimizi nizamlaya biliriksə, deməli, faydalanmışıq. Biz də təhsil sahəsində çalışanlar üçün “mütləq izlənilməli olan  bir neçə film siyahısı tərtib etdik. Seçdiyimiz filmlər pedaqoqlar üçün olsa da, baxan hər kəs insani nəsnələr tapıb, mənəvi dünyasını daha xeyirxah əməllərə kökləyə bilər.

İzləmək istəyənlər üçün rahat olsun deyə, tövsiyə etdiyimiz filmlərin linklərini də yerləşdirməyi qərara aldıq. Xarici filmlərin əksəriyyəti rus dilinə dublyaj olunanlardır. Orijinal adla axtarış verib türk, ingilis və digər dillərə tərcümə edilmiş versiyalarını da tapmaq mümkündür.

Qəm pəncərəsi” (www.youtube.com/watch?v=_DiPAMyoE0M)

1986-cı ildə yazıçı Anarın ssenari müəllifliyi, eyni zamanda rejissorluğu ilə Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” və “Danabaş kəndinin məktəbi” əsərləri əsasında çəkilib.

Filmdə cəhalət içində boğulan kəndlilərin məktəbə, elm ocaqlarına qarşı tragikomik münasibəti əks olunub. Təhsilsizlik dövrün ən bəlalı “xəstəliyi” kimi qabardılır. Avam insanlara yol göstərən işıqlı adamların cahil cəmiyyətdə qarşılaşdığı çətinliklərdən bəhs olunur.

 Sinfin önü”, yaxudSinif qarşısında” (Front of the Class)  (www.baskino.me/films/dramy/6978-pered-klassom.html)

ABŞ kino istehsalı olan film 2008-ci ildə Piter Vernerin rejissorluğu ilə çəkilib. Mövzusu real həyatdan götürülüb. Belə ki, Bred Kohen 6 yaşı olanda qeyri-adi davranışları ilə sinif yoldaşları, ailəsi, ətrafındakı hər kəsdə qıcıq yaradır. Qəribə səslər çıxarır, kəskin mimik hərəkətlər edir. Əvvəllər valideynləri müəllimləri uşağın bilərəkdən dəcəllik etdiyini düşünürlər. Lakin psixiatrlar Bredə Turet sindromu (mərkəzi sinir sisteminin pozğunluğu ilə ortaya çıxan hərəkət idarəsizliyi, çoxsaylı tiklər) diaqnozu qoyurlar. Bundan sonra Breddə utancaqlıq, özünəgüvənsizlik yaranır. Lakin anasının əzmi dəstəyi sayəsində bu xəstəliyin öhdəsindən gəlməyi qarşısına məqsəd qoyur. Hər kəs ondan daha az aktiv fəaliyyəti olan ixtisas seçimi gözləsə , Bred ailəsini ətrafındakıları təəccübləndirir. Təkidlə müəllim olacağını deyir bu yolda böyük maneələrdən keçir.

 “Ron Klarkın tarixcəsi” (The History of Ron Clark) (www.gidonline.in/film/triumf-istoriya-rona-klarka/)

 Qızıl Qlobus daha bir neçə nüfuzlu mükafata layiq görülən film 2006-cı ildə amerikalı rejissor Renda Heyns tərəfindən çəkilib. Film real həyat hekayəsini əks etdirir. Əsas qəhrəmanının prototipi elə Nyu-Yorkun Harlem qəsəbəsində yerləşən məktəblərin birinin müəllimidir. Əvvəllər Şimali Karolinada işləyən Ron daha çox afroamerikalıların məskunlaşdığı təhsildən yayınan uşaqların statistikası ilə seçilən qəsəbə məktəbində çalışmağa qərar verir. Gənc müəllim məktəbin ən çətin idarə edilən sinfinə təyin olunur. Bu sinfə demək olar hər gün yeni müəllim gəlir cəmi 1 saatlıq dərsdən sonra işdən ayrılırdı. Ron hətta şagirdlərin ailəsi ilə  tanış olmağa cəhd edir. Lakin qarşısına çıxan məsuliyyətsiz valideynlərdən sonra Ron uşaqları yalnız böyük zəhmət sevgi hesabına qazanacağını anlayır. İnteraktiv təlim metodları, innovativ tədris üsulları psixoloji dəstəklə indiyədək bu məktəbdə heç bir müəllimin bacarmadığı nəticəni göstərməyə nail olur.

 İlin müəllimi (www.baskino.me/films/dramy/2916-uchitel-goda.html)

Orijinal adı “School of life” olsa da, film bir çox dillərəİlin müəllimikimi tərcümə olunub. Hadisələr Follburk qəsəbəsində yerləşən məktəblərin birində baş verir. Məktəbin çox sevilən peşəkar pedaqoqu Norman Uorner 43 il ardıcılİlin müəllimiseçilir. Eyni məktəbdə Normanın oğlu, biologiya fənnini tədris edən Met Uorner çalışır. Həmişə atasının kölgəsində qalan Met onun ölümündən sonra növbəti ilin müəllimi adını qazanacağını düşünür. O, istər müəllim, istərsə insan kimi tamamilə atasının əksi idi. Şagirdlər Meti sevmirdilər. Yeni tədris ilində işə qəbul olunan gənc tarix müəllimi Cənab Di pozitiv xarakteri maraqlı tədris metodu ilə tezliklə şagirdlərin kollektivin nümunəvi müəlliminə çevrilir. Əgər bu məktəbin direktoru qəhvəyi antik kreslo asılılığı olan biri kimi davransaydı, buranı seçməzdim” - deyən Di Norman Uornerin sevimli şagirdi olmuşdu.

Met qısqanclıq krizinə girir. Ona maneələr yaratmağa çalışır. Lakin Cənab Dinin mənəvi keyfiyyətləri nəinki şagirdlərin, Metin həyatını dəyişir.

 Yerdəki ulduzlar  (www.youtube.com/watch?v=F_XQYIQj6Hg)

Film 2007-ci ildə hind aktyoru rejissoru Əmir Xan tərəfindən çəkilib.

Disleksiya sindromundan  (beynin funksiyasının pozulması nəticəsində oxuma yazma qabiliyyətinin zəifliyi) əziyyət çəkən 7 yaşlı İşan Avasti həmçinin özünə qapanıq uşaqdır. Ailəsi onun oxuması üçün əlindən gələni etsə , övladlarının  diqqət dağınıqlığının səbəbini tapa bilmirlər. Bunu sadəcə uşaq eqoistliyi kimi qiymətləndirirlər. İşanın onlardan uzaq qalsa, fərqli mühitdə daha məsuliyyətli olacağını düşünüb, onu internat məktəbinə yazdırırlar. İlk aylar uşaq üçün çox çətin keçir, daha da aqressivləşir. Lakin burada rəsm müəllimi Ram Nikumbun sayəsində həyatı tamamilə dəyişir. Bacarığı ilə məktəbin ən uğurlu şagirdlərindən birinə çevrilir.

 Vətənə dönüş” (www.kinogo.eu/1961-vozvraschenie-na-rodinu-2004.html)

Hind istehsalı olan film 2004-cü ildə Aşutoş Qovarikerin rejissorluğu ilə çəkilib. Baş rolları Bollivudun məşhur simaları  Şahrux Xan Qayatri Coşi canlandırıb.

Mohan Bharqav Hindistanın ucqar kəndlərindən biri olan Çaranpurda doğulub.  Hələ məktəb illərində bir şans yaranıb o, ABŞ-a təhsil arxasınca gedib. Bu kəndin barmaq sayından da az olan ziyalıları arasında Mohanın uşaqlıq dostu sevdiyi xanım Gita da var. O, Mohandan fərqli olaraq ali təhsilini Hindistanda başa vurub. Gita aldığı təhsilin məhz doğma kəndinin uşaqlarına faydası olsun deyə, yenidən bura qayıdıb, məktəbdə dərs deməyə başlayır. Lakin başı təsərrüfata qarışmış cahil kəndliləri yola gətirmək o qədər asan deyil. Heç kəs övladını məktəbə göndərmək istəmir. Günlərin birində NASA-nın GPM üzrə elmi araşdırma qrupunda çalışan Mohan bir müddətlik kəndə qayıdır. Təkidlərə baxmayaraq, Gitanı ABŞ-a getməyə razı sala bilmir. Gita buradakı uşaqların təhsilə daha çox ehtiyacı olduğunu deyir. Xaricdə oxuyanların ölkəsinə faydası olmayacaqsa, o təhsil nəyə yarayır?”-deyən Gitanın sözlərindən təsirlənən Mohan da burada qalmağa qərar verir. Birlikdə məktəbə xeyli uşaq toplamağa nail olurlar.

 Qara taxta” (www.kurtcefilmler.com/kara-tahta-texte-res-film-izle.html)

İran, İtaliya Yaponiyanın ortaq istehsalı olan filmin resjissoru iranlı Samirə Mahmalbafdır. Filmdə 1988-ci ildə baş verən İran-İraq müharibəsində Səddam Hüseynin Hələbə kimyəvi hücum planından sonra sərhəddə məşkunlaşan mühacir kürdlərin həyatından söhbət açılır. Aktyorların çoxu kəndlilərdir.  Əsas qəhrəmanlar isə çətin şəraitə, hər dəfə köç etmələrinə baxmayaraq, kürəklərində yazı lövhələri daşıyan müəllimlərdir. Onlar hər məkanda dayananda, müvəqqəti sığınacaq tapan kimi uşaqları məcburi toplayıb dərs keçirlər.

 

Gülnarə İLHAM

 

Azərbaycan müəllimi.- 2018.- 7 sentyabr.- S.5.