Təhsil Nazirliyində
kollegiya iclası
Ali təhsillə bağlı
bir sıra məsələlər müzakirə
olunub
Sentyabın 13-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Tədbirdə Prezident Administrasiyasının Humanitar
siyasət məsələləri
şöbəsinin müdiri
Fərəh Əliyeva,
kollegiya üzvləri,
nazirliyin struktur bölmə rəhbərləri
və ali
təhsil müəssisələrinin
rektorları iştirak
ediblər.
Təhsil naziri Ceyhun Bayramov
kollegiya iclasını
giriş sözü ilə açaraq ölkə Prezidentinin rəhbərliyi ilə son
illərdə təhsil
sahəsində əldə
olunan uğurlu nailiyyətlərdən söz
açıb, bu sahədə aparılan əsaslı islahatları
diqqətə çatdırıb.
Sonra təhsil nazirinin müavini Firudin Qurbanov “Paris Nazirlər Konfransının nəticələri
və qarşıda duran əsas vəzifələr” mövzusunda
məruzə ilə çıxış edib.
Nazir müavini çıxışında cari
ilin 23-25 may tarixlərində
Azərbaycan nümayəndə
heyətinin iştirak
etdiyi Parisdə Avropa Ali Təhsil Məkanı ölkələri
Təhsil Nazirlərinin
Konfransı və Bolonya Təhsil Siyasəti Forumunda 77 ölkədən, eləcə
də 40 beynəlxalq və regional təşkilatdan
ümumilikdə 550 nəfərin
iştirak etdiyini vurğulayıb.
Firudin Qurbanov Paris Nazirlər Konfransı Bəyannaməsi
və Bolonya Siyasət Forumu Bəyannaməsinin əsas
müddəaları barədə
məlumat verib. Nazir müavini bildirib ki, Paris Nazirlər Konfransı Bəyannaməsində diplomların
tanınması üzrə
Lissabon Konvensiyasının
tətbiqi sahəsində
problemlərin həllinin
diqqətdə saxlanılacağı,
Erasmus+ proqramı, mobillik,
inklüzivlik, ömürboyu
təhsil, fənlərarası
əməkdaşlıq, elm, təhsil və innovasiya sahəsində sinerjinin inkişafı məsələlərinin dəstəklənməsi
qeyd olunur. Eyni zamanda ali təhsilin rəqəmsal mühitdə
çalışa biləcək
mütəxəssis hazırlığına
istiqamətləndirilməsi təşviq edilir.
Təhsil Nazirliyinin Elm, ali və orta
ixtisas təhsili şöbəsinin müdiri
Yaqub Piriyev 2018-2019-cu tədris ili üzrə Azərbaycanın
ali təhsil müəssisələrinə tələbə
qəbulunun nəticələri
barədə” məruzə
ilə çıxış
edib. Şöbə müdiri ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə
qəbul imtahanlarının
statistik təhlili, son
5 tədris ilində
I-IV ixtisas qrupları üzrə müsabiqədə
iştirak edən abituriyentlərin imtahan ballarında əhəmiyyətli
artımın olması
və müəllimlik
peşəsinin artan nüfuzu ilə bağlı geniş məlumat verib.
Kollegiya iclasında
Təhsil Nazirliyinin Elm, ali və orta
ixtisas təhsili şöbəsinin müdir
müavini Şahin Bayramov “Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti
arasında əməkdaşlıq:
uğurlar və çağırışlar” mövzusunda
məruzəsində qeyd
olunan şirkətlə
əməkdaşlığın mövcud vəziyyəti, əldə olunmuş uğurlar və əsas çağırışlar
barədə məsələlərə
toxunub.
Daha sonra məruzələrlə
bağlı çıxışlar
dinlənilib, gündəlikdəki
məsələlərə dair təkliflər səsləndirilib.
Təhsil naziri Ceyhun Bayramov
kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.
Kollegiya iclasında
həmçinin “Ali təhsil
müəssisələrinin fəaliyyətini tənzimləyən
bəzi Qayda və əsasnamələrin
müzakirəsi və
təsdiqi barədə”,
“2018-2019-cu tədris ili
üzrə müəllimlərin
işə qəbulu müsabiqəsinin nəticələri”,
“2019-2020-ci tədris ili
üzrə buraxılış
imtahanları və ali təhsil müəssisələrinə tələbə
qəbulunun yeni formatı” və “Ümumi təhsil müəssisələrinin reytinqinin
konsepsiyası” mövzularında məruzələr
dinlənilib.
Azərbaycan
müəllimi.- 2018.- 15 sentyabr.- S. 6.