“Şükürlər
olsun ki, ölkəmizə bürünc
medal gətirə bildim”
2003-cü ildə
Tovuz rayonunun Aşağı Quşçu
kəndində anadan olub. Orta təhsilinə
Bakıdakı
Məmməd Rahim
adına 7 nömrəli tam orta məktəbdə başlayıb.
Hazırda təhsilini Fizika-riyaziyyat və informatika təmayüllü liseyin
10-cu sinfində davam etdirir. 2016-cı ilin martında Təhsil Nazirliyinin təşəbbüsü
ilə olimpiada siniflərinin yaradılması
üçün keçirilən
Respublika fənn olimpiadalarında riyaziyyat fənnindən qalib olub. 2017-ci ilin dekabrından riyaziyyatla bərabər informatika fənni ilə də yaxından məşğul
olmağa başlayıb.
2018-ci ilin mayında Respublika fənn olimpiadalarında informatika
fənni üzrə
2-ci yerə layiq görülüb. 2018-ci ilin
iyulunda gənclər arasında keçirilən Avropa Olimpiadasında (EJOI) bürünc,
2018-ci ilin sentyabrında
isə Meqapolislər Olimpiadasında yenidən informatika fənni üzrə bürünc medala sahib olub. İbrahim idmana də həvəs göstərir. Müxtəlif illərdə
açıq cüdo birinciliklərində I, III,
2013-cü ildə Təhsil
Nazirliyinin keçirdiyi
26 fevral - Xocalı faciəsi qurbanlarının
xatirəsinə həsr
olunmuş dama üzrə açıq birincilikdə “Ən fəal damaçı” diplomuna layiq görülüb.
-
Bu, mənim
ölkədən xaricə
2-ci səfərim idi.
Əvvəllər Moskva
haqqında bildiyim yalnız eşitdiklərimdən ibarət idi. Lakin Rusiya paytaxtına
getdikdə Moskvanın
eşitdiklərimdən daha
yaxşı şəhər
olduğunu gördüm.
Moskva öz qədimliyini qorumaqla yanaşı, həm də müasir şəhərdir.
Bizə göstərilən
xidmətlər yüksək
səviyyədə idi.
Yarışlardan sonra
ekskursiyalar təşkil
olunurdu, bu da imtahan yorğunluğunun
aradan qalxmasına kömək edirdi. İmtahandan əvvəl təşkil olunan “blitz tur”da kimyaçı şagirdlər
tam nəticə göstərərək
mükafata layiq görülməyimizə çox
kömək oldular. Yarışda rəqiblərim
arasında güclülərə
də rast gəlmək olardı. Bu,
məni həyəcanlandıraraq
bəzi səhvlərə
yol verməyə səbəb oldu, lakin şükürlər
olsun ki, ölkəmizə bürünc
medal gətirə bildim.
Lakin bununla kifayətlənmək fikrim
yoxdur, gələn il Azərbaycanda keçiriləcək İnformatika
üzrə Dünya olimpiadasında da medal qazanmaq istərdim.
İbrahim TAĞIZADƏ,
Fizika-riyaziyyat
və informatika təmayüllü liseyin şagirdi
Azərbaycan
müəllimi.- 2018.- 15 sentyabr.- S. 9.