“Daha
yüksək nəticə
əldə edə bilərdim”
2002-ci il
avqustun 2-də Zərdab
şəhərində anadan
olub. 2008- ci
ildə Zərdab şəhər Ş.Qurbanov
adına 2 nömrəli
tam orta məktəbin
birinci sinfinə daxil olub. 2015-ci
ilə qədər bu məktəbdə təhsil alıb. Hazırda Ağdaş şəhər, Texniki, humanitar və təbiət fənləri
təmayüllü gimnaziyanın
10-cu sinfində təhsil alır. VIII sinifdən kimya
fənni üzrə olimpiada hazırlığına
başlayıb.
IX sinifdə kimya fənni üzrə Respublika fənn olimpiadasında gümüş medal əldə
edib.
- Yeni dərs ilindən XI sinfə gedəcəm. Artıq 3 ildir ki, kimya
üzrə beynəlxalq
və respublika olimpiadalarına
hazırlaşıram. İndiyə qədər respublika olimpiadalarından 2 gümüş medal qazanmışam və bundan əvvəl Hollandiyada keçirilən
Gənclərin Beynəlxalq
Elm Olimpiadasında (IJSO 2018) və Tailandda keçirilən
Beynəlxalq Kimya
Olimpiadasında (ICHO 2017) iştirak
edərək bürünc
medala layiq görülmüşəm. Bütün olimpiadalar üçün
əsas hazırlığımız
ilboyu keçirilən
praktiki və nəzəri dərslər olur. Demək olar ki, hər həftə Moskva Dövlət Universitetinin Bakı filialında praktiki məşğələlərimiz
olurdu. Həmçinin
hər həftə kimya müəllimimiz Xamməd Əsədov tərəfindən Təhsil
Nazirliyinin təşkil
etdiyi dərslər keçilirdi. Bundan əlavə,
Mendeleyev Kimya və Beynəlxalq kimya olimpiadalarından əvvəl Təhsil Nazirliyinin təşəbbüsü
ilə həm praktiki, həm də nəzəri dərslər
keçmək üçün
xaricdən 1-2 həftəliyə
müəllimlər gəlmişdilər. Olimpiadanın çox yüksək
səviyyədə təşkil
olunduğunu deyə bilərəm.
Bilik müsabiqəsində
dünyanın müxtəlif yerlərindən
ən böyük Meqapolislər iştirak edirdi. Xüsusən də, Rusiya
və Çin kimi ölkələrdən
bir neçə şəhərin iştirakı
rəqabətin necə
yüksək olacağını
göstərirdi. Təbii
ki,
daha yüksək
nəticə əldə
edə bilərdim, bu, növbəti olimpiadalar üçün ən böyük stimulumdur.
Fərid ƏLİYEV,
Texniki, humanitar
və təbiət fənləri təmayüllü
gimnaziyanın şagirdi
Azərbaycan
müəllimi.- 2018.- 15 sentyabr.- S. 9.