“Hələ
də o sevincin təsirindəyəm”
Aybəniz İsmayılova:
“Müsabiqə qalibi olduğumu, qızıl medala layiq görüldüyümü
bildim, ardınca BDU tələbəsi...”
Ağstafa rayon Köçəsgər kənd
1 nömrəli tam orta
məktəbin məzunu
Aybəniz İsmayılova
2017-2018-ci dərs ilində
keçirilmiş tam orta
təhsil səviyyəsi
üzrə yekun attestasiyanın nəticələri
nəzərə alınaraq
qızıl medalla təltif olunub, “Ədəbiyyat biliciləri”
müsabiqəsinin qalibidir. Qızıl
medalın sahibi və müsabiqə qalibi ilə həmsöhbət olub keçdiyi yola nəzər salıb uğurlarına işıq
tutduq...
-Aybəniz
xanım, öncə sizi tanıyaq.
- Mən
Bakı şəhərində
anadan olmuşam. Birinci sinifdən
səkkizinci sinfə kimi elə Bakıda
təhsil almışam.
Sonra ailəmizlə birlikdə
baba yurdumuz olan Ağstafa rayon Köçəsgər kəndinə
gəlmişik və elə təhsilimi də Köçəsgər
kənd 1 nömrəli
tam orta məktəbində
davam etdirmişəm.
- “Ədəbiyyat biliciləri”
müsabiqəsinin qalibi
oldun, qızıl
medal aldın, eyni zamanda yüksək balla universitetə qəbul oldun. Bütün bunları biləndə
hansı hissləri keçirdin?
- Bu, elə bir hissdir ki,
sözlə ifadə etmək mümkün deyil. Ardıcıl olaraq həm “Ədəbiyyat biliciləri”
müsabiqəsinin qalibi
olduğumu, həm qızıl medala layiq görüldüyümü
bildim, ardınca arzuladığım universitetin seçdiyim
fakültəsinə qəbul
olduğumu öyrəndim.
Özümü dünyanın ən
xoşbəxt insanı
hesab edirdim. Hələ də o sevincin
təsirindəyəm.
- Kimlər
sənə daha çox dəstək oldu?
- Təbii ki, bu uğuru
qazanmaq o qədər də asan deyildi.
Müəllimlərim, valideynlərim mənə
çox dəstək
oldu. Onlar məni özümə inandırdılar ki, sən bunu bacararsan...
- Bilirik
ki, oxumağı, mütaliə etməyi sevirsən. Xüsusilə də ədəbiyyat
fənninə marağın
böyükdür. Bu həvəs nə vaxtdan yaranıb?
- Dördüncü
sinifdə oxuyanda müəllimim mənə
payız tətilində
Mirzə İbrahimovun
“Çandranın üsyanı”
əsərini oxumağı
tapşırmışdı. Amma mən oxumamışdım.
Tətildən qayıdarkən oxumadığıma
görə müəllimim
məni danladı.
Mən çox pis oldum və həmin
əsəri oxudum.
Hər il yay tətilində
kəndə gələrdik.
Kənddə babamın şəxsi
kitabxanası vardı.
Mən Şekspirin “Romeo və Cülyetta” əsərini də oxudum. Getdikcə daha çox əsər oxumağa başladım və nəticədə məndə
bu sahəyə xüsusi maraq yarandı.
- Oxuduğun
elə bir əsər var ki, ordakı baş qəhrəmanı
özünə bənzədirsən
və ya o qəhrəmanı özünə
ideal hesab edirsən?
- Hər əsəri oxumağa başlayarkən təbii ki, orada özümə
yaxın hiss etdiyim obraz olur. Marqaret Mitçellin
“Küləklə sovrulanlar”
əsərində baş
qəhrəman Skarletin
həyatla mübarizəsi
mənim çox xoşuma gəlir. Bütün başına gələn çətinliklərə
baxmayaraq Skarlet mübarizə aparır.Mən
onu tam ideal insan kimi görürəm və
özümü ona bənzədirəm.
- “Ədəbiyyat biliciləri”
müsabiqəsində 3 dəfə
iştirak etmisən, hər dəfə də uğur qazanmısan. Aybənizə görə uğur formulu necədir?
- Bəli, üçüncü dəfə
idi ki, müsabiqədə
iştirak edirdim. İlk dəfə üçüncü,
sonra ikinci yeri tutdum. Qarşıma məqsəd qoydum
ki, bu dəfə
mütləq qalib olmalıyam və oldum. Uğura nail olmaq üçün qarşına məqsəd
qoymalısan. Uğurda məqsəd
əsas rol oynayır. Qarşısına məqsəd qoyan
insan istəyinə çatmaq üçün
çalışıb-vuruşur, əlindən gələni
edir. Təbii ki, müəllim
və valideynlərimin
əməyi də danılmazdır. Mən
universitetə qəbul
olmaq üçün
beş fəndən
hazırlaşırdım. Əsər oxumağa vaxt qalmırdı. Amma buna baxmayaraq gecələr əsər oxuyurdum. Uğurun formulu bir az da yuxusuz
qalmaqdır, əziyyət
çəkməkdir.
- İmtahanlar necə
keçdi, hansı universitetə qəbul olmusan?
- İmtahanlar
yaxşı keçdi. Düşünürəm
daha da yaxşı
ola bilərdi.
627 bal topladım və Bakı Dövlət Universitetinin filologiya fakültəsinə
qəbul oldum.
- Aybənizin
gələcək arzuları
nədir, özünü
həyatda kim
olaraq görürsən?
- Təhsilimi davam etdirib savadlı
vətəndaş olmaq
istəyirəm. Özümü yazıçı olaraq görürəm. Artıq yazmağa
başlamışam. Əsas məqsədim
oxunan yazıçı
olmaqdır.
“Kitab həmişə filmdən
daha yaxşıdır,
çünki təxəyyüldə
xüsusi effektlərə
məhdudiyyət yoxdur”
ifadəsi ilə...
Nəcibə VƏLİYEVA,
Ağstafa Rayon Təhsil
Şöbəsinin ictimaiyyətlə
əlaqələr üzrə
məsul şəxsi
Azərbaycan müəllimi.- 2018.- 15 sebtyabr.- S. 10.